Erməni politoloq Aprel döyüşləri barədə: “İki həftə öncə Əsgərandakı HHM kompleksinin RLS-i məhv edilmişdi”

2019/12/345-4730253174.jpg
Oxunub: 12362     12:04     22 May 2020    
Mayın 18-də Ermənistan Baş nazirinin müşaviri, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyan Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının suallarını ikinci dəfə cavablandırdı. Sarkisyanın verdiyi cavablardan sonra onu yenidən komissiyaya dəvət etməyə ehtiyac var idi.

Erməni politoloq Andrias Qukasyan bildirib ki, Sarkisyanın komissiyaya verdiyi açıqlamalar yeni suallar doğurdu.

“Komissiya sədri və digər üzvlər bu barədə açıq şəkildə bildirdilər. Güman edirəm ki, Arşak Karapetyanla bağlı əlavə suallar məsələsi yaranıb. İstintaqın hansı istiqamətdə getdiyini söyləmək çətindir, hesabat dərc olunanda dəqiq bir fikirimiz olacaq. Ancaq bilirik ki, kəşfiyyatla bağlı məsələlər Arşak Karapetyanın məsuliyyət dairəsindədir, buna görə də ona ünvanlanan suallar aprelin 2-də, ondan əvvəl və sonrakı vəziyyətlə bağlı ola bilər. Hərbi və siyasi rəsmilərin məlumatlarının o günlərdə baş verən vəziyyətə nə dərəcədə adekvat olduğunu başa düşmək lazımdır”, - deyə o qeyd edib.

Qukasyan Aprel döyüşləri zamanı kəşfiyyatın işləməməsi barədə suala cavab olaraq bilirib ki, kəşfiyyatın imkanları və bacarıq əhatəsi, əlbəttə ki, ciddi bir problemdir.

“Kəşfiyyat Ermənistan Silahlı Qüvvələri üçün strateji əhəmiyyət kəsb edir, çünki bizdən sayca daha çox qoşuna malik rəqiblə münasibətdəyik və kəşfiyyat yaxşı işləyərsə, qüvvələri bərabərləşdirər. Bu mənada, əlbəttə ki, hərbi kəşfiyyatımızın nə dərəcədə qabiliyyətli olduğunu və bölgədəki vəziyyəti necə izləmə qabiliyyətinə malik olduğunu, düşmənin hərəkətlərini izlədiyini və niyyətlərini əvvəlcədən ortaya qoya bilmə probleminin varlığını anlamaq lazımdır. Güman edirəm ki, Aprel döyüşləri kimi bir əməliyyatı bugünkü dünyada gizlətmək mümkün deyil, ancaq kəşfiyyatımız bu barədə bəzi məlumatları əvvəlcədən proqnozlaşdıra və təqdim edə bilməli idi. Xüsusilə iki həftə əvvəl Azərbaycanın diversiya qrupu arxa cəbhənin olduqca dərinliyinə sızaraq, Əsgəran bölgəsindəki HHM kompleksinin RLS-ni məhv etmişdi. Başqa sözlə, bu diversiya fəaliyyəti və bu hadisə həmin günlərdə bütün silahlı qüvvələrin strukturlarını gərgin vəziyyətdə saxlamalı idi”, - deyə o qeyd edib.

Keçmiş Xarici İşlər naziri Edvard Nalbandyanı komissiyaya dəvət etmə faktına gəlincə Qukasyan qeyd edib ki, həmin günlərdə Ermənistan səlahiyyətlilərinin adekvat davranışı böyük bir sualdır.

Buna görə də Qukasyanın fikrincə, Nalbandyan da baş verənlərə görə cavab verməlidir.

“Niyə Ermənistan bu məsələni heç bir beynəlxalq təşkilatın gündəliyinə salmayıb? Aprel döyüşü olmayıb? Aydındır ki, bu döyüşlər olub, bəs niyə belə vəziyyət olub? Eduard Nalbandyan və güman edirəm ki, Serj Sarkisyan bu vəziyyətlə bağlı izahat verməlidir. Konstitusiyaya görə, beynəlxalq qurumlarda erməni xalqının maraqlarını təmsil etmək Prezidentin borcudur, bunun üçün ciddi və məhdudiyyətsiz səlahiyyətləri vardı.

Bu vəzifəni qanunsuz tutan Serj Sarkisyanın istənilən halda bir öhdəliyi vardı və bu öhdəlikləri yerinə yetirməyibsə, xəyanət aktlarının olub-olmaması, cinayət tərkibinin olub-olmaması barədə sual yaranır. Dostlarım və mən iddia edirəm ki, belə bir cinayət var, o belə bir hərəkət edib”, - deyə erməni politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ   Aprel-döyüşləri  

Erməni politoloq Aprel döyüşləri barədə: “İki həftə öncə Əsgərandakı HHM kompleksinin RLS-i məhv edilmişdi”

2019/12/345-4730253174.jpg
Oxunub: 12363     12:04     22 May 2020    