Fərid Şəfiyev: “Liberal dəyərlər işğal və etnik təmizləmə siyasəti üzərində qurula bilməz"

2020/05/ed06f-1590132342.jpg
Oxunub: 695     11:24     22 May 2020    
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Eurasia Review” nəşrində Azərbycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma inauqurasiya mərasiminə dair “Liberal dəyərlər işğal və etnik təmizləmə siyasəti üzərində qurula bilməz” adlı məqaləsi dərc olunub.

Bu barədə Ordu.az-a BMTM-nin Mətbuat xidmətindən məlumat verilib.

Məqalədə bildirilir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında martın 31-i və aprelin 14-də keçirilmiş seçkilər bir çox beynəlxalq aktor və ölkələr tərəfindən pislənib. “Bu seçkilər BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış tanınmayan siyasi quruluşu legitimləşdirmək istiqamətində növbəti uğursuz cəhddir”,- deyə Fərid Şəfiyev qeyd edir. Müəllif əlavə edir ki, yerli qondarma rəhbərlik Qarabağ regionunda aşkar edilmiş koronavirus infeksiyasının insanlar üçün yaratdığı təhlükəni görməzdən gəldiyi üçün seçkilərin keçirildiyi vaxt da geniş şəkildə tənqid olunub: “Seçkilər yerli icmanın vacib hissəsi olan azərbaycanlıların etnik təmizləmə yolu ilə qovulduğu bölgədə keçirilib. Bu insanlar indi də öz rayonlarına giriş imkanlarından məhrum edilib. Bu vəziyyət BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməyə rəğmən davam edir”.

Bildirilir ki, Azərbaycan hökuməti də bu “seçkilər”i pisləyib və bir daha bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması, azərbaycanlıların doğulduğu torpaqlara geri qayıtması və regionun erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpa olunmasından sonra hansısa seçkilər keçirilə bilər.

Məqalədə qeyd olunur ki, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, NATO, ATƏT və digər beynəlxalqa təşkilatlar Azərbaycanın narahatlıqlarını bölüşərək seçkiləri tanımaqdan imtina ediblər. Eyni zamanda bu mövqe ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən də nümayiş olunub və onlar bu seçkiləri Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmədiklərini bəyan ediblər.

“Bu insanlar nəinki qeyd edilin beynəlxalq sənədlərə, həmçinin siyasi sistemin demokratik olmasına imkan verən inklüziv vətəndaşlıq prinsiplərinə məhəl qoymurlar. Yerli icmanın “arzuolumaz” seqmenti hesab etdikləri etnik azərbaycanlıları qovmaqla ermənilər onların fundamental hüquqlarını görməzdən gəliblər və regionda hansısa demokratiyaya yer saxlamayıblar”,- deyə Fərid Şəfiyev bildirib.

Müəllif həmçinin beynəlxalq ekspertlərin post-sovet məkanında mövcud olan münaqişələrə qarşı ikili standart nümayiş etdirmələrindən bəhs edib. “Liberal dəyərlər qanunsuz işğal üzərində qurula və azərbaycanlı icmanın Dağlıq Qarabağdan qovulması ilə uzlaşa bilməz. Nə qədər ki, beynəlxalq ictimaiyyət və ekspertlər bu və ya digər etnik-ərazi münaqişələrinə kökündən yanlış olan yanaşmalarını nəzərdən keçirməyəcəklər və prinsipial mövqenin nümayiş etdirilməli olduğu həmin yerlərdə “neytrallıq” axtarışında olacaqlar sülhə nail olmaq çox çətin olacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan  

Fərid Şəfiyev: “Liberal dəyərlər işğal və etnik təmizləmə siyasəti üzərində qurula bilməz"

2020/05/ed06f-1590132342.jpg
Oxunub: 696     11:24     22 May 2020    