Paşinyan bacarıqsız rəhbərliyi ilə kamilliyə çatdı

2020/05/443-1589963854.jpg
Oxunub: 1338     12:34     20 May 2020    
Ermənistanda fövqəladə vəziyyət bir ay uzadıldı, bununla yanaşı məhdudiyyətlər minimum səviyyəyə endirildi. Bütün bunlar Paşinyanın dilemması şəraitində baş verir, sərtləşmə ölkə iqtisadiyyatını çökdürə bilər, yumşalma epidemiyanın nəzarətsiz hala gəlməsinə səbəb ola bilər.

Bu, Paşinyanın anlamadığı, baş çıxarmadığı yeganə dilemmasıdır? Bəs, Amulsarın dilemması necə olacaq. Onun fikrincə ekoloji problemlər vacib məsələdir, digər tərəfdən bu məsələ xarici sərmayələrin kəskin azalmasının qarşısını ala bilər?

Ermənistanın nüfuzlu “Tert.am” nəşri yazır ki, Qarabağ münaqişəsinin həlli daha qlobal bir dilemmadır.

“Paşinyan öz mövqeyini yumşaldır, bu da dünyanın güc mərkəzləri tərəfindən güzəştlərin edilməsi məcburiyyətinə gətirib çıxara bilər. Mövqenin sərtləşdirilməsi isə danışıqların iflasına və nəticədə müharibəyə səbəb ola bilər.

Gördüyümüz kimi, Amulsar kimi məsələnin lokal olub-olmaması, koronavirusun nəticələrinin dəf edilməsi kimi qlobal gərginliyin aradan qaldırılması və ya istərsə Qarabağ məsələsi kimi regional qarşıdurma olsun Paşinyan uzun və sərt danışır, ziddiyyətli açıqlamalar verir.

Sonda insanları günahlandıraraq, bir halda Amulsar mədəninə aparan yolu açmalı olduqlarını başa düşmürlər, digər halda təhlükəsizlik qaydalarına əməl etməlidirlər, əks halda epidemiyanın yayılmasına görə məsuliyyət daşıyacaqlar, digər halda isə referendum yolu ilə hakimiyyət güzəşt etməlidir, ya yox, deyə özləri qərar verməlidirlər deyir.

Paşinyanın davranışlarını araşdırarkən məlum olur ki, o, bacarıqsız idarəçiliyində kamilliyə çatıb, yəni bacarıqlı istedadında bacarıqsızlığa nail olub. Səhərdən axşama kimi danışaraq, heç nə deməməyə görə həqiqətən istedada ehtiyac var. İnsanlarla səhərdən axşama qədər ünsiyyət qurmaq və həmin insanlardan bu qədər təcrid olunmaq, ağrılarından xəbərsiz olmaq, buna istedad lazım deyilmi? Bütün hakimiyyəti bir əldə cəmləşdirmək, ən yüksək məsuliyyətli vəzifəni tutmaq və yükü bir nəfərin çiyninə atmamaq, uğursuzluğa görə məsuliyyətə cəlb edilməmək üçün heç bir məsuliyyət yükünü öz üzərinə götürməmək, istedad olmadan ölkəyə cavabdeh olan ən məsuliyyətsiz məsuliyyətli şəxs olmaq mümkündürmü?

İstedad olmadan bu qədər tələsmək, hər şeyi bir an öncə dəyişdirmək arzusu və iki ildə heç nəyi dəyişməmək həqiqətən mümkün deyil.

Hakimiyyət, pisləşən iqtisadi vəziyyətə işarə edərək məhdudiyyətləri azaldır, lakin vəziyyətin pisləşəcəyi təqdirdə dərhal daha ciddi məhdudiyyətlərə keçəcəklərini bəyan edərək bu vəziyyətdə nə baş verə biləcəyini proqnozlaşdırmır.
İndi iqtisadiyyat necə inkişaf edəcək, işə yarayacağını bilmədiyi halda təsərrüfat subyekti son qəpiyini necə qoyacaq və ya kredit götürəcək?

Bu, iqtisadiyyat üçün daha pisdir, çünki sahibkar öz biznesinin artıq perspektivli olmadığını başa düşsə, onu bağlayaraq kapitalı başqa bir sahəyə köçürə bilər. Amma indi sərmayə qoyacaq, işçilərin maaşlarını verəcək, vergi və kommunal xidmətlər ödəyəcək və bilməyəcək ki, bu xərcləri etdikdən sonra onun taleyi nə olacaq, işləməmək onun iş çevikliyindən yox, hökumətin vəziyyətdən asılı olaraq qərarından asılı olacaq? Bu iqtisadiyyata dəstək vermək yox, iqtisadiyyatı məhv etmək deməkdir.

Paşinyan, koronavirusun bizim üçün müvəffəqiyyət qapısını açdığından o qədər həyəcanlı danışır ki, az qalır, nə yaxşı oldu epidemiya qopdu və bizə yeni bir fürsət verdi, deyə qışqırmağım gəlir. Koronavirus, tabut istehsalçısının işini də yaxşılaşdırdı, amma biz onu geriləmə nəticəsi kimi qəbul edirik və bu barədə heç danışmırıq. İnsanların ölümü nəticəsində biznesin daha da aktivləşdiyini qürurla elan etmirik.

Bütün bunların fonunda, Arsen Torosyanın, koronavirusa qarşı bir peyvəndi tapılsa belə, epidemiyanın sonu 5 ildən tez çatmayacaq, deyə açıqlaması deyəsən, hər şeyi öz yerinə qoydu. Bu çətin sosial-iqtisadi vəziyyətə görə insanlar sabah üçün narahat olduqları yetməzmiş kimi, indi məlum olur ki, ən azı növbəti beş il üçün həyəcanlanacaq, narahat olacaqlar. Bu, çox təhlükəlidir, əgər hakimiyyət ayılmasa və cəmiyyəti bu vəziyyətdən çıxartmaq üçün təsirli bir yol tapmasa, bu, ciddi ictimai etirazlara səbəb ola bilər.

Əvvəllər bir çox insanın uyğunlaşdığı “oyun qaydalarını” qəbul etdiyi pis, sabit pis şərait vardı. Paşinyan bunun pis olduğunu, rədd edilməli olduğunu söylədi, nəticədə bu gün daha pis olduğu ortaya çıxdı, çünki pis qeyri-sabit vəziyyətdir. Buna uyğunlaşmaq və ya ona qarşı mübarizə aparmaq barədə düşünmək üçün tamamilə bəlli bir “oyun qaydası” da yoxdur”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Böhran  

Paşinyan bacarıqsız rəhbərliyi ilə kamilliyə çatdı

2020/05/443-1589963854.jpg
Oxunub: 1339     12:34     20 May 2020    