Babayan və onun komanda yoldaşları “vəzifə”lər alacaqlar: Mnatsakanyan qalmaq üçün yollar axtarır

2020/05/samve-1589887418.jpg
Oxunub: 1962     16:43     20 May 2020    
Mayın 18-də İşğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmənin sabiq “komandiri” Samvel Babayan və qondarma qurumun yeni “rəhbəri” Arayik Harutyunyan komanda şəklində görüş keçiriblər.

Bundan əvvəl Babayan və Harutyunyanın bir “rəsmi” görüşü olub. Artıq şübhə yoxdur ki, Babayan Harutyunyana dəstək verəcək.

Bu əməkdaşlıq “koalisiya” adını almaya bilər, lakin Babayan və onun komanda yoldaşları əsas “vəzifələr”i tutacaqlar. Hətta Babayanın qondarma qurumun “Təhlükəsizlik Şurasının katibi” təyin olunması məsələsi müzakirə olunur.

Mayın 18-də Arşavir Qaramyanın bu “vəzifə”dən azad olunması barədə müraciəti imzalanıb. Qaramyan bu müraciəti bir həftə əvvəl təqdim edib.

Harutyunyan namizədliyi Ermənistan hakimiyyətinin təsdiqini alan qanunsuz “hərbi birləşmə”nin komandirindən başqa güc strukturları rəhbərlərini dəyişdirmək niyyətindədir. Qondarma qurumun “polis rəisi” Lyova Mnatsakanyan vəzifədə qalmağın yollarını axtarır, lakin Mnatsakanyanın əvəz olunması məsələsində onun müavini Aşot Hakobcanyanın adı artıq müzakirə olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Babayan   Mnatsakanyan  

Babayan və onun komanda yoldaşları “vəzifə”lər alacaqlar: Mnatsakanyan qalmaq üçün yollar axtarır

2020/05/samve-1589887418.jpg
Oxunub: 1963     16:43     20 May 2020    