Erməni siyasi xadim: “Erməni ordusunun hazırkı quruluşu hərbi-sənaye kompeksinin inkişafına mane olur”

2020/05/1590044580.jpg
Oxunub: 1246     11:01     21 May 2020    
“Gələcəyin yüksək texnoloji silah növlərində olmasına heç bir şübhə yoxdur və dünyanın bir çox ölkələrinin hərbi sənaye sahəsi bunu sübut edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Aparıcı Texnologiyalar Müəssələri Birliyinin icraçı direktoru Karen Vardanyan hərbi sənaye sahəsinə yüksək texnologiyaların daxil olması probleminə, bu prosesin səmərəliliyinə və özünəməxsusluqlarına toxunarkən bildirib.

Vardanyanın sözlərinə görə, Ermənistanda sturktur problemi var idi.

“Bu, zamanla həll olundu, çünki hərbi sənaye ordudan ayrıldı və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə daxil edildi”, - deyə o bildirib.

Vardanyanın qeyd edib ki, Ermənistan yüksək texnologiyalı silahlara keçmək istəyirsə, Ermənistan ordusunun strukturunu dəyişmək lazımdır, bu barədə illərdir danışılır, lakin hələ heç bir reaksiya yoxdur.

“Bizim ordumuz təklif qəbul etməyə və bu yolla getməyə hazır deyil, çünki rəhbərlərin bir hissəsi erməni fərdinin yaxşı silah hazırlaya biləcəyinə inanmır, əhəmiyyətli bir hissəsi də xarici tədarükçülərlə əlaqəya malikdir və təbii olaraq bu əlaqələrin davam etdirilməsində maraqlıdır”, - deyə o bildirib.

Vardanyan bildirib ki, Ermənistanın hərbi sənaye kompeksinin şirkətləri sifarişlərin qeyri-qənaətbəxş həcmləri ilə bağlı olaraq ciddi problemlərlə üzləşir.

Vardanyanın sözlərinə görə, Ermənistanın vəzifəli şəxsləri problemli məsələlərdən yan keçərək hərbi sənaye kompleksi ilə bağlı məsələlərdə yalnız “lovğalanmağa” çalışırlar.

O qeyd edib ki, erməni ordusunun hazırkı quruluşu hərbi-sənaye kompeksinin inkişafına mane olur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistsn  

Erməni siyasi xadim: “Erməni ordusunun hazırkı quruluşu hərbi-sənaye kompeksinin inkişafına mane olur”

2020/05/1590044580.jpg
Oxunub: 1249     11:01     21 May 2020    