Aprel döyüşlərini araşdıran komissiyanın üzvü: “Nalbandyanla danışmalı olduğumuz faktlar üzə çıxıb”

2020/05/47478-1589959562.jpg
Oxunub: 1804     16:03     20 May 2020    
Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Kristine Poğosyan bir neçə gün bundan öncə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyanın Aprel döyüşlərini araşdıran istintaq komissiyasına gəlməsinə toxunub.

“Ondan əlavə açıqlamalar aldınız?” sualına Poğosyan cavab verib ki, dəvət etdikləri və suallar verdikləri hər kəs suallara problemsiz cavab verib.

“Cənab Karapetyanla çoxdan görüşmüşdük, o, çox vacib informasiya vermişdi. Bu aylar ərzində faktlar üzə çıxdı, bir daha onun görüşmək və dəqiqləşdirmələr etmək üçün zərurət yarandı. O razılaşdı, məmnuniyyətlə gəldi və suallara cavab verdi”, - deyə Poğosyan bildirib.

Jurnalistin “Edvard Nalbandyana verməli olduğunuz konkret suallar var və niyə onu da dəvət etməyə zərurət yarandı?” sualına “Mənim addımım” fraksiyasının deputatı belə cavab verib: “Barəsində Edvard Nalbandyanla danışmalı olduğumuz faktlar üzə çıxıb. Suallara gəlincə isə biz komissiyada ümumi anket hazırlayırıq, bu prinsiplə işləyirik. Komissiya sədri sual qaldırır, komissiyaya gələn şəxs cavab verir və əgər komissiya üzvlərinin əlavə sualları olursa, verirlər və önə keçirlər. Anketdən kənar əlavə suallarımız olursa, onu da veririk. Mənim şəxsən cənab Nalbandyana suallarım var”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   Nalbandyan  

Aprel döyüşlərini araşdıran komissiyanın üzvü: “Nalbandyanla danışmalı olduğumuz faktlar üzə çıxıb”

2020/05/47478-1589959562.jpg
Oxunub: 1807     16:03     20 May 2020    