Erməni politoloq: “Paşinyan hakimiyyətindən qurtulmaq lazımdır”

2019/10/KMO_0-1571999148.jpg
Oxunub: 1624     15:49     21 May 2020    
“Mikayel Minasyanın son qeydi bu siyasi komandanın tarixi, siyasi məsuliyyət nümayiş etdirməli olduğu ilə bağlı “Mənim addımım” blokuna yönəlmiş sayıqlıq çağırışı idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Armen Minasyan Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyanın qeydi haqqında danışarkən bildirib.

O qeyd edib ki, Paşinyan hakimiyyətindən qurtulmaq lazımdır, nəhayət, “Vətəndaş müqaviləsi” partiya kimi və “Mənim addımım” fraksiya olaraq kollegial orqanlar olmalıdır.

“Orada toplaşmış insanlar başa düşməlidirlər ki, ölkəni böhrandan çıxarmaq işində ən azı məsuliyyətə sahibdirlər. Bu çağırış əslində sayıqlıq çağırışı idi ki, insanlar dayansınlar və məsuliyyəti dərk etsinlər”, - deyə Minasyan bildirib.

Politoloq qeyd edib ki, “Mənim addımım” blokunda Nikol Paşinyan idarəetməsinin keyfiyyətindən məyus olduqlarına dair müşahidələri açıq şəkildə təkzib edəcəklərinə baxmayaraq, ölkədə nəyinsə qaydasında olmadığını başa düşən insanlar var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan   Diktator  

Erməni politoloq: “Paşinyan hakimiyyətindən qurtulmaq lazımdır”

2019/10/KMO_0-1571999148.jpg
Oxunub: 1627     15:49     21 May 2020    