Ermənistan güc strukturları əvvəlkilərdən qurtulmaq üçün “qara siyahı” alıb

2020/05/hh-ka-1590132785.jpg
Oxunub: 690     11:42     22 May 2020    
Ermənistanın dövlət sistemini əvvəlki hakimiyyət nümayəndələrindən təmizləmək barədə Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatından sonra bəzi dövlət qurumları, xüsusilə də güc strukturları hökumət administrasiyasından məktub alıb, bu məktublarda hətta adlar da qeyd olunub ki, kimdən qurtulmaq lazımdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Siyahıya daxil edilmiş adlar “1 Mart” hadisəsi ilə əlaqələndirilib və keçmiş hakimiyyətin tanınmış nümayəndələri ilə qohum-yaxın münasibətləriylə məlum olub.

Lakin qurum rəhbərlərinin bir hissəsi Ermənistan Baş naziri tərəfindən verilmiş göstərişləri icra etmək əvəzinə, siyahını götürərək Paşinyanın qapısına gedib və “şəxsi zəmanət” təqdim edib ki, qara siyahıda olan vəzifəli şəxslər onların nəzarəti altında fəaliyyət göstərəcəklər və onlardan təhlükə yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qara-siyahı  

Ermənistan güc strukturları əvvəlkilərdən qurtulmaq üçün “qara siyahı” alıb

2020/05/hh-ka-1590132785.jpg
Oxunub: 691     11:42     22 May 2020    