Erməni politoloq: “Putinin problemi Paşinyanın hakimiyyətə gəlməsi ilə bağlıdır”

2020/04/00-41-1588155522.jpg
Oxunub: 1264     11:30     01 May 2020    
Bir neçə gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Viktor Soğomonyan verdiyi müsahibədə, Köçəryanın məhkəməsinin Moskva üçün böyük əhəmiyyət kəsb etdiyinə görə Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcəyini bildirmişdi.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ermənistana veriləcək qazın tarifləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə tənzimlənməsi ilə bağlı verdiyi son açıqlamalar, Rusiya tərəfinin Ermənistandakı mövcud siyasi hakimiyyət tərəfindən Köçəryana və keçmiş hakimiyyətə yaxın oliqarxlara qarşı açılan cinayət işlərinə görə narazı olduğunu iddia etməsinə daha bir əsas verib.

Ermənistan Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri Stepan Qriqoryan bu fikirlərlə razılaşmır. Onun sözlərinə görə, sadəcə belə bir fon yaratmaq təqlid olunur.

“Rusiya ilə münasibətlərdəki çətinliklərin Köçəryana və onun sələflərinə qarşı davam edən proseslərlə əlaqəli olduğunu təqdim etməyə çalışırlar. Mən bunun heç bir əlaqəsi olmadığını israr edirəm. Yenə də deyirəm, Ermənistan-Rusiya münasibətlərindəki çətinliklərin Köçəryana qarşı açılan cinayət işi ilə əlaqəli olduğu barədə fikri bölüşmürəm. Rusiya siyasətini fərdlərlə əlaqələndirmir, Rusiya daha ciddi bir ölkədir”, - deyə Qriqoryan bildirib.

Qriqoryan, təəssüflə, Rusiyanın Ermənistanı dəstəkləmədiyini, tez-tez Rusiyanın addımlarının ona qarşı yönəldiyini, lakin əvvəlkilərlə əlaqəli olmadığını vurğulayır.

“Robert Koçaryan azadlıqda olduğu və Serj Sarkisyana qarşı cinayət işi açılmadığı vaxtlarda, qazın qiymətini qaldırmırdılarmı? Çox da yaxşı qaldırırdılar, daim qaldırdılar. Bizi kölələmək, zəiflətmək, öz nəzarəti altında saxlamaq Rusiyanın siyasətidir. Bütün dünyada qazın qiyməti 100 dollardan aşağı düşüb, sərhəddə bizə 165 dollara verirlər və yenə də qaldırmaq istəyirlər. Aydındır ki, bu bir siyasətdir, indi Belarus və digər ölkələrə qarşı da eyni şəkildə davranırlar. Mən bunu Rusiyanın siyasəti ilə bağlayıram, onlar bizim kimi xalqları “öz nəzarətləri altında” saxlamaq istəyirlər”, - deyə erməni politoloq qeyd edib.

Qriqoryan Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamalarını da bu kontekstdə nəzərdən keçirir.

“Dediyi fikirlər heç bir məntiqə uyğun gəlmir. BMT-nin 1993-cü il tarixli məlum 4 qətnaməsini sitat gətirir, lakin yüksək səviyyəli bir diplomat kimi bu qətnamələrin mərhələli varianta istinad etmədiyini bilməli idi. Bu qətnamələrdə yalnız döyüş əməliyyatlarının dərhal dayandırılması barədə söhbətlər gedirdi. Əgər bilərəkdən Ermənistanın maraqlarına zidd bir rəy verirsə, deməli, burada bir fikir var”, - deyə o qeyd edib.

Bu münasibətin səbəbi, Qriqoryanın fikrincə, çox aydındır.

“Ermənistanda inqilab yolu ilə hakimiyyətə gəldilər. Putin və onun elitası üçün bu yolverilməzdir. Onlar “inqilab” sözündən daha da pis olurlar, Rusiyada hökumətin necə dəyişəcəyini təsəvvür etmirlər, əbədi idarə etmək istəyirlər. Avtoritar, sərt metodlarla idarə edən bir insanın bu bir kəlmədən daha pis olacağı aydındır. Mən deyərdim ki, onların Paşinyana olan xoşagəlməz münasibəti Paşinyanın hakimiyyətə gəlməsi ilə bağlıdır. Yeganə problem budur”, - deyə o qeyd edib.

Erməni politoloq Ruben Mehrabyanın sözlərinə görə, Köçəryanla bağlı şərhlər yalnız bir bəhanədir, Moskva daha qlobal bir problemi həll edir.

“Bu sual aşağıdakı kimidir. Pandemiya səbəbi ilə komunikasiyalar, sərhədlər bağlanıb, əgər vaxtilə bir barrel neft üçün bir şüşə konyak, sonra bir şüşə araq, sonra bir şüşə mineral su dəyəri verilirdisə, indi boş bir şüşənin qiymətini vermirlər. Rusiyanın başqa bir vasitəsi yoxdur, ya intriqa ya da güc təhdidinə müraciət etməlidir. Rusiyanın arsenalında başqa bir şey yoxdur. Rusiya Belarusdan başlamış Qırğızıstana qədər bu addımlara əl atır. Məgər, Qırğızıstandakı Rusiya şirkətlərinə qarşı cinayət işi açılmşdı ki, orada da qazın qiymətini qaldırdılar, əlbəttə yox. Bütün dünyada neft qiymətləri aşağı düşdü, amma Qırğızıstanda bəli, qazın qiyməti qalxdı. Bəs, bu nə idi?”, - deyə Mehrabyan bildirib.

Mehrabyanın sözlərinə görə, Sergey Lavrovun Ermənistanla bağlı dedikləri ümumi rus yanaşmasının erməni istiqamətinə çatan yanaşması idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Putin   Paşinyan  

Erməni politoloq: “Putinin problemi Paşinyanın hakimiyyətə gəlməsi ilə bağlıdır”

2020/04/00-41-1588155522.jpg
Oxunub: 1265     11:30     01 May 2020    