NATO: Şimali Avropada 3 dəfə Rusiya təyyarələrinin qarşısı alınıb

2020/05/eee-1588316113.jpg
Oxunub: 1201     11:43     01 May 2020    
NATO təyyarələri Avropanın şimalında üç dəfə Alyansın hava məkanına yaxın uçan Rusiya hərbi təyyarələrinin qarşısını alıb.

Ordu.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, aprelin 28-də Estoniyada yerləşən Polşa qırıcı təyyarələri Rusiyanın iki Tu-160 bombardmançısının qarşısını alıb. Daha sonra meydana Danimarka Hərbi Hava Qüvvələrinin qırıcıları da Rusiyaya məxsus təyyarlərin hava məkanına yaxın uçduğunu aşkarlayıb. Aprelin 29-da Norveç qırıcıları hava məkanına yaxın uçan Rusiyanın Şimal Donanmasının iki Tu-142 təyyarəsini aşkarlayıb. Məlumata görə, elə həmin gün Norveç HHQ Rusiyanın Tu-22 bombardmançılarının qarşısını alıb.

Rusiya Müdafiə Nazirliyi bütün hərbi uçuşların beynəlxalq hava məkanında olduğunu və beynəlxalq hava qanunlarına ciddi əməl etdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Ordu  

NATO: Şimali Avropada 3 dəfə Rusiya təyyarələrinin qarşısı alınıb

2020/05/eee-1588316113.jpg
Oxunub: 1202     11:43     01 May 2020    