Qoşunlarımızın döyüş qabiliyyətinin artırılmasında önəmli amil - Fiziki hazırlıq (EKSPERT)

2020/05/33333-1589529810.jpg
Oxunub: 3658     12:03     15 May 2020    
Silahlı qüvvələrin döyüş hazırlığının əsas fənlərindən, eləcə də hərbi hazırlığın və tərbiyənin ən vacib elementlərindən biri fiziki hazırlıqdır. Fiziki hazırlığı olmayan hərbi qulluqçunun özünə inamı zəif olur, döyüş tapşırığını yerinə yetirmək onun üçün çox çətinləşir.

Qoşunların döyüş qabiliyyətinin artırılmasında, şəxsi heyətin sağlamlığının möhkəmləndirilməsində fiziki hazırlığın müstəsna rolu var. Günün nizam qaydasının məcburi elementi və önəmli hissəsi idmandır. Hərbi qulluqçuların təlim və döyüş tapşırıqlarını yerinə yetirməsi üçün fiziki cəhətdən hazırlıqlı olmaları əsas şərtdir.

Fiziki hazırlıq ordunun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətlərindən biri olmaqla, onun mühüm və ayrılmaz hissəsidir. Qüvvətli və dözümlü hərbi qulluqçu əsasən öz tapşırıqlarını uğurla icra edir.

Hər idman növünün şəxsi heyətin fiziki inkişafında müəyyən rolu var. Torpaqlarımızın işğaldan azad edilməsində müasir silah və texnika ilə yanaşı, onları idarə edə bilən fiziki cəhətdən hazırlıqlı hərbi qulluqçular əvəzedilməzdir.

Hər bir hərbi qulluqçu fiziki hazırlığına görə fərdi məsuliyyət daşıyır və daim müəyyən edilmiş tələbləri yerinə yetirməyə çalışmalıdır. Bunun üçün müxtəlif çalışmaları yerinə yetirməli, hərbi-tətbiqi idman növləri ilə məşğul olmalıdır. Müntəzəm idmanla məşğul olan hərbi qulluqçuda fiziki keyfiyyətlər inkişaf edir, yeni hərəkət vərdişləri formalaşır, hərəkətlərin koordinasiyası yaxşılaşır və nəticə etibarilə sağlamlığı möhkəmlənir.

Şəxsi heyətin hazırlıq səviyyəsinə komandir heyəti cavabdehdir. Hər bir komandir tabeliyində olanların döyüş qabiliyyətinin yüksəldilməsi üçün fiziki çalışmaların bütün forma və metodlarından, vasitələrindən istifadə etməli, səhər və axşam məşqləri, kütləvi-idman işi təşkil olunmalıdır. Hərbi hissələrdə bunun üçün hər cür şərait yaradılmalıdır.

Fiziki hazırlıq – qoşunların şəxsi heyətinin fiziki inkişafı üzrə idarəolunan prosesdir. Şəxsi heyətin fiziki hazırlığı, peşəkar fəaliyyət nəzərə alınmaqla təşkil olunur. Bu da qoşunların döyüş qabiliyyəti ilə birbaşa əlaqədar prosesdir.

Fiziki hazırlığın əsas məqsədi şəxsi heyətin istənilən vaxt və şəraitdə təyinatına uyğun döyüş tapşırıqlarını yerinə yetirməyə fiziki cəhətdən hazırlığını təmin etməkdir.

Fiziki hazırlığın ümumi tapşırıqları bunlardır:

- dözümlük, güc, cəldlik və çevikliyin lazımi səviyyədə inkişafı və saxlanılması;
- müxtəlif relyef şəraitində ərazidə piyada hərəkət, maneələri dəf etmə, əlbəyəxa döyüş və hərbi-tətbiqi üzgüçülüyün öyrədilməsi;
- psixoloji sabitliyin və öz gücünə inamın tərbiyə edilməsi;
- sağlamlığın möhkəmləndirilməsi, orqanizmin müqavimətinin və döyüş fəaliyyətləri faktorlarına qarşı dözümlüyünün artırılması;
- sağlam həyat tərzinin və harmonik fiziki inkişafın formalaşması.

