Erməni deputat: “Qanunsuz əmlakın müsadirə olunması qanunu “Mənim addımım” fraksiyası üzvlərinin ailəsinə aiddir”

2020/05/31313-1590132613.jpg
Oxunub: 786     13:12     22 May 2020    
“Qanunsuz əmlakın müsadirə olunması qanununun bizimlə nə əlaqəsi olduğunu başa düşmürəm, o, ilk növbətə “Mənim addımım” fraksiyasına - Alen Simonyana, onun xaç atasına, Sasun Mikayelyana, Andranik Köçəryana, Ruben Rubinyanın ailəsinə aiddir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının deputatı Gevorq Qorqisyan deyib.

Qorqisyanın sözlərinə görə, “Mənim addımım” fraksiyasının yarıdan çoxu ya 90-cı illərdə, ya da Ermənistan Respublikaçılar Partiyasının hakimiyyət dövründə “talançı rejimin hissəsi” olub.

Qorqisyan, həmçinin Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyanın özünü növbəti hakimiyyət olaraq görməsi barədə bəyanatına toxunub.

Qorqisyan qeyd edib ki, bu istiqamətdə hər gün işləyirlər, inkişaf edirlər və inkişaf edən şəxslər var.

“Nikol Paşinyan da başa düşür ki, vətəndaşlar “niyə də yox?” söyləyə bilərlər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Etiraz  

Erməni deputat: “Qanunsuz əmlakın müsadirə olunması qanunu “Mənim addımım” fraksiyası üzvlərinin ailəsinə aiddir”

2020/05/31313-1590132613.jpg
Oxunub: 787     13:12     22 May 2020    