Onlardan hansını ilk tank hesab etmək olar? - ARAŞDIRMA

2020/05/21-1588934919.jpg
Oxunub: 3588     14:41     08 May 2020    
Mədəniyyətşünaslıq kursundan məlumdur ki, hər bir fenomen, o cümlədən texnologiya sahəsində, inkişafının beş (bəli, beş) mərhələsindən keçir. Birincisi hələ heç kim bu mövzuya ciddi yanaşmadığı zaman onun ortaya çıxmasından ibarətdır. İkincisi fenomen və ya obyekt artıq yetərincə tanınır, lakin necə deyərlər, mənimsənilmə mərhələsindədir. Üçüncü mərhələdə artıq yenilik adi hala çevrilərək dominantlıq edir (Pah, bunu kim bilmir ki!). Dördüncü mərhələ - köhnəlir, ölür və yeni bir ilə əvəz olunur. Beşincisi, yalnız sosial inkişafın kənar konturlarında mövcud olur.

Beləliklə, bu nöqteyi-nəzərdən belə hesab etmək olarmı ki, qədim misirlilərin, assuriyalıların, çinlərin və "Çöl dəhlizi"nin xalqlarının döyüş arabaları, müasir tankların ilkin sələfləridir? Çox güman ki, bu mümkün deyil. Çünki bu döyüş arabalarının atlarında qoruyucu yorğan (popon) olsa belə, döyüşçülərin qorunması qrup şəklində deyil, fərdi olaraq təşkil edilirdi.

Müharibə fili "qədim bir tankdır", yoxsa yox? Yenə eyni problem: fil zirehlə təmin olunurdu, lakin "ekipaj" çox vaxt açıqda yerləşirdi, baxmayaraq ki, müharibə fillərinin kürəyinə "zəncirlənən qüllələr"in təsvirləri də məlumdur. Yəni, bu ən yaxşı halda damı olmayan zirehli personal daşıyıcısıdır. Əlavə olaraq fillərin kollektiv silahları da mövcud deyildi. Onların üzərindəki əsgərlər nizələr, disklər, musketlər (Aurenqzeb ordusunda olduğu kimi), oxlar ilə silahlanırdılar, kiçik bir topa belə sahib deyildilər, çünki fillər yüksək səs-küydən qorxurdular.

Lidsdəki Britaniya silah muzeyində olan Böyük Moğolun döyüş fili

Tankın ilk tarixinin XIV əsrdə başlamasına dair faktlar mövcuddur, belə ki, Siennadan olan Mariano do Jacopo (Mariano Takkola) adlı mühəndisin qəribə dizayna malik olan "Döyüş Birbuynuzu" adlı təsvirləri bizə gəlib çatıb. Cihaz kiçik bir əsgər qrupunu əhatə edən günbəzə bənzəyirdi, lakin onu qrupun üzvləri daşımalı idi. Kollektiv silah düşmən qoşunlarını cəsarətləndirmək üçün nəzərdə tutulan tək buynuzdan ibarət idi, lakin onun hansı müşahidə vasitələrinə malik olduğu bilinmir.

Şəkildə maşının görüntüsündən məlum olur ki, bir versiyada təkərlər mövcuddur, digərində isə döyüşçülər sanki zirehi əyinlərinə geyinib. Buynuz qaldırıla və ya endirilə bilirdi. Yəqin ki, bu təhlükəsizlik məqsədilə edilib.

1456-cı ildə Şotlandiya ordusunda daxilində yerləşən bir cüt atın hərəkətə gətirdiyi taxta döyüş arabaları meydana gəldi. Burada isə yollarda problem mövcud idi. Canlı mühərrikin gücü kifayət deyildi və ixtiraçılar bunu başa düşürdü. Küləkdən istifadə etməyə cəhd edilə bilərdi. Təəccüblü deyil ki, külək mühərriki ideyası eyni anda hərbi maşınların bir neçə layihəsi üçün baza oldu. 1472-ci ildə belə bir layihəni italiyan Valturio təklif etdi, lakin Simon Stevin (Hollandiya) kiçik yelkənli bir gəmini təkərlər üzərinə yerləşdirməyi qərara aldı (1599).

Qeyd edim ki, Valturio layihəsi daha maraqlı oldu: o qoşqunun yanlarında dəyirman pərlərinə bənzər qanadlar düzəltməyi təklif etdi. Külək onları döndərməli və arabalar dişli çarxlar vasitəsilə hərəkətə keçməli idi. Belə bir maşın qurulsaydı, bu şübhəsiz ki, müasirləri üzərində çox böyük təəssürat yarada bilərdi, lakin onun nahamar döyüş bölgəsində necə hərəkət etməsi yenə sual altındadır.

"Aeromobil" Valturio

Böyük italyan rəssamı, alimi və mühəndisi Leonardo da Vinçinin döyüş arabasının yaradılması (1500) üzərində işləməsini hamı bilir. "Artilleriya ilə düşmən sıralarına çırpılan, istənilən sayda qoşun ilə mübarizə aparan, etibarlı və qapalı qoşquları mən də hazırlayacağam. Piyada əsgərlər isə onları təhlükəsiz və maneəsiz şəkildə izləyə biləcək", - deyə Vinçi yazırdı.

