Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı daha da möhkəmləndirilir

2020/05/32539-1590061149.jpg
Oxunub: 1702     15:13     21 May 2020    
Mayın 21-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.

Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, onlayn iclasda komitənin sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanun layihəsi və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə” Qanun layihəsi daxildir.

Komitə sədri məlumat verib ki, birinci sənəd Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır.

İkinci sənəd isə iki ölkə arasında təhlükəsizlik üzrə əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.

Fikir mübadiləsindən sonra hər iki sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə üzvləri Hikmət Məmmədov, Aqil Abbas, Əminə Ağazadə, Kamal Cəfərov, Elşad Mirbəşır oğlu, Oqtay Əsədov, Nurlan Həsənov, Erkin Qədirli, Elman Məmmədov, Aydın Mirzəzadə, Arzu Nağıyev, Bəxtiyar Sadıqov və Nizami Səfərov iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Türkiyə  

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı daha da möhkəmləndirilir

2020/05/32539-1590061149.jpg
Oxunub: 1705     15:13     21 May 2020    