Hər qoşun növü və qoşun qismlərinin fiziki hazırlığının öz xüsusi tapşırıqları var. Bu tapşırıqlar, qoşunların təyinatından, şəraitdən asılı olaraq aşağıdakılar ola bilər:

1. Motoatıcı bölmələr:

- güc, ümumi və sürət dözümlüyü, cəldliyin inkişafı;
- maneələrin dəf edilməsi, əl qumbaralarını atma, əlbəyaxa döyüş, geyimdə və silahla üzmənin öyrədilməsi;
- piyada qaydada, müxtəlif relyefli ərazilərdə uzunmüddətli yürüşlərə hazırlıq;
- ağır fiziki və psixoloji şəraitdə kollektiv fəaliyyətlərin tərbiyə edilməsi.

2. Tank, artilleriya, avtomobil, mühəndis, nəqliyyat bölmələri:

- geyimdə və silahla üzmənin öyrədilməsi;
- daşınmalar zamanı ürəkbulanmasına qarşı hazırlığın təkmilləşdirilməsi;

3. Rabitə, tadiotexniki, raket, zenit-raket bölmələri:

- ağırlıq qaldırma və daşıma üzrə bacarıqların inkişafı və təkmilləşdirilməsi;
- ağır fiziki və psixoloji şəraitdə kollektiv fəaliyyətlərin tərbiyə olunması.

4. Təminat və təmir bölmələri, baza və anbarlar:

- ağırlıq qaldırma və daşıma üzrə bacarıqların inkişafı və təkmilləşdirilməsi.

5. Aviasiya heyəti:

- oksigen çatışmazlığı, bədənin həddən artıq yüklənməsi, daşınmalar zamanı ürəkbulanmasına qarşı hazırlığın təkmilləşdirilməsi;
- fəzada səmtləşmə, koordinasiya, yüksək təzyiq altında nəfəsalma, emosional dayanıqlıq, texnikanın titrəməsinə qarşı dözümlüyün yaradılması;
- uzunmüddətli uçuşlar zamanı məhdud hərəkət vəziyyətinin əlverişsiz təsirinə qarşı dözümlüyün və iş qabiliyyətinin saxlanılmasının öyrədilməsi.

6. Aerodrom-texniki təminat bölmələri:

7. Kəşfiyyat və xüsusi təyinatlı bölmələr:

- maneələrin dəf edilməsi, əl qumbaralarını atma, geyimdə və silahla üzmənin öyrədilməsi;

- əlbəyaxa döyüş fəaliyyətlərinin öyrədilməsi;
- daşınmalar zamanı ürəkbulanmasına və bədənin həddən artıq yüklənməsinə qarşı hazırlığın inkişafı;
- qərarlıq, cəsurluq, təşəbbüs, bacarıq və emosional dayanıqlığın inkişafı.

Bəzi ölkələrin ordularında bütün qoşun növləri üçün 400 metr məsafəyə üzmə çalışması da təyin edlib. Bu çalışma vaxta görə yerinə yetirilmir, sadəcə bu məsafəni üzmək tələb olunur. Mütəxəssislər hesab edir ki, 400 metr üzməyə qadir olan insan fiziki cəhətdən hazırlıqlı hesab olunur.

Birləşmə, hissə və bölmələrdə fiziki hazırlığın təşkili aşağıdakıları təmin etməlidir:

- hərbi qulluqçuların fiziki inkişafı üçün mövcud imkanlardan tam istifadə edilməsini;
- hərbi qulluqçuların və bölmələrin təyinatlarına uyğun fiziki dözümlüyə və imkanlara nail olunmasını;
- bütün vəzifəli şəxslərin fiziki hazırlıq məsələlərinin həllini vahid şəkildə qavramasını, ona vahid yanaşmanın işlənib hazırlanmasını və fiziki hazırlıq məsələləri üzrə vəzifə borclarını uğurla yerinə yetirə bilmələri üçün şəraitin yaradılmasını.

Fiziki hazırlığın çoxsaylı formaları mövcuddur. Silahlı Qüvvələrdə fiziki hazırlıq, qoşunların ümumi hazırlığı prosesinə uyğun gəlməli, digər hazırlıq fənləri ilə hormoniya təşkil etməli, fiziki yükün proporsional paylanmasını təmin etməlidir.

