Köçəryan yenidən Rusiya korporasiyasının direktorlar şurasının üzvü olacaq

2020/05/00-88-1589958933.jpg
Oxunub: 1662     15:24     20 May 2020    
“Sistema” korporasiyası direktorlar şurasına müstəqil direktor statusu ilə Ermənistanın sabiq prezidenti, hazırda həbsdə olan Robert Köçəryanın namizədliyini irəli sürüb. Köçəryan 2009-cu ildən “Sistema” korporasiyasının direktorlar şurasının üzvüdür.

Ordu.az xəbər verir ki, bu barədə Köçəryanın “Facebook” səhifəsində bildirilib.

“Sistema” səhmdar maliyyə korporasiyası Rusiya iqtisadiyyatının ən böyük özəl investorlarından biridir.

“Dünya iqtisadiyyatında vacib rola malik olan “Sistema”nın bu addımı Robert Köçəryanın nüfuzu, müasir idarəetmə yanaşmaları və ona qarşı böyük etimad barədə sübut verir”, - deyə Köçəryanın ofis rəhbəri Viktor Soğomonyan qeyd edib.

Erməni politoloq Ruben Mehrabyanın sözlərinə görə, bu, Robert Köçəryanın tərəfdarlarına Rusiyanın dəstək amilini hiss etməyə imkan verir.

“Onların başqa amili yoxdur, onlar öz müdafiəsində daxili siyasi amili və həmçinin rus dəstəyini manipulyasiya edirlər”, - deyə Mehrabyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Köçəryan   Rusiya  

Köçəryan yenidən Rusiya korporasiyasının direktorlar şurasının üzvü olacaq

2020/05/00-88-1589958933.jpg
Oxunub: 1663     15:24     20 May 2020    