Erməni hərbi komissarı kim öldürüb? - DETALLAR

2020/05/31131-1589879478.jpg
Oxunub: 1513     10:48     21 May 2020    
18 sentyabr 2015-ci il tarixdə, saat 22.00 radələrində Ermənistanın Tavuş vilayətinin Movses kəndinin kəndarası yolunda onu döyən və təhqir edən Derenik Papyanın hərəkətlərindən qəzəblənən Artur Mkrtumyan ov tüfəngi ilə ona atəş açaraq boyun nahiyyəsindən yaralayıb. Papyan aldığı xəsarətlər nəticəsində ölüb. Papyan Ermənistan Müdafiə Nazirliyinin Tavuş vilayətinin Şəmşəddin rayonunun hərbi komissarı olub.

Derenik Papyanın bacısı Qohar Papyan deyib ki, beş il əvvəl baş verən hadisə hələ də ailələri üçün böyük bir yaradır və xüsusilə də təqsirləndirilənlər tərəfindən üzə çıxarılması ikiqat çətindir.

“Qardaşım müharibələrdə və Tavuşun müdafiə döyüşlərində iştirak etmişdi. Bir neçə medal və ordenə sahibdir. Türkün gülləsindən ölmədi ki, həmkəndlisinin açdığı atəşdən ölsün? 49 yaşında idi, iki övladı vardı və nəvəsini görməyə belə vaxt çatmadı”, - deyə bacısı Qohar bildirib.

Bacısının dediyinə görə, saat 9 radələrində Derenik Papayna evdə olub, daha sonra sərxoş olan Arturu sakitləşdirmək üçün onu çölə çağırıblar.

“Kənddə dolaşan şayiələrə görə Artur yaxşı insan olsa da, sərxoş olduqdan sonra idarəolunmaz hala gəlir. Onların heç bir yaxın münasibəti belə olmayıb, sadəcə həmkənlidirlər, hər ikisi də eyni sistemdə çalışırlar. Derenik sərxoş Arttura yaxınlaşaraq kəndin sükutunu pozmamaq üçün ona tövsiyyə vermək istəyib. Derenik gedib və bir daha geri qayıtmayıb”, - deyə o qeyd edib.

Mkrtumyan ona qarşı irəli sürülən ittihamı ilk andan qəbul etməyib. Müntəzəm olaraq baş vermiş hadisə ilə heç bir əlaqəsinin olmadığına israr edib. Hətta ekspertiza da Papyanın Mkrtumyana aid olan silahdan açılmış atəş nəticəsində öldüyünü göstərməyib. Silahda Artur Mkrtumyanın barmaq izləri aşkarlanmayıb.

Bu məqam da Qohar üçün olduqca təəccüblü gəlir. Təəccüblü olmasına səbəblərdən biri də silahda Mkrtumyanın barmaq izlərinin aşkarlanmaması halıdır. Deyilənlərə görə guya silahda qan olduğu üçün barmaq izləri düşməyib.

“Mən müstəqil ekspertlərdən bu məsələni dəqiqləşdirmişəm. Deyirlər belə şey ola bilməz, qan barmaq izlərinə maneçilik törədə və qan izlərini silə bilməz. Həmçinin Arturun evində axtarış aparılmayıb, məncə bu əhəmiyyətli bir məqam idi. Bir sözlə, ümumiyyətlə ibtidai istintaq səhlənkarlıqla aparılıb”, - deyə Qohar Papayan qeyd edib.

O, bütün bu hadisələrin arxasında başqa bir şəxsin durması ehtimalını da istisna etmədiyini vurğulayıb. Onun sözlərinə görə həmin insanların silahlı olduğu ehtimalı da mümkündür.

“Əgər belə bir şey varsa, qoy desin, bizdə istəmirik ki, günahsız insan mühakimə olunsun. Ancaq, hələki deməyib və demirsə, faktlar və şahidlər onun əleyhinədir. Buna görə də məhkəmənin 11 il daha sonra 14 il həbs edilməsi ilə bağlı verdiyi hökm cəza hələ azdır. Artur daha sərt cəzalandırılmalıdır. O, bir “qəhrəmanı” qətlə yetirib”, - deyə bacısı bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ölüm   Hərbi-komissar   Cinayət  

Erməni hərbi komissarı kim öldürüb? - DETALLAR

2020/05/31131-1589879478.jpg
Oxunub: 1514     10:48     21 May 2020    