Bu mətn bir dərslik halına gəldi, lakin maraqlıdır ki, qalan rəsmlərə görə, bu avtomobili düzəltməyə başlayanda, onun dişli çarx olmadan hərəkət etməsinin mümkün olmayacağı məlum oldu. Leonardo bunu ya məqsədyönlü şəkildə etmişdi, ya da sadəcə nəyisə dəyərləndirməmişdi. Leonardo da Vinçi fırlanan oraqlarla silahlanan taxta atlı qurğular da hazırlayıb. Bəzilərində at qabaqda, bəzilərində isə arxada idi, lakin təbii ki, bu heç bir halda tank deyildi.

Leonardonun "tankının" əslində əzələ ötürücüsünə malik olması barədə maraqlı bir fərziyyə mövcuddur, çünki döyüş meydanında hərəkət etmək üçün nəzərdə tutulmayıb, ondan əsasən qala divarlarında mobil qüllə kimi istifadə etmək nəzərdə tutulurdu. Bu vəziyyətdə divar "magistral" rolunu oynayırdı, "tank" qala boyunca irəli-geri hərəkət edərək hücum edilən bölgəyə köməyə gəlirdi. Lakin Leonardonun özü bu barədə heç nə deməyib.

Leonardonun tankı, böyük ustanın təsvirlərinə əsaslanan müasir yenidənqurma

1558-ci ildə Xolipuer (Almaniya) artilleriya ilə silahlanan mobil qala layihəsini təklif etdi və onu "gəzən şəhər" adlandırdı. Lakin, mahiyyət etibarilə onun layihəsində yeni bir şey yox idi, çünki rus "gəzən şəhərləri" və hussit "vaqenburqları" ilə oxşar idi. Sonuncu səhra döyüşündə yalnız sabit bir istehkam olaraq iştirak edə bilərdi. Bu şassisi çıxarılan və uzunmüddətli atəş nöqtəsi kimi torpağa basdırılan tank qülləsinə bənzəyirdi, lakin onlar həm yerini dəyişə bilərdi, həm də kollektiv silah və kollektiv qorunma vasitələrinə sahib idilər.

Hussitlərin döyüş düşərgəsi

1588-ci ildə italyan Avqustino Ramelli daha uzağa getdi - su ilə doldurulan qala xəndəklərini üzərək keçə bilən, silahlarla təchiz edilən və qorunan bir qoşqu təklif etdi. Suda hərəkət etmək üçün qoşqu, korpusun hər iki tərəfində avarçəkmə təkərlər ilə təchiz olunurdu. Bu o dövr üçün inanılmaz bir mühəndislik həlli hesab edilirdi. Tək təkərləri fırlamaq qalırdı...

Avqustino Ramellinin üzən döyüş arabası (köhnə oyma. İtaliya, 1588)

Yəqin ki, Volterin öz "tankını" II Yekaterinaya təklif edənə qədər başqa təkliflər də mövcud olub. 1769-cu ilin avqustundaVolterlə rus hökmdarı arasında, "yaradıcı yazışma" başlayıb. Yazışmanın məzmundan belə bir nəticəyə gəlinir ki, Volter yaxınlaşan Türkiyə-Rusiya müharibəsində rus qoşunlarının düzənlik ərazilərdə hərəkət etməli olacağını düşünüb, onları inkişaf etmiş döyüş arabaları ilə silahlandırmağı məsləhət bilib. Hətta ona maşınlarının rəsmlərini də göndərib və görünür, çariça onları düzəltmək üçün göstərişlər də verib. Bundan sonra nə baş verdiyi barədə tarix susur, lakin Volterin "tankları"nın döyüşlərdə fəaliyyəti haqqında məlumatlar mövcud deyil. II Yekaterinanın Volterə yazdığı sonrakı məktublar haqqında da məlumata rast gəlinmir.

Volterin "tankı", bəlkə də buna bənzəyirdi

Hərbi mühəndis Nikola Jozef Kyuno (1725 - 1804) 1771-ci ildə, biri top daşınması üçün nəzərdə tutulan üç buxar mühərriki hazırladı. Volter bu maşınların Parisdəki sınaqları haqqında məlumatlı ola bilərdi. Ən azı uzaqdan tanka bənzər bir şey əldə etmək üçün Volter və Kyunonun iki ixtirasını birləşdirmək kifayət edə bilərdi. Lakin bu baş vermədi.

Lakin Meidzi inqilabından sonra yaponlar tankın prototipi hesab olunan öz "mexanizmlərini" yaratdılar, bu da at vasitəsilə çəkilirdi. Mexanizm şassidən çıxarılan və uzunmüddətli atəş nöqtəsi kimi istifadə edilə bilən zirehli qüllədən ibarət idi. Hərəkət zamanı silah yuvalarından atəş açmaq mümkün idi. Deməli burada kollektiv müdafiə, yəni zireh mövcuddur, lakin bütün silahlar hamısı fərdidir. Deməli bu da tank deyildi!"

"Aqami quruma" Yaponların "ilahi maşını"

Frederik Simmsin maşını da yenə bir "maşındır", yəni tank deyil. Deməli bu sahədə birincilik, heç zaman döyüşə girməsə belə, "Little Willey"də qalacaq!

Yazı Svetlana Denisovanın məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tanklar   Hərb-tarixi  

Onlardan hansını ilk tank hesab etmək olar? - ARAŞDIRMA

2020/05/21-1588934919.jpg
Oxunub: 3589     14:41     08 May 2020    