İdeyadan modelə: XXI əsr polisi üçün tapança-pulemyot

2020/05/7-1590138773.jpg
Oxunub: 2148     14:30     22 May 2020    
Bu gün hansı növ istəsəniz tapança-pulemyot görə bilərsiniz. Çox qeyri-adiləri də mövcuddur. Məsələn, bu gün sizə danışacağımız polis silahı olacaq.

Özünü təcrid zamanı kim nə işlə məşğuldur! Kimsə interneti tərk etmir, kimsə nəhayət həyat yoldaşının sevincinə səbəb olan təmirə başlayır. Mənim isə boş vaxtım həddindən artıq olmadı. Bu zamanın nə ilə bitdiyini, daimi müəllifimiz A. Staverin "Adi Kalaşnikovu nə əvəz edə bilər: kiçik silahların perspektivləri haqqında" materialına istinad etməklə nəql etməyə başlamaq istəyirəm. Burada Ordu üçün kiçik silahların perspektivləri barədə çox maraqlı detallar mövcuddur. Müzakirə olunan hər bir detal polis üçün silahlara da tətbiq edilə bilər!

XXI əsrdə bu silahlar necə olmalıdır? Əlbətdə ki, təsirli: təsirsiz bir silah kimə lazımdır? Kifayət qədər universal olmalıdır, çünki polislər getdikcə daha çox problemlə qarşılaşır. Bundan əlavə, texnoloji cəhətdən inkişaf etmiş və kifayət qədər ucuz olmalıdır, bu da əlbətdə vacib bir tələbdir. Bunlar istehsalın birləşdirilməsinə yönələn cərəyandan irəli gəlir. Yəni, onun böyük hissəsi kompüter istehsalı səviyyəsinə keçirsə, silah özü də kompüterlərlə eyni fabriklərdə istehsal olunmalıdır. İdeal vəziyyətdə qarşımızda atəş açan kompüter görünməlidir. Bəs köhnə dəmir silah tərəfdarlarının barəsində danışmağı çox sevdikləri nüvə partlayışının "impuls"u haqqında nə demək olar? Tüpürün ona! Birincisi, ondan mühafizə mövcuddur, ikincisi isə bu polis üçün uyğun deyil. Üçüncüsü, indi orduda impulsdan qorxan hər cür elektronika kütləsi mövcuddur, nədənsə getdikcə daha da artır. Buna görə onu dərhal unudaq.

Daha bir şey də var. Dünya dəyişir. İnsan həyatının dəyəri artır. Bunu koronavirus epidemiyası da göstərdi. Və bu o deməkdir ki, inkişaf edən ölkələrin nüvə deyil, sadə, lakin texnoloji cəhətdən müasir yeni silah yarışına başlayacaqları gün çox da uzaqda deyil. Etibarlı "dəmir parçaları" terrorçuların silahı elan ediləcək, bir şəxsdə və ya bir ölkədə olması cinayətə və beynəlxalq terrorizmə bərabər tutulacaq. Yəni pilotsuz bir vasitə gələcək və belə bir dəmir parçasının sahibini məhkəmə və istintaq olmadan vuracaq.

Nəticə budur: yaxın gələcəkdəki polislər üçün tapança-pulemyot lazımdır. Bu keçmişdə yaxşı sınaqdan keçən polis silahıdır, hər şey ondan başlayıb, eyni zamanda onlar plastik güllələrlə atəş açır, qaz və termobarik qumbara atır (vəziyyətə görə) və hədəfə fasiləsiz yaylım atəş açmağa da qadirdir. Pəncərə arxasında oturan terrorçuların, xüsusi təyinatlılar həmin pəncərəyə çatana qədər, burunlarını belə çölə çıxara bilməməsi üçün bu çox vacibdir.

Buna görə də bütün bunları düşündüm və maket hazırladım ki, ən azından onu görərək rahatlığını qiymətləndirmək mümkün olsun. Öncədən bildirirəm ki, şərhlərdə büdcə pulunun məsrəfindən və müəllifin hansısa "ümidsiz vəziyyətdə" olması barədə ağıllarına gələni yazmasınlar. Sadəcə, kimsə asudə vaxtında tank və cəngavər zirehi hazırlayır, mən isə perspektivli silah maketlərinə üstünlük verirəm. Hamısı bundan ibarətdir.

Daha çox deyəcəyəm, bu, hətta tam kütləyə malik model deyil. Ölçüləri baxımından, bəli, gələcək bir silahın ölçüləri ilə eynidir, lakin kütləsi hələ azdır, çünki bütün yeni avadanlıqlar hələ quraşdırılmayıb.

