ABŞ və Rusiya arasında yeni nüvə danışıqları başlayacaq

2020/05/FNBTW-1590133643.jpg
Oxunub: 655     12:34     22 May 2020    
“ABŞ-Rusiya arasında yeni bir nüvə silahına nəzarət müqaviləsi ilə bağlı ilkin danışıqlar başlayıb və koronavirus pandemiyası ilə əlaqar vəziyyət sakitləşdikdən sonra tərəflər fərdi dialoqun aparılmasına razılıq veriblər”.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın silahlara nəzarət üzrə nümayəndəsi Marşal Bilinqslea deyib.

O, rusiyalı həmkarı, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Riabkov ilə yeni danışıqlar apardığını açıqlayıb.

“Növbəti qarşılıqlı fəaliyyətimiz üçün konkret fikirlərimiz var və danışdıqca detalları dəqiqləşdiririk”, - deyə ABŞ rəsmisi bildirib.

Silahlara nəzarət tərəfdarları və bəzi amerikalı konqresmenlər ABŞ və Rusiya arasındakı Yeni START silah nəzarət müqaviləsinin 2021-ci ildə dayanmasından narahatdır, hər hansı müqavilə olmasa, dünyanın ən böyük iki nüvə arsenalına bununla bağlı heç bir məhdudiyyət qoyulmayacaq.

Bilinqslea danışıqların ABŞ prezidenti Donald Trampın Çin, ABŞ və Rusiya ilə birlikdə iştirak etdiyi üçtərəfli silah nəzarət sazişinə dair fikirlərinə əsaslanmalı olduğunu vurğulayıb.

Çinin üçtərəfli danışıqlarda iştirak edəcəyinə dair konkret əlamətlər olmasa da, o, Pekinin Nüvə Silahlarının Yayılmaması Sazişinə əsasən silahlar üzərində danışıqlar aparmaq məcburiyyətində olduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya  

ABŞ və Rusiya arasında yeni nüvə danışıqları başlayacaq

2020/05/FNBTW-1590133643.jpg
Oxunub: 656     12:34     22 May 2020    