“Siyasi azadlığa təzyiq göstərmək üçün fövqəladə vəziyyət saxlanılıb” – Aşotyan

2020/04/1587980697.jpg
Oxunub: 961     11:23     21 May 2020    
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Ermənistanın Mərkəzi polis bölməsinə olub.

Aşotyan “Facebook” səhifəsində canlı yayım vasitəsilə bildirib ki, mayın 20-si günorta saatlarında həm “Adekvat” ictimi təşkilatından, həm də digər ictimai təşəbbüslərdən onlarla fəal həbs olunub.

O qeyd edib ki, Ermənistan Respublikaçılar Partiyasının gənclər təşkilatının üzvləri, eləcə də təşkilatın sədri Hayk Mamicanyan həbs olunanlar arasındadır.

“Həbs olunmanın qanuni əsasları haqqında danışmaq gülüncdür. Siyasi və vətəndaş azadlıqlarına təzyiq göstərmək üçün fövqəladə vəziyyət saxlanılıb”, - deyə Armen Aşotyan bildirib.

Həbs olunanlar arasında başqa bölmədə olan qızlar da var. Son məlumatlara görə, 5 qız həbs olunub.

“Aydındır ki, bu hökumət infeksiyanın yayılmasının qarşısını ala bilməyib, insanlarda həyat, dolanışıq problemləri yaranıb. İki ay sonra bizdə fövqəladə tədbirlər olmadan fövqəladə vəziyyət saxlanılıb. Şəhərdə necə çətinlik olduğunu görürsünüz”, - deyə Aşotyan bildirib.

O qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan təlaş içərisindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Aşotyan  

“Siyasi azadlığa təzyiq göstərmək üçün fövqəladə vəziyyət saxlanılıb” – Aşotyan

2020/04/1587980697.jpg
Oxunub: 964     11:23     21 May 2020    