Beləliklə, ilk fotoşəkilə baxaq. Dizaynın əsası plastikdən hazırlanan boru şəkilli "ferma"dır. Üstəlik, onu tutmaq üçün bütün dəstəklər, "Valmet" avtomatının tutacaqlarına bənzər boru şəklindədir. Silahı tutmaq üçün üç dəstək mövcuddur: arxa tərəfdə iki ədəd maili və ön tərəfdə bir ədəd şaquli. İçərisində teleskopik qundağı yerləşdirmək üçün ən uzun alt boru çərçivəsindən istifadə olunur, taktiki fənər üçün yuva quraşdırılıb, onun altında isə patron üçün maqazinin bərkidildiyi iki qarmaq yerləşir. Üst çərçivədə iki qatlanan mexaniki nişangaha malik "Pikatinni" lövhəsi mövcuddur, onun önündə isə atıcının əlini qoruyan və "L" şəkilli polad lövhə yerləşir. Bu lövhədən həm qapı və ya pəncərini açmaq, həm də əlbəyaxa döyüşdə istifadə etmək mümkündür.

Üst çərçivədə, sursat istehlakı da daxil olmaqla, sistemin bütün parametrlərini əks etdirən displeyli elektron idarəetmə qurğusu mövcuddur. Hər iki dəstəkdə tətik qoruyucusu da iki ədəddir - yuxarıda və aşağıda, bu isə çox rahatdır. Baş barmağın altına qoyulan mikroçip sistemi işə salır, yəni belə bir silahdan yalnız "bizim adam" atəş aça bilər.

Şəkil 1. Bir sıra komponentləri olan "Universal Polis Silahı"

Komponentlər arasında aşağı boru çərçivəsindəki iki əsas montaj qovşaqları ilə asanlıqla birləşlən və iki əlavə maqazin üçün nəzərdə tutulan dörd əlavə montaj yeri mövcuddur. Bütün maqazinlər eyni formaya malikdir, beləliklə montaj qovşaqlarının hər hansı birinə daxil edilə bilər, lakin onlar fərqli məzmuna malikdirlər. Məsələn, aşağıda qaz, termobarik və qəlpəli ola bilən qumbara göstərilir. Həm qumbara, həm də maqazin rənginə görə fərqlənə bilərlər.

Şəkil 2. Silahın sağdan görüntüsü. Yuxarı borunun üzərində lazer işarələyicisi üçün, alt hissəsində isə süngü-bıçaq üçün "Pikatinni" lövhələri yerləşdirilib.

Fotoşəkildə qundaq qatlanarkən nə qədər dərinə getdiyi görünür. Qundaq çıxarılmasını asanlaşdırmaq üçün yaydan istifadə edilib.

Batareyaların biri aşağı tapança dəstəyində, digəri isə yuxarı boru istiqamətləndiricisindədir.

Şəkil 3. Standart süngü-bıçaq aşağı istiqamətləndiriciyə üfüqi olaraq quraşdırılır, buna görə də qabırğa arasına problem olmadan yerləşir!

Şəkil 4. Yığılmış vəziyyətdə (əsas versiya), boruya daxil edilən taktiki fənər ilə birlikdə silah belə görünür.

Şəkil 5. Nişangah avadanlıqları çox sadədir. Ön gözcük və qatlanan nişangah "üzük" qoruyucularına malikdir. Uzun "Pikatinni" lövhəsi istənilən əlavə nişangahları quraşdırmağa imkan verir

Maqazinin özünün quruluşuna gəldikdə, mövcud inkişaflara əsaslanır və istehsalı heç bir çətinlik törətmir. Bu plastik silindirdir, daxilində isə hər biri dörd atəş üçün nəzərdə tutulan səkkiz lülədən barət blok mövcuddur. Lülələr yivli və birdəfəlik istifadə üçündür, buna görə də ən ucuz metaldan hazırlanır. Hər bir lülənin daxilində adi güllələrdən fərqli dörd güllə mövcuddur, onlar arxadan 5-6 mm irəli çıxan polad çubuqlarla fərqlənir.

