BMT ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxmasını narahatlıqla qarşılayıb

2020/05/31331-1590133309.jpg
Oxunub: 445     12:16     22 May 2020    
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin mətbuat katibi Setfan Dujarrik ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxması ilə bağlı verəcəyi qərardan narahatlığını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Dujarrik silahlara nəzarət müqaviləsinin strateji silah rəqabətini məhdudlaşdırdığını və beynəlxalq etimadı təmin etdiyini vurğulayıb.

O bildirib ki, alternativlər olmadan bu cür razılaşmalardan çıxmaq təhlükəli silah yarışı kimi qeyri-sabitliyə səbəb ola bilər.

Gündəlik brifinq zamanı mətbuat katibi Liviya məsələsinə də toxunub.

O, Liviyada döyüşən tərəfləri qarşıdurmalara son qoymağa çağırıb.

“BMT-nin mesajı çox açıqdır: bombardmanı dayandırın, qarşıdurmanı dayandırın. Nə hərbi həll, nə bomba, nə də PUA-lar Liviyaya sülh gətirməyəcək”, - deyə Dujarrik bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT   ABŞ   Rusiya  

BMT ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxmasını narahatlıqla qarşılayıb

2020/05/31331-1590133309.jpg
Oxunub: 446     12:16     22 May 2020    