Venesuela hərbçiləri İranın yanacaq tankerlərini müşayiət edəcək

2020/05/563-1590051636.jpg
Oxunub: 1050     14:38     21 May 2020    
“Venesuela hərbi qüvvələri bölgənin eksklüziv iqtisadi zonasına daxil olarkən yanacaq gətirən İran tankerlərini müşayiət edəcək”.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Venesuela Müdafiə naziri Vladimir Padrino deyib.

İrandan yola çıxan 5 tanker 1,5 milyon barel yanacaq daşıyır və Süveyş kanalından keçərək Venesuelaya doğru yola düşüb. Onların mayın sonu - iyunun əvvəlləri arasında Venesuelaya çatacağı gözlənilir.

“Eksklüziv iqtisadi zonamıza daxil olduqda, onları Silahlı Qüvvələrin qayıqları və təyyarələri müşayiət edəcək və İran xalqına həmrəyliyi və əməkdaşlığı üçün təşəkkürlərini çatdıracaqlar”, - deyə nazir bildirib.

Tramp administrasiyasının rəsmiləri bildirir ki, Vaşinqton yanacaq tədarükünə necə cavab veriləcəyini müzakirə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Venesuela   İran   HDQ  

Venesuela hərbçiləri İranın yanacaq tankerlərini müşayiət edəcək

2020/05/563-1590051636.jpg
Oxunub: 1051     14:38     21 May 2020    