Bu vəziyyətdə hər bir çubuq arxasında yerləşdiyi güllənin baş hissəsinə söykənir. Hər şey avstraliyalı ixtiraçı Duayerin məşhur "Metall Ştorm" sistemindəki kimidir, lakin burada bir fərq mövcuddur. Lülədə heç bir barıt yükü yoxdur! Onlar lüləyə əlavə edilən silindrik gilizlərin daxilinə yerləşdirilir. Yeri gəlmişkən, barıt yükünün belə yerləşdirilməsinin bənzər bir üsulu, artıq ABŞ-da öyrənilən "U" formalı döyüş sursatlarında da sınaqdan keçirilir. Lakin orada gülləli gilizdən söhbət gedir. Bu vəziyyətdə bir az fərqli dizayn alınır, sanki giliz lüləyə yapışdırılır. Lülə özü dörd, giliz isə bir atəş üçün hesablanıb! Gilizin daxili boşluğu 80/20 nisbətində bölünür. Qalınlığı barıt qazlarının çıxması üçün açılan yerdən bir qədər böyük olan keramika-metal tərkibli çaxmaq onları ayırır. Ona mikrodalğalı şüalanma qəbuledicisi və iki alışdırıcıdan ibarət mikroçip bağlanır. Barıt yükü də iki ədəddir: tez yanan barıt yükü daha böyükdür, lüləyə tərəf istiqamtlənib, daha kiçiyi isə qapalı məkandadır, zirehlidir, yavaş yanır.

Şəkil 6. Taktiki fənər və maqazin ilə təchiz edilən tapança-pulemyot. Süngü quraşdırılan yer aydın görünür

Atəş aşağıdakı kimi baş verir. Dəstəklərin birində tətik qoruyucu düyməsini basdığınız zaman mikrodalğalı şüalanma generatoru lülələdəki sərbəst güllələrdən birinin mikroçipinin qəbul etdiyi impulsu əmələ gətirir. Elektrik cərəyanı yaranır, atəşləyici işə düşür, lüləyə çıxışı olan barıt yükü dərhal yanır. Eyni zamanda, membran deşilir, qazlar güllənin arxasını doldurur və gülləni lülədən itələyir. Ardından zirehli barıt yükü yanmağa başlayır. Qazlar porşeni irəli itələyir və giliz kanalını bağlayır. Beləliklə, sonrakı atəşlərdə barıt qazları yalnız lüləyə daxil olur, boş gilizlərin daxilində yüksək təzyiq yaratmır, bu isə onların birdəfəlik istifadəsinə imkan verir.

Şəkil 7. Qatlanan qundaq və batareya üçün açılan qapağa malik dəstək

Maqazinin perimetri boyunca diametri 2-3 mm olan dəliklər olduğundan, barıt qazları atış zamanı lülənin ucunda boşluq yaradır və bu dəliklər vasitəsilə hava maqazinə doldurulur. Beləliklə, bu tapança-pulemyot nə qədər tez-tez atəş etsə, maqazin bir o qədər intensiv soyudulur. Hər şey "Lewis" pulemyotunda olduğu kimidir.

Şəkil 8. Silahın alt dəstək ilə tutulması

Silahın dizaynı həm sağ əlli, həm də sol əlli insanların ondan asanlıqla istifadə edə biləcəyinə hesablanıb. Sonuncu vəziyyətdə, kəmər sıxqacları və idarəetmə bölməsi asanlıqla əks tərəfə keçirilir. Vəssalam. Bu fotoşəkildə tapanca-pulemyotun alt dəstəkdən və maqazinin silindrik korpusundan tutulması göstərilir. Qundaq dayağı istifadə rahatlığı üçün bir az yuxarı qatlanıb. "M" formalı beşmövqeli idarəetmə düyməsi yayın üstündədir.

Fərqli silah tutan insanların rahatlığı üçün nişangahlar yuxarı qaldırılıb, lakin hər şey 200 m məsafədə hədəf nöqtəsinin maqazin xətti ilə üst-üstə düşməsi üçün hesablanıb. Bundan əlavə, avtomat olaraq atəş edildikdə silah həmişə bir az yuxarıya doğru hərəkət edir.

Belə bir maqazinin atəş sürəti çox yüksək ola bilər, çünki daxilində hərəkət edən hissələr yoxdur. Qalan yüklərin sayı displey ekranında əks olunur. Müasir avtomat silahlarının müqayisəli xüsusiyyətlərinə əsaslansaq, bu modelin atəş məsafəsi 200 m-ə çata bilər.

Yazı Vyaçeslav Şpakovskinin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Polis   Tapança-pulemyot  

İdeyadan modelə: XXI əsr polisi üçün tapança-pulemyot

2020/05/7-1590138773.jpg
Oxunub: 2149     14:30     22 May 2020    