Ermənistan SQ-nin keçmiş kəşfiyyat rəisi: “Biz bunu onlara deyə bilmərik, çox təhlükəlidir” (ƏTRAFLI)

2020/05/1589874757.jpg
Oxunub: 2053     12:32     19 May 2020    
“Mənimlə əlaqəli olan bütün suallar gizli olduğuna görə istintaq komissiyasında mənə hansı sualların verildiyini deyə bilmərəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu mayın 18-də jurnalistlərlə brifinqdə Ermənistan Silahlı Qüvvələrinin keçmiş kəşfiyyat rəisi Arşak Karapetyan bildirib.

Qeyd edək ki, mayın 18-də o, Aprel döyüşlərini araşdıran istintaq komissiyasının iclasına dəvət olunub.

“Niyə sizi ikinci dəfə komissiyanın iclasına çağırdılar” sualına Arşak Karapetyan belə cavab verib: “Dəqiqləşdiriləsi sualları var idi, bunları verdilər, yenidən cavab verdim”.

Bu sualların Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın istintaq komissiyasının iclasında iştirak etməsindən sonra yaranması ilə bağlı verilən suala Karapetyan cavab verib ki, belə bir şey deyə bilməz, Sarkisyanın hansı cavabları verdiyini bilmir.

Ermənistan Silahlı Qüvvələrinin keçmiş kəşfiyyat rəisinin sözlərinə görə, problem onun danışmaq istəməməsində deyil, sadəcə məlumatı ictimailəşdirmək olmaz, çünki kəşfiyyatla bağlı məlumatlar Azərbaycan üçün vacibdir.

“Əgər kəşfiyyat bilməyibsə, bu da onlar üçün vacibdir, əgər bilibsə, bu da vacibdir. Danışmaq, müdafiə olunmaq və ya başqa bir şey istəmirəm, məsələ orasındadır ki, biz bunu onlara deyə bilmərik, çox təhlükəlidir”, - deyə Karapetyan qeyd edib.

Karapetyan birinci dəfə verdiyi cavabların hərtərəfli olmaması və bunun üçün də ikinci dəfə dəvət olunması barədə verilən suala belə cavab verib: “Gəlin mənfi qiymətləndirmə verməyək, çünki insanlarda əlavə suallar yaranıb”.

Karapetyan qeyd edib ki, bütün sualların cavablarını verib.

“On dəfə olmalıdır, on dəfə gəlməliyəm”, - deyə o bildirib.

“Baş nazir demişdi ki, operativ məlumatların çatışmazlığı olmayıb” sualına Arşak Karapetyan belə cavab verib: “Baş nazirin dediyini niyə müzakirə etməliyəm? Baş nazirin dediyini mən necə müzakirə edim”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ   Aprel-döyüşləri  

Ermənistan SQ-nin keçmiş kəşfiyyat rəisi: “Biz bunu onlara deyə bilmərik, çox təhlükəlidir” (ƏTRAFLI)

2020/05/1589874757.jpg
Oxunub: 2056     12:32     19 May 2020    