ABŞ DD Tayvana torpedoların satılmasına razılıq verib

2020/04/45345-1587968306.jpg
Oxunub: 1065     12:07     21 May 2020    
Çinlə münasibətlərinin gərginləşdiyi bir zamanda ABŞ Dövlət Departamenti Tayvan adminstrasiyasına 18 ədəd MK-48 yüksək texnologiyalı ağır çəkili torpedonun satılmasına ilkin razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilir ki, Xarici Hərbi Satış Proqramı çərçivəsində adaya satılan torpedoların və əlaqəli avadanlıqların ümumi qiyməti 180 milyon dollardır.

Satışa qabaqcıl sonar sistemi və aşkarlamanı azaldan texnologiya da daxildir.

Agentlikdən verilən məlumata görə, silah-sursat üçün üçüncü tərəf tədarükçüsü olmayacaq, çünki birbaşa torpedolar Hərbi Dəniz Qüvvələrinin anbarlarından göndəriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   ABŞ   DD  

ABŞ DD Tayvana torpedoların satılmasına razılıq verib

2020/04/45345-1587968306.jpg
Oxunub: 1066     12:07     21 May 2020    