Ekspertlər Çinin hərbi büdcəsində 3 faizlik artım proqnozlaşdırır

2020/05/6666-1590050779.jpg
Oxunub: 829     10:15     22 May 2020    
Qlobal pandemiya fonunda Çinin tezliklə müdafiə büdcəsinin layihəsini açıqlayacağı gözlənilir.

Çinin 2019-cu il üçün müdafiə büdcəsi 1.19 trilyon yuan (167 milyard dollardan artıq) olub. Bu, 2018-ci illə müqayisədə 7.5 faiz böyük rəqəm idi. 2016-cı ildən etibarən Çinin illik müdafiə büdcəsində hər il artım müşahidə olunub.

Ordu.az xəbər verir ki, Çinin “Global Times” nəşri müxtəlif hərbi ekspertlərdən yeni büdcə ilə bağlı proqnozlarını soruşub.

Müxtəlif yerli və xarici hərbi ekspertlər hərbi büdcənin təqribən 3% artacağını proqozlaşdırır. Bir neçə hərbi ekspert hərbi büdcənin azala biləcəyini də istisna etmir. Amma müxtəlif dövlətlər ilə münasibətlərində gərginlik səbəbindən artan müdafiə ehtiyacları fonunda Çinin hərbi büdcəsinin azalma ehtimalı azdır.

Qeyd edək ki, son otuz ildə Çin hərbi xərclərinin ÜDM-nin 2 faizindən aşağıda saxlayıb.

Analitiklərin fikrincə, bu ümumi tendensiyanın kəskin şəkildə dəyişməsi ehtimalı yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   Hərbi   Büdcə  

Ekspertlər Çinin hərbi büdcəsində 3 faizlik artım proqnozlaşdırır

2020/05/6666-1590050779.jpg
Oxunub: 832     10:15     22 May 2020    