“Hraparak”: Deməyin ki, “sülh istəyirsənsə, müharibəyə hazırlaş”

2019/07/10396-1564041862.jpg
Oxunub: 1977     16:10     22 May 2020    
Ermənistanda bir çox siyasi dairələr, ekspertlər, KİV-lər, sosial media istifadəçiləri Rusiya Xarici İşlər Nazirinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mərhələli versiyası ilə bağlı verdiyi açıqlamanı ardıcıl olaraq diqqətdə saxlayırlar.

“Hraparak” nəşri yazır ki, məsələnin müzakirəsinin daxili siyasi aspektindən toxunaraq Ermənistan mətbuatının şüurlu şəkildə, yaxud qeyri-ixtiyari olaraq müraciət etmədiyi əhəmiyyətli bir məqama toxunmaq lazımdır.

“Paşinyanın onlayn mətbuat konfransında yeni sənədin müzakirə olunmadığına dair əminliklə dediyi fikrinə cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi “Bəli, doğrudur, çünki yeni təkliflərə ehtiyac yoxdur” deyə bildirib.

Rəsmi Bakı bununla da keçmişdə tərəflərə təqdim olunan “işgüzar sənəd”dən söhbət getdiyini açıqladı. Bu mənada vacib bir həqiqəti yadda saxlamaq son dərəcə vacibdir. 2018-ci ilin yayında Aprel döyüşlərindən dərhal sonra abadlaşdırılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Dağlıq Qarabağ münaqişəsinə dair konfrans keçirildi. Həmin konfransda rus tərəfi yalnız ekspertlər, politoloqlar səviyyəsində deyil, rəsmi Dövlət Dumasının deputatları səviyyəsində iştirak edirdi.
Rusiyanın Avrasiyaçılıq ideologiyasının banisi Aleksandr Duqin Azərbaycan mətbuatı üçün tədbirin əhəmiyyətinə aydınlıq gətirdi.

“Rusiya və Azərbaycan indi bir-birinə daha da yaxınlaşır, bu, tarixi ədalətin bərpası deməkdir. Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşıdır. Ermənistan həmçinin bizim dostumuz və tərəfdaşımızdır. Lakin bu dostluq və tərəfdaşlıq heç vaxt Azərbaycana qarşı görünməməlidir”, - deyə o bildirib.

Qeyd etmək lazımdır ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən cəmi iki ay keçmişdi və görək bu vəziyyətin dəyişməsi ilə əlaqədar əvvəlcədən planlaşdırılan bir hadisə olub, yoxsa kortəbii baş verən bir hadisə olub? Başqa sözlə, İrəvandakı hökumət dəyişməsəydi, aprel müharibəsindən sonra yenidən azad edilmiş Cocuq Mərcanlıda Rusiya-Azərbaycan konfransı yenə keçirilə bilərdimi? Bu, çox simvolik bir hadisə idi, hətta tədbirin rus iştirakçıları 2016-cı ildə baş tutan hərbi əməliyyatlardan sonra Azərbaycan tərəfinin nəzarətinə keçən Lələtəpə yüksəkliyinə qalxmağa və orda növbə çəkən əsgərlərə həvəsləndirici sözlər ifadə etməyə də vaxt tapmışdı. Daha sonra həmin Duqin Dağlıq Qarabağ nizamlama prosesindəki vəziyyəti aşağıdakı kimi şərh etmişdi.

“Paşinyan indi hakimiyyətini gücləndirdi. Rusiya xatırladır ki, sələfi ilə konkret razılaşmalar olub və Qarabağ məsələsində irəliləyiş tələb olunur” deyərək, məsələni daha detallı şəkildə təqdim etmişdi.

“Rusiyanın Serj Sarkisyanın dövründə təklif etdiyi proqram - beş bölgənin qaytarılması - Helsinki Yekun Aktından danışarkən həmsədrlərin də ümid etdikləri layihə həyata keçirilməlidir. Bunu insanlara izah etmək, mövcud vəziyyətdə nə dərəcədə vacib olduğunu göstərmək lazımdır. Bu proqram qarşıdan gələn (Paşinyan-Əliyev) görüşdə müzakirə edilməyə bilməz”.

Müşahidələrimizin nəticəsinə görə, Rusiyanın Avrasiyaçılıq üzrə əsas ideoloqunun bu və digər açıqlamaları Ermənistanın keçmiş hakim partiyası, nəzarəti altında olan mətbuat və ekspertləri tərəfindən təkzib edilmədi. Əlbəttə ki, Duqin sadəcə bir politoloqdur. Ancaq birincisi, Rusiya Dövlət Dumasının ən azı iki üzvü ilə Lələtəpə yüksəkliyinə qalxıb, bu isə artıq bir əhəmiyyətə malikdir. İkincisi, Rusiya Xarici İşlər Nazirliyi və ya prezidentin mətbuat xidməti Duqinə etiraz etmədi. Nəhayət əgər politoloqun dedikləri siyasi rəy formalaşdırmaq üçün əsas deyilsə, o halda niyə indiki hökumətin əleyhdarları Stanislav Tarasov və Sergey Markedonova istinad edirlər? Vəziyyət təbii ki, bir az fərqlidir. Nə 2018-ci ilin yayında, nə də bu gün Rusiya Xarici İşlər Naziri Lavrov Serj Sarkisyanla müəyyən razılaşmalar olduğunu deməyib və deməyəcək. Diplomatlar sirr saxlamağı bacarırlar. Əks təqdirdə işi korlaya bilərlər. Ancaq bu vəziyyətdə demək olar ki, heç nə dəyişmir.

Anlayan üçün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibinin yeni təkliflərə ehtiyac olmadığını söyləməsi, çox şeydən xəbər verir. Hətta bu rəqib ölkənin “yumruladığı tələ” olsa belə çox şeydən xəbər verir.

Əlbəttə ki, Dağlıq Qarabağ tənzimlənməsi prosesində yenilik etmək cəhdi risk etmək deməkdir. Ancaq ardıcıllığı təmin etmək üçün problemi daxili siyasi debatlar səviyyəsindən kənara çıxarmaq lazımdır. Bu, təəssüf ki, bizim vəziyyətimizdə yalnız ən yaxşı arzu olaraq qalır. Bu vaxt, mühakimə etmədən və xüsusən yenidən tərtiblənmə etmədən əvvəl bir suala cavab verməlisiniz və vicdanla cavab verməlisiniz, təkcə ermənipərəst və ya qalib bir həll üçün, imkan, resurs varmı? Ən əsası, nizamlama, yoxsa yeni müharibəyə doğru gedirik?

Yalnız, deməyin ki, “sülh istəyirsənsə, müharibəyə hazırlaş””, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Azərbaycan   XİN   Müharibə  

“Hraparak”: Deməyin ki, “sülh istəyirsənsə, müharibəyə hazırlaş”

2019/07/10396-1564041862.jpg
Oxunub: 1978     16:10     22 May 2020    