Cənubi Koreya donanmasının gəmisi Somaliyə yola düşüb

2020/05/31313-1589178672.jpg
Oxunub: 1579     14:28     11 May 2020    
Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus 4,400 tonluq “Dae Jo Yeong” hərbi gəmisi rotasiya yerləşdirmə çərçivəsində bu gün Somaliyə yola düşüb.

Ordu.az xəbər verir ki, Cənubi Koreya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilir ki, 300 nəfərlik kontingenti olan gəmi Ədən körfəzi və Hörmüz boğazında piratçılığa qarşı mübarizə aparmaq üçün yaradılan missiyada iştirak edəcək.

“Cheonghae” adlanan birlik ölkənin 2009-cu ildə Somalidə piratçılığa qarşı mübarizə aparmaq üçün qlobal səylərə dəstək verəcək 32-ci birliyi olacaq.

Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   HDQ   Somali  


Bizi "telegram"da izləyin