“Monarx” otelində - Erməni hərbi təşkilat sədrinin rəhbərlik etdiyi strukturda əmlak

2020/05/image-1589959919.jpg
Oxunub: 1210     10:23     21 May 2020    
Mayın 26-da İrəvan şəhər bələdiyyəsində növbəti iclas baş tutacaq.

Ordu.az emrəni KİV-lərinə istinadən xəbər verir ki, iclasın gündəminə 5 məsələ daxil edilib və 5 məsələdən 2-si maraqlıdır.

Bir məsələ üzrə “Aleksandr hotel”ə xidməti avtodayanacaq təşkil etmək hüququ vermək, son məsələ üzrə isə “Yerkrapah” hərbi təşkilatını əmlakdan pulsuz istifadə etmə hüququ ilə təmin etmək planlaşdırılır.

Məlumata görə, “Aleksandr hotel” nüfuzlu hesab edilən, “Monarx” adı ilə tanınan, Rusiyada yaşayan Armen Qinosyana məxsusdur. Həmçinin Teryan 91 ünvanında fəaliyyət göstərən “Monarx” restoranı, “12 klub” Armen Qinosyana aiddir və o, qida məhsullarının böyük həcmdə idxalı ilə məşğul olur, “Monarx” tikinti şirkətinin sahibidir.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyanın böyük qızı Mariam Paşinyanın anadan olmasının 20 illiyi məhz “Monarx” restoranında qeyd edilib.

Ağsaqqalar şurası Ermənistan parlamentinin deputatı Sasun Mikayelyana “Yerkrapah” hərbi təşkilatı ilə bağlı verilmiş ərazilərin müddətini uzadacaq.

“Luys” fraksiyasının ağsaqqallar şurasının üzvü Ani Xaçatryan qeyd edib ki, İrəvanda fəaliyyət göstərən otellərin əksəriyyəti avtodayanacaq təşkil etmək hüququ almaq üçün müraciət edir.

“Hazırda parlamentdə qanunvericilik dəyişikliyi, habelə köhnələrin yenidən nəzərdən keçirilməsi gözlənilir, çünki İrəvanın mərkəzində və şəhərətrafı yerlərdə qiymət eynidir, bu isə normal deyil”, - deyə o bildirib.

“Yerkrapah” hərbi təşkilatına əmlak vermək məsələsinə toxunaraq Ani Xaçatryan bildirib: ““Yerkrapah”a da ərazilər var, bunları biz çətin istifadə edək, “Yerkrapah” ərazilərdə muzeylər tikib və yerdə ərazi strukturları fəaliyyət göstərir. Yeni şey deyil, həmişə verilib, indi uzadırıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Yekrapah  

“Monarx” otelində - Erməni hərbi təşkilat sədrinin rəhbərlik etdiyi strukturda əmlak

2020/05/image-1589959919.jpg
Oxunub: 1211     10:23     21 May 2020    