“Borey-A” sinfinə məxsus sualtı qayığın Rusiya HDQ-yə təhvil veriləcəyi tarix məlum olub

2019/04/12193-1555742570.jpg
Oxunub: 1064     11:31     21 May 2020    
“Borey-A” (Layihə 955A) sinfinə məxsus modernləşdirilmiş strateji nüvə enerjisi ilə işləyən “Knyaz Vladimir” sualtı qayığının Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi tarix məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə sənayesindəki bir mənbə TASS-a məlumat verib.

Bildirilir ki, sualtı qayıq hazırda sınaqlardan keçirilir və həftənin sonunda istehsal müəssisəsinə qayıdacaq. Sualtı qayığın mayın 25-də Rusiya donanmasına təhvil veriləcəyi gözlənilir.

İstehsalçı “Sevmaş”ın mətbuat xidməti mənbədən alınan məlumatları şərh etməkdən imtina edib.

Qeyd edək ki, “Knyaz Vladimir” Rusiya Hərbi Dəniz Qüvvələri üçün inşa edilmiş dördüncü nəsil nüvə enerjisi ilə təchiz edilmiş təkmilləşdirilmiş strateji raket daşıyan sualtı qayıqdır.

Nüvə ilə işləyən sualtı qayıq dövlət sınaqlarını tamamlayıb. 2019-cu ilin payızında “Bulava” qitələrarası ballistik raketi ilə sınaqdan keçirilib.

Daha dörd ədəd “Borey-A” sinfinə məxsus sualtı qayığın inşa edilməsi davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Borei-A   Rusiya  

“Borey-A” sinfinə məxsus sualtı qayığın Rusiya HDQ-yə təhvil veriləcəyi tarix məlum olub

2019/04/12193-1555742570.jpg
Oxunub: 1065     11:31     21 May 2020    