Bu nöqteyi nəzərdən fiziki hazırlıq aşağıdakı formalarda təşkil olunur və həyata keçirilir:

- səhər fiziki hazırlıq məşqi;
- axşam fiziki hazırlıq məşqləri;
- kütləvi-idman işi;
- təlim-döyüş fəaliyyəti prosesində fiziki məşqlər;
- müstəqil fiziki məşqlər.

Fiziki hazırlıq prosesi fasiləsiz, daimi, sadədən-mürəkkəbə olmalıdır. Hazırlığın elə forma və metodları seçilməlidir ki, insan orqanizminin xüsusiyyətləri nəzərə alınmaqla qısa müddətdə döyüş hazırlığı prosesi tələb olunan nəticələri versin, eyni zamanda sağlamlığa zərər verməsin. Təlim prosesinin müntəzəmliyi ilə və həftə ərzində fiziki hazırlığın bütün formalarının planlaşdırılması ilə aşağıdakılar təmin olunur:

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi təhsil müəssisələrinin kursantları ilə səhər fiziki hazırlıq məşqləri istirahət və bayram günlərindən başqa hər gün;
- axşam fiziki hazırlıq məşqləri şənbə, bazar, bayram və bayramqabağı günlərindən başqa, hər gün şam yeməyindən əvvəl, Hərbi Akademiyanın dinləyiciləri üçün isə həftədə 3 dəfədən az olmayaraq;
- kütləvi idman tədbirləri bazar və bayram günləri nahar yeməyinə qədər keçirilir;
- təlim-döyüş fəaliyyəti prosesində fiziki məşqlər döyüş növbəsinin aparılması şəraitində, şəxsi heyyətin hərəkəti zamanı və çöl şəraitində keçirilməsi təşkil edilir;
- hərbi qulluqçuların müstəqil fiziki hazırlıq məşqləri müstəqil hazırlıq saatlarında, həmçinin sərbəst vaxtlarda təşkil edilir.

Qoşunlarda fiziki hazırlığın, əhalinin idmanla məşğul olmasından fərqli olaraq zaman və məkan məhdudiyyəti var, xüsusi proqram üzrə getməlidir, təyinata uyğun məqsədyönlü olmalıdır, idarə edilməlidir, komandir və rəislər tərəfindən təşkil olunmalıdır. Fiziki hazırlığın təşkilinə daxildir:

- planlaşdırma;
- təminat;
- rəhbərlərin hazırlığı;
- nəzarət və analiz;
- uçotun aparılması.

Fiziki hazırlığın planlaşdırılması aşağıdakıları təmin etməlidir:

- təlim prosesinin müntəzəmliyini;
- fiziki hazırlığa olan tələblərinin yerinə yetirilməsini;
- fiziki hazırlığın döyüş fəaliyyəti və döyüş hazırlığının əsas vəzifələri arasında əlaqəsini;
- fiziki keyfiyyətlərin və hərbi-tətbiqi bacarıqların inkişafı prosesinin davamlılığını, ardıcıllığını və sistemliliyini;
- fiziki hazırlığın müxtəlif formalarının qarşılıqlı əlaqəsini və uyğunlaşdırmasını;
- ümumi fiziki gərginliyin həftə ərzində bərabər paylaşdırılmasını;
- təlim-maddi bazanın effektiv istifadəsini.

Fiziki hazırlığın planlaşdırılmasını həyata keçirir:

- hərbi təhsil müəssisəsində − müəssisə rəisinin tədris işləri üzrə müavini, fiziki hazırlıq və idman kafedrasının rəisi;
- hərbi hissədə − qərargah rəisi, fiziki hazırlıq və idman rəisi;
- taborda − qərargah rəisi;
- bölükdə − bölük komandiri.

Birləşmənin (hissənin) döyüş hazırlığı planında fiziki hazırlıq üzrə aşağıda qeyd olunan tədbirlərin müddətləri öz əksini tapmalıdır:

- bölmələrlə fiziki hazırlıq üzrə yoxlama məşğələləri;
- bölmə tərkibində sıçrama yürüşü;
- zabitlərlə fiziki hazırlıq üzrə məşğələlər (o cümlədən, yoxlama məşğələləri);
- zabitlərlə metodiki və nümunəvi məşğələlər;
- idman və hərbi-idman yarışları;
- kütləvi-idman işlərinə baxışlar.

