“Geniş miqyaslı hərbi əməliyyatların aparılması labuddür” - HƏRBİ EKSPERT

2020/05/10-1590057433.jpg
Oxunub: 2371     14:50     21 May 2020    
“Azərbaycan daha əvvəl də Türkiyədən eyni şassiyə, lakin idarəolunmayan 300 mm-lik “Kasırğa” reaktiv yaylım atəşi sistemləri əldə edib. Bu sistemlərin bir qismi İsrailin LORA OTRK və Rusiyanın “Smerç” YARS-ları ilə birlikdə Naxçıvan zonasında yerləşdirib. Türkiyənin SOM qanadlı raketlərinin də bu ərazidə yerləşdirilməsi istisna deyil, halbuki bu raketlərin 250 km atəş məsafəsi onların digər ərazilərdən buruaxılmasına imkan verir”.

Bunu Ordu.az-ın hərbi eksperti Ədalət Verdiyev Naxçıvanda yüksək dəqiqlikli yeni raket sistemlərinin yerləşdirməsinə toxunarkən deyib.

Ekspert bildirib ki, “Kaplan” raketlərinin Əlahiddə Ümumqoşun Ordusunun silahlanmasına daxil edilməsi həm Naxçıvanın müdafiə qabiliyyətinin, həm də Ermənistanın vacib hərbi obyektlərinə nəzarətin gücləndirilməsinə imkan verir.

“Naxçıvanda yerləşdirilən raketlərin Blok I və ya Blok II versiyasına aid olduğu barədə məlumatlar açıq mənbələrdə mövcud deyil, lakin onların hər ikisi Ermənistan paytaxtı da daxil olmaqla, işğalçı ölkənin ərazisindəki istənilən strateji hədəflərə birbaşa raket zərbəsi endirməyə imkan verir. Təbii ki, digər reaktiv yaylım atəşli artilleriya sistemləri də bu imkanı təmin edir, lakin "Kaplan" Türkiyənin ən son idarəolunan raketləri olaraq, öz dəqiqliyi ilə atəş vəzifələrinin daha yüksək həssaslıqla yerinə yetirilməsini təmin edir. Bu sinifdən olan idarəolunan YARS-ların az sayda ölkə tərəfindən istehsal edilməsi ROKETSAN məhsuluna geniş ixrac potensialı vəd edir”, - deyə o qeyd edib.

Hərbi ekspertin sözlərinə görə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun həm Ermənistan Silahlı Qüvvələrinin ehtiyatlarının yerləşdiyi daimi dislokasiya məntəqələrini, həm vacib hərbi obyektlərini, həm də təchizat və təminatın həyata keçiriləcəyi yeni dəhliz və yol qovşaqlarını nəzarətdə saxlaya biləcək uzaqmənzilli artilleriya sistemləri ilə təmin edilməsi məntiqə uyğundur.

“Düşünürəm ki, Azərbaycan strateji əhəmiyyətli Naxçıvan bölgəsində özünün hərbi iştirakını artırmaqda, Əlahiddə Ümumqoşun Ordusunu ən yeni, dağıdıcı və yüksək dəqiqlikli silah sistemləri ilə təchiz etməkdə davam etməlidir. Əldə edilən silahların atəşkəs rejimindən cəsarətlənən işğalçı ölkənin hərbi obyektləri üzərində ən qısa müddətdə döyüş sınaqlarının həyata keçirilməsi isə artıq həm ordumuz, həm də ictimaiyyət üçün həyati zərurətə çevrilib”, - deyə Ədalət Verdiyev qeyd edib.

Hərbi ekspert vurğulayıb ki, bu baxımdan Azərbaycanın Naxçıvanda yüksək dəqiqlikli yeni raket sistemləri yerləşdirməsi təsadüfi deyil.

“Real vəziyyətdə işğal olunan ərazilərin Ermənistan rəhbərliyi tərəfindən daxili ərazilər kimi tanınması, qondarma qurumda “seçkilər”in keçirməsinə dəstək verməsi, orada uzunmüddətli perspektiv inkişafa yönələn infrastuktur layihələrinin həyata keçirilməsi, həmsədr ölkələr və işğalçı ölkə rəhbərliyinin verdikləri bəyanatların bir-birinə uyğun gəlməməsi, bəzən isə hətta zidd olması, faktiki olaraq danışıqlar prosesini iflic edib. 30 illik danışıqlar prosesinin nəticə verməməsi və bu azmış kimi, Ermənistan rəhbərliyinin münaqişənin həllində yalnız paket həll barəsində müzakirə apara biləcəklərini rəsmən bəyan etməsi, qondarma qurumda “inaqurasiya” mərasimi keçirməsi, “məkəz”in dəyişdirilməsi kimi təhrikedici addımlar atması, həm cəmiyyətimizdə, həm də ölkə rəhbərliyində danışıqlar prosesinin nəticə verməyəcəyinə dair şübhələri artırıb. Başqa sözlə desək, Ermənistan rəhbərliyi Azərbaycanı işğal altında olan ərazilərini güc yolu ilə azad etməyə məcbur edir. Deməli geniş miqyaslı hərbi əməliyyatların aparılması labuddür. Bunun üçün isə Azərbaycanda həm siyasi əsaslar, həm də hərbi və iqtisadi imkanlar mövcuddur”, - deyə Ədalət Verdiyev bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Naxçıvan   Kaplan  

“Geniş miqyaslı hərbi əməliyyatların aparılması labuddür” - HƏRBİ EKSPERT

2020/05/10-1590057433.jpg
Oxunub: 2374     14:50     21 May 2020    