İrəvanda Naxçıvanda yerləşdirilən raketlərdən qorxu hissi günbəgün artır

2020/05/14-1590058424.jpg
Oxunub: 2393     15:27     21 May 2020    
“Naxçıvanda və Qarabağ istiqamətində geniş miqyaslı hərbi təlimə başlayan Azərbaycan muxtar bölgəyə yeni raketlərin yerləşdirildiyini və İrəvanı hədəf aldığını elan edir. Bu açıqlama Qərb ekspert strukturları formatında verilib. Eyni zamanda, Azərbaycanın Xarici İşlər naziri Məmmədyarov Minsk Qrupu həmsədrləri ilə video-konfrans keçirib, həmin görüşdə nizamlama prosesində epidemiya aradan qaldırıldıqdan sonra hansı addımların atılmalı olduğu barədə danışıqlar aparıb. Həmsədrlər epidemiyanın zəiflədiyi zaman iki nazirin görüşünün təşkilindən danışıblar”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi ekspert Aram Amatuni yazıb.

O qeyd edib ki, Azərbaycan hərbi dillə diplomatik danışıqlarda iştirak edir.

“Bakının yurisdiksiyasında olan Naxçıvanın geosiyasi şantaj mənbəyinə çevrilə biləcəyi və ilk hədəfinin Ermənistan ola biləcəyi unikal bir vəziyyət yaranır.

Əlbəttə, bu məsələyə yalnız Ermənistandakı hərbi mənada, əks tədbirlər və vasitələr baxımından deyil, həm də siyasi mənada, önləyici məntiqlə əsas diqqət yetirilməlidir. Naxçıvan statusu məsələsini, ilk növbədə, Azərbaycanla “strateji müttəfiq” olan, bu statusla bağlı Türkiyə ilə de-fakto razılaşmaya malik Rusiya və bundan başqa Minsk qrupu qarşısında gündəmə gətirmək üçün İrəvan ciddi tədbirlər görməlidir”, - deyə Amatuni bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Naxçıvan   Qorxu  

İrəvanda Naxçıvanda yerləşdirilən raketlərdən qorxu hissi günbəgün artır

2020/05/14-1590058424.jpg
Oxunub: 2394     15:27     21 May 2020    