Çinin hərbi büdcəsi 178 milyard ABŞ dolları təşkil edəcək

2020/05/f5a80-1590120768.jpg
Oxunub: 820     11:15     22 May 2020    
Çin bu il ölkənin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini 6,6 faiz çoxaltmağı planlaşdırıb.

Ordu.az xəbər verir ki, ölkənin 2020-ci il üçün müdafiə xərcləri 178,8 milyard ABŞ dolları səviyyəsində müəyyənləşdirilib.

Bildirilir ki, artım ölkənin milli təhlükəsizliyinin yaxşılaşdırılmasına və orduda islahatların davamının təminatına yönəldiləcək.

“Müdafiə və silahlı qüvvələr sahəsində islahatlar dərinləşdirilməli, ordunun silahlandırılması artırılmalı, müdafiə sahəsində elmi və texnikanın innovativ inkişafı təbliğ olunmalıdır”-deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, Çinin 2019-cu il üçün müdafiə xərcləri 1,19 trilyon yuan (177,61 milyard ABŞ dolları) səviyyəsində olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   Büdcə  

Çinin hərbi büdcəsi 178 milyard ABŞ dolları təşkil edəcək

2020/05/f5a80-1590120768.jpg
Oxunub: 823     11:15     22 May 2020    