Taborun (divizionun) döyüş hazırlığı planında fiziki hazırlıq üzrə aşağıdakılar öz əksini tapmalıdır:

- bölmələrin fiziki hazırlığının mövzular üzrə saat hesabı;
- zabitlərin fiziki hazırlığı üzrə yoxlama (nəzarət) məşğələlərinin keçirilməsi müddətləri;
- bölmələrdə nəzarət məşğələlərinin keçirilməsi müddətləri;
- idman və hərbi-idman yarışlarının keçirilməsi müddətləri;
- fiziki hazırlıq üzrə məşğələ rəhbərləri ilə metodiki və nümunəvi məşğələlərin keçirilməsi müddətləri.

Bölükdə həftəlik məşğələ cədvəlində aşağıdakılar göstərilir:

- gündəlik səhər və axşam fiziki hazırlıq məşqlərinin məzmunu və variantları;
- döyuş hazırlığı proqramına uyğun fiziki hazırlıq məşğələlərinin məzmunu;
- kütləvi-idman tədbirlərinin məzmunu və keçirilməsi vaxtı;
- müddətli xidmət çavuşları ilə metodiki və nümunəvi məşğələlərin məzmunu, mövzusu və keçirilməsi vaxtı.

Fiziki hazırlığın təşkilində planlaşdırma vacib elementlərdən biridir. Məqsədyönlü planlaşdırma üçün fiziki hazırlıq və idman rəisi aşağıdakı sənədləri işləyib hazırlayır və təsdiq üçün birləşmə (hissə) komandirinə təqdim edir:

- zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularla fiziki hazırlıq üzrə məşğələlərin aylıq cədvəli;
- səhər fiziki hazırlıq məşqlərinin keçirilməsi variantlarının məzmunu və keçirilmə planı;
- axşam fiziki hazırlıq məşqlərinin keçirilməsi variantlarının məzmunu və keçirilmə planı;
- zabitlərlə metodiki və nümunəvi məşğələlərin keçirilməsi mövzularının siyahısı;
- tədris ili üçün nəzərdə tutulmuş idman, hərbi-idman yarışlarının və kütləvi-idman işinin təqvim planı;
- bölmələrdə kütləvi-idman tədbirlərinin keçirilməsinin aylıq (rüblük) planı;
- fiziki hazırlıq məşqlərinin və məşğələlərinin keçirilməsi qaydaları haqqında təlimat;
- fiziki hazırlıq və idmanla məşğul olmaq üçün tədris-maddi bazanın bölüşdürülməsi qrafiki;
- fiziki hazırlıq üzrə tədris-maddi bazanın inkişaf etdirilməsi planı.

Fiziki hazırlığın ən əsas tədbirləri hərbi hissə komandirinin yazılı əmri ilə nizamlanır. Aşağıdakılar üzrə mütləq şəkildə əmrlər verilir:

- tədris ili (dövrü) ərzində hissədə fiziki hazırlığın və kütləvi-idman işlərinin təşkili üzrə;
- tədris ili (dövrü) ərzindəki fiziki hazırlığın nəticələri üzrə;
- idman (hərbi-idman) yarışlarının (birinciliklərinin) təşkili və yekunları (nəticələri) üzrə;
- üzgüçülük məşğələlərinin təşkili və keçirilməsi üzrə.

Fiziki hazılığın qeydiyyatı aşağıda göstərilən qaydada təşkil edilir:

- qərargahda − qərargah rəisi, fiziki hazırlıq və idman rəisi tərəfindən zabit, gizirlər və MAHHXHQ-ın şəxsi işlərində saxlanılmaqla (fiziki hazırlıq üzrə qiymətləndirmə cədvəli) ayda bir dəfə yoxlamaq şərti ilə qeydiyat aparılır;
- bölüklərdə − bölük və taqım komandirləri tərəfindən bölüyün fiziki hazırlıq üzrə qiymətləndirmə cədvəlində və taqım döyüş hazırlığının uçotu jurnalında fiziki hazırlığın qeydiyyatı aparılır.

Hərbi qulluqçuların fiziki hazırlığının yuksəldilməsinin təmin edilməsində ən vacib amillərdən biri yetərli miqdarda və ölçüdə fiziki hazırlığın təlim-maddi bazasının yaradılmasıdır.

