Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 9 nəfər həlak olub

2019/08/AVN_T-1566970616.jpg
Oxunub: 1357     12:56     20 May 2020    
Əfqanıstanın şimal-şərqində “Taliban” hərəkatı silahlılarının hücumu nəticəsində azı doqquz nəfər həlak olub, altı nəfər isə yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum Tahar əyalətindəki iki nəzarət-buraxılış məntəqəsinə edilib. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

Tolo News telekanalı döyüşlər zamanı taliblərin də itkiyə məruz qaldığı barədə məlumat yayıb.

Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş xarici qüvvələrin 14 ay ərzində ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   Taliban  

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 9 nəfər həlak olub

2019/08/AVN_T-1566970616.jpg
Oxunub: 1358     12:56     20 May 2020    