Köçəryanın oğlu hərbi xidmətdən yayınmaq üçün elmi dərəcəyə layiq görülüb

2020/05/timth-1590134783.jpg
Oxunub: 1470     14:51     22 May 2020    
Ermənistan Ali İxtisas Komitəsinin sədri Smbat Qoqyan ötən gün istefa ərizəsini təqdim etdi. Qoqyan istefasının bir neçə səbəbini təqdim etdi, Təhsil və Elm, Mədəniyyət və İdman Nazirliyi ilə əsaslı fikir ayrılığı bu səbəblərdən ən vacib olanıdır. Nümunə olaraq, Qoqyanın hazırda Ermənistan İqtisadi elmlər üniversitetinin rektor vəzifəsini icra edən Diana Qaloyanın və keçmiş rektor Ruben Hayrapetyanın çatışmazlıqlarını göstərərək, şəxslərin deyil, belə bir mahiyyətin əleyhinə olduğunu vurğulamasıdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “alternativ.am” nəşri yazıb.

Nəşr yazır ki, təsvirləri və ya açıq nöqsanları olan görkəmli elmi əsərlər uzun illərdir ki, komissiyalar tərəfindən təsdiqlənir və Ali İxtisas Komitəsi də müəlliflərinə elmi dərəcələr verirdi.

“Son vaxtlar, quruma Qoqyan rəhbərlik etdiyi dövrdən sonra belə qalmaqallı çatışmazlıq olmurdu. Ermınistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Andranik Koçaryanın oğlu Leon Koçaryanın namizədlik dissertasiyasını xatırlayaq.

Onun aspiranturaya qəbulu 16 iyun 2019-cu ildə başa çatmış və dissertasiyası 20 fevral 2020-ci ildə müdafiə edilib. Başqa sözlə, kiçik Köçəryan məcburi hərbi xidmətdən yayınıb. 2 çağışı buraxaraq, ordu sıralarına çağrılmayıb. Parlamentin Təhlükəsizlik məsələləri Daimi Komitəsi sədrinin oğlunun elmi fəaliyyət aparmaq adı altında dövlət qarşısında olan vəzifələrini yerinə yetirmədiyi qeyd edilir.

Bu hekayədə başqa bir maraqlı epizod var. Leon Köçəryan İqtisad Universitetində dissertasiyasını Diana Qaloyan universitetin rektoru vəzifəsini müvəqqəti icra etdiyi dövrdə müdafiə edib. Smbat Qoqyanın sözlərinə görə hələ də müvafiq əlaqələri və himayədarları vasitəsilə öz vəsifəsini qoruyur. Diana Qaloyan, Erməni Milli Konqresinin üzvü Zoya Tadevosyanın qızıdır və məlum olduğu kimi, Andranik Köçəryan da Levon Ter-Petrosyana yaxın dairələrin siyasətçilərindən biridir.

Maraqlıdır ki, Levon Andranik Köçəryana iqtisad elmləri namizədi elmi dərəcəsi verilməsi haqqında sərəncam (№ 00.03) mayın 15-də imzalanıb. Bu tarix Qoqyanın istefasından bir gün sonraya təsadüf edir. Düzdür, əmri Qoqyanın özü imzalayıb, ama peşəkar komissiya işə müsbət qiymət verdikdən sonra imzalanıb. Faktların müqayisəsi Ali İxtisas Komitəsində Andranik Köçəryanın oğlunun elmi işi ilə bağlı qızğın müzakirələrin getdiyini güman etməyə əsas verir. Köçəryanın işini təsdiqləməsi üçün Qoqyana təzyiq edildiyi, nəticədə Silahlı Qüvvələrə çağırılmamasına əsas olan bir elmlər namizədi alacağı üçün məcburi hərbi xidmətdən azad edildiyi istisna edilmir. Qoqyan prinsipial bir insan olaraq, baş verənlərə göz yuma bilməyib və qurumun rəhbəri vəzifəsindən istefa etmək qərarına gəlib”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Köçəryan   Fərarilik  

Köçəryanın oğlu hərbi xidmətdən yayınmaq üçün elmi dərəcəyə layiq görülüb

2020/05/timth-1590134783.jpg
Oxunub: 1471     14:51     22 May 2020    