Paşinyan Köçəryanın işi üzrə ruslara sövdələşmə təklif edir?

2020/05/3ef3d-1589969206.jpg
Oxunub: 1139     14:12     21 May 2020    
Ötən gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında telefon danışığı baş tutdu.

Erməni tərəfi, xüsusən Mnatsakanyanın Qarabağ danışıqları ilə bağlı telefon danışığı zamanı söylədikləri barədə olduqca ətraflı bir mətn təqdim edib. Rusiya Xarici İşlər Nazirliyi isə təxminən 4 sətirdən ibarət qısa mətnlə kifayətlənib.

Daha sonra “7 gün” erməni xəbər saytı Lavrovun Mnatsakanyana zəng etdiyi, ikinci prezidenti Robert Köçəryanın həbsdə saxlanmasına sərt münasibət bildirildiyi, Köçəryanın sərbəst buraxılması, rəsmi Ermənistan-Rusiya münasibətlərinin bununla bağlı olmasını ifadə edərək, onu bu münasibətlərin memarlardan biri adlandırması haqqında məlumat yayıb.

“Politik.am” nəşri yazır ki, erməni tərəfi təəccüblü olsa da səssiz qaldı və Anna Nağdalyandan başqa bir zəhlətökən “inkar” mesajı yayılmadı.

“Bu, həqiqətən də prezident Köçəryan məsələsinin söhbət zamanı müzakirə olunduğuna əsas verir. Çünki sabiq baş nazirlərin Köçəryanın azad edilməsi ilə bağlı zəmanətləri rədd edildi və məhkəmə qərarı ötən gün elan olunduğuna görə məsələnin müzakirə olma ehtimalı real görünür. Əlbətdə ki, Ermənistan-Rusiya ümumi münasibətlərindəki son hadisələri nəzərə alsaq vəziyyət çox maraqlı görünür”, - deyə nəşr yazıb.

Bir neçə gün əvvəl “168.Jam” yazırdı ki, Rusiyanın Baş naziri Mixail Mişustin Qaqik Xaçatryanla yaxın münasibətdə olması ilə bağlı Qurgen Xaçatryanın işini bilavasitə izləyir və hətta Ermənistan Baş naziri ilə də Qagik Xaçatryanın həbs vəziyyətinin dəyişdirilməsi barədə danışır.
“Təəccüblüdür ki, bu söhbətdən sonra tutulmalı olan Qurqen Xaçatryan hüquq mühafizə orqanlarından yayınmağı bacarır və politoloq Arkadi Vardanyanın yazdığına görə ilk öncə Gümrüdəki Rusiya hərbi bazasına çatmağı bacarır daha sonra Rusiyaya gedir.

Bu qəribə təsadüf erməni tərəfi ilə ruslar arasında Qurgen Xaçatryanla bağlı müəyyən bir razılaşmanın əldə edildiyini göstərir. Üstəlik, bu sövdələşmə ilə Nikol Paşinyan ruslarla sövdələşməyə qarşı olmadığına aydınlıq gətirməyə çalışıb və ehtimal olunan sövdələşmə ilə Ermənistanda məhkəmənin olmaması, üstəlik müstəqil məhkəmə olmadığı və hər şeyin Paşinyanın göstərişi ilə edildiyi tezisi tam sübut edildi.

Bu məntiqin inkişafı ilə Rusiya Xarici İşlər nazirinin Köçəryanın məhkəməsindən bir gün sonra İrəvandakı həmkarına zəng etməsi diqqət çəkir. Paşinyanın şəxsi pisliyi ilə yanaşı, ikinci prezidentə qarşı bu günə qədər edilən bütün qanunsuzluqlar və həbs cəzası, Paşinyanın mütləq bu məsələ ilə ruslarla razılaşmaq istəməsi və olduqca “bahalı” qiymətə sövdələşmə əldə etmə niyyətinin olmasından xəbər verir.

Əslində ruslar bu məsələdə sövdələşməyə əl atmaq istəmirlər. Əlbətdə ki, bu məsələdə onlar Köçəryanı dəstəkləyirlər, eyni zamanda Ermənistan hakimiyyətinə sövdələşmək niyyətində olmadıqlarını bildirirlər, çünki bunun siyasi və uydurma bir hal olduğunu düşünürlər. Rusiya tərəfi Ermənistan hakimiyyəti ilə sövdələşmiş olsaydı, Lavrov Köçəryanın məhkəməsindən bir gün sonra zəng etməzdi, bir gün əvvəl zəng edərdi və Ermənistanın “müstəqil məhkəməsi” Köçəryanın sərbəst buraxılmasına qərar verərdi.

Güman etmək olar ki, Köçəryanın özü də belə bir anlaşmaya qarşıdır, çünki özünü günahsız hesab edir və hakimiyyətin bu qanunsuz prosesi uzun müddət davam etdirə bilməyəcəyinə əmindir”, - deyə nəşr yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Paşinyan   Köçəryan  

Paşinyan Köçəryanın işi üzrə ruslara sövdələşmə təklif edir?

2020/05/3ef3d-1589969206.jpg
Oxunub: 1140     14:12     21 May 2020    