Yaponiya hərbçiləri 1989-cu ildən bəri ilk dəfə yeni hücum tüfəngləri alacaqlar

2020/05/Japan-1589956809.jpg
Oxunub: 1198     13:42     20 May 2020    
Yaponiyanın Quru Özünümüdafiə Qüvvələri 1989-cu ildən bəri ilk dəfə ölkənin cənub-qərb adalarını qorumaq üçün yeni hücum tüfənglər alacaqlar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2020-ci ildə istehsal edildiyi üçün “Type 20” olaraq adlandırılan hücum tüfəngləri artıq ölkənin Müdafiə Nazirliyinə təhvil verilib.

Bildirilir ki, yeni tüfənglər daha çox suya davamlıdır və Yaponiya ordusu Nansei adalarında amfibiya əməliyyatları üçün istifadə edə bilər. Məlumata görə, 745 ədəd hücum tüfəngi təhvil verilib.

Hücum tüfəngləri “Howa Machinery Limited” tərəfindən istehsal edilib. Yaponiya Hökuməti bu il 3000 ədəd hücum tüfəngi almaq üçün təxminən 8.3 milyon dollar vəsait xərcləyib. Qoşunların 2021-ci ildə yeni hücum tüfəngləri əldə edəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   Silah  

Yaponiya hərbçiləri 1989-cu ildən bəri ilk dəfə yeni hücum tüfəngləri alacaqlar

2020/05/Japan-1589956809.jpg
Oxunub: 1201     13:42     20 May 2020    