Ermənistan MTX direktoru da uzaqlaşdırılacaq?

2020/03/21255-1585466747.jpg
Oxunub: 2025     11:08     11 May 2020    
Mayın 6-dan başlayaraq Ermənistan KİV-lərində məlumatlar yayılır ki, Argişti Kyaramyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini təyin olunmasından sonra Ermənistan MTX-də üsyan yetişir, Ermənistan MTX-nin onlarla vəzifəli şəxsi işdən çıxma ərizələri yazıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsinin rəisi və onun müavinləri istefa veriblər.

Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan da işdən çıxma ərizəsi yazıb.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin