Ermənistan BQ-nin keçmiş kəşfiyyat rəisi Aprel döyüşlərinə görə niyə ikinci dəfə çağırılıb?

2020/05/1589878656.jpg
Oxunub: 1150     14:38     19 May 2020    
Erməni mətbuatının yazdığına görə, ötən gün Ermənistan parlamentinin 2016-cı il Aprel döyüşünün detallarını araşdıran istintaq komissiyanın iclası baş tutdu. 2016-cı ilin Aprel döyüşləri zamanı Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəhbəri vəzifəsini tutan, daha sonra Serj Sarkisyanın əmri ilə vəzifəsindən azad edilmiş, hazırda Ermənistan Respublikası Baş naziri Nikol Paşinyanın müşaviri olan Arşak Karapetyan ikinci dəfə komissiyaya dəvət olunmuşdu.

Mətbuatın yazdığına görə, Karapetyanı ikinci dəfə komissiyaya dəvət edilməsinin səbəbləri Sarkisyanın komissiyaya dəvəti ilə bağlıdır. Məsələ burasındadır ki, 16 aprel tarixində komissiyanın iclasında iştirak edən Sarkisyan əks-kəşfiyyatdan da danışıb, həmin günlərdə baş verən hadisələr barədə komissiya üzvləri arasında çoxlu suallar doğuran yeni məlumatlar verib. Buna görə də Karapetyanı yenidən komissiyaya dəvət etmək qərarına gəliblər.

Məlum olub ki, ötən gün baş tutan görüşdə ona Serj Sarkisyanın yeni açıqlamaları barədə sual edilib və aydınlaşdırma tələb olunub. Buna cavab olaraq Karapetyan baş verənləri olduqca hazır şəkildə təqdim edib və sualları cavablandırıb.

“Joğovurd” nəşrinin məlumatına görə, komissiya üzvləri “İşıqlı Ermənistan” fraksiyasını təmsil edən deputatlar Qevorq Qorqisyan və Rubik Stepanyanın artıq 3-cü dəfədir ki, iclaslarda iştirak etməməsindən çox narazı olduqlarını ifadə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qarabağ   Aprel-döyüşləri   İşğal  

Ermənistan BQ-nin keçmiş kəşfiyyat rəisi Aprel döyüşlərinə görə niyə ikinci dəfə çağırılıb?

2020/05/1589878656.jpg
Oxunub: 1153     14:38     19 May 2020    