“Nikol, əgər səndə bir damla özünəhörmət və dövlətsevərlik qalıbsa, yaxşı ərizə yaz, get” – Aşotyan

2019/03/20710-1552546658.jpg
Oxunub: 1749     17:13     22 May 2020    
“Nikol Paşinyan hakimiyyətinin ilk günündən bəlli idi ki, demokratik islahatlar bayrağı altında gələn bu hakimiyyət getdikcə Avropa ərazisində bəlkə də ən avtoritar, ən dözümsüz və ən korrupsiyalaşmış hakimiyyətlərdən birinə çevrilir və xüsusən fövqəladə vəziyyət şəraitində müxaliflərə təzyiq göstərmək üçün hər bir vasitədən istifadə edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

Aşotyanın sözlərinə görə, “Adekvat”ictimai təşkilatının rəhbəri Artur Danielyan və həbs olunmuş şəxslərlə baş verənlər də sübut edir ki, Ermənistanda fövqəladə vəziyyət, əlbəttə, tibbi maska taxma və sosial məsafənin qorunması tələbinin örtüyü altında minlərlə narazı vətəndaşın vətəndaşlıq və siyasi azadlıqlarını məhdudlaşdırmaq üçün tətbiq olunur.

“Nikol can, əgər səndə bir damla özünəhörmət və dövlətsevərlik qalıbsa, yaxşı ərizə yaz, get”, - deyə Aşotyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aşotyan   Paşinyan   Böhran  

“Nikol, əgər səndə bir damla özünəhörmət və dövlətsevərlik qalıbsa, yaxşı ərizə yaz, get” – Aşotyan

2019/03/20710-1552546658.jpg
Oxunub: 1750     17:13     22 May 2020    