Nəticə

1. Fiziki hazırlıq ‒ hərbi qulluqçuların hərbi xidmət çərçivəsində yerinə yetirdiyi fəaliyyətlərin bazasını yaratmalıdır, bu fəaliyyətləri asanlaşdırmalıdır. Ordu quruculuğunun hazırkı mərhələsində fiziki hazırlığa baxış araşdırılmalıdır. Müasir əməliyyatlarda yeni fiziki keyfiyyətlər, xüsusi hərəkətlər etmə bacarığı, orqanizmin xüsusi imkanları lazımdır ki, şəxsi heyət dəyişən şəraitə uyğun olaraq adekvat reaksiya göstərə bilsin. Bu yeniliklər elmi əsaslarla hazırlanmalı və praktikada sınaqdan keçirilməlidir. Hansı yeni fiziki keyfiyyətlərə ehtiyac olması araşdırma mövzusu olmalıdır. Bütün kateqoriya hərbi quluqçular üçün bəzi fiziki hazırlıq növləri mütləq vacib olmalıdır. Məşqlər, döyüş şəraitinə maksimal yaxın vəziyyətlərdə keçirilməlidir, fiziki yük tədricən artırılmalıdır. Məsələn sıçrayışlar çətin relyefli ərazidə, tam geyim, avadanlıq və silahla keçirilmə səviyyəsinə tədricən çatdırılmalıdır. Məşqlər gecə, yağışlı, küləkli, soyuq, isti hava şəraitində davam etdirilir. Bu məşqlərə ümumi dözümlülük, güc, çeviklik, elastiklik və əzələlərin rahatlanması çalışmaları da əlavə edilməlidir. Məşqlərin effektivliyi tənəffüs çalışmalarının əlavə olunması ilə artırılır.

Qoşun növləri üçün xüsusi fiziki hazırlığın konsepsiyası və məzmunu həmin qoşun növü və fiziki hazırlıq mütəxəssisləri ilə birgə hazırlanmalıdır.

2. Zabit, gizir və çavuşlar, əsasən də bölmə komandirləri fiziki hazırlıq məşq və məşğələlərinə rəhbərlik edir. Məlumdur ki, özü bir şeyi bacarmayan komandir onu bölməsinin şəxsi heyətinə öyrədə bilməz. Hərbi tədris müəsisələrinə qəbul, hərbi tədrisin və komandir hazırlığının təşkili məsələlərində elmi araşdırmalar aparılmalı, köklü dəyişikliklər edilməlidir. Fiziki göstəriciləri və ya imkanları uyğun gəlməyən şəxslər qəbul edilməməli, fiziki hazırlıq üzrə mütəmadi qiymətləndirmələr real keçirilməli, nəticələrə görə kompleks tədbirlər hayata keçirilməli, komandir heyətinin yüksək fiziki və metodiki hazırlığına nail olunmalı, bu hazırlıq saxlanılmalı və inkişaf etdirilməlidir.

3. Şəxsi heyətin fiziki hazırlığı məqsədyönlü olmalıdır. “Turnikdə aşaraq dayağa qalxma” və bunun kimi çalışmalar fiziki hazırlığın qiymətləndirilməsində əsas element kimi təyin edilə bilməz. Ağırlıq qaldırma üzrə dünya çempionu bir dəfə də olsun bu çalışmanı yerinə yetirə bilmir, amma onun fiziki hazırlığını zəif qiymətləndirmək olmaz. Bənzər çalışmalar məşq və məşğələlərdə istifadə oluna bilər, qiymətləndirmədə isə Silahlı Qüvvələrin bütün şəxsi heyəti üçün ümumi çalışmalar, eyni zamanda hər qoşun növü və ixtisas üzrə xüsusi çalışmalar təyin edilməlidir. Gimnastika ‒ bütün Silahlı Qüvvələr üçün aparıcı idman növü ola bilməz. Ümumi çalışmalara qaçış, üzgüçülük və sair növlərdən çalışmalar daxil edilə bilər. Xüsusi çalışmalar isə ‒ həmin qoşun növü və ya ixtisasın təyinatı, tapşırıqları və gündəlik fəaliyyəti üçün baza hesab edilən idman növləri üzrə əsas çalışmalar götürülməlidir.

4. Təlim-maddi baza hərbi hissə və bölmələrdə bütün şəxsi heyətin eyni zamanda məşq etməsinə imkan verməlidir, eyni zamanda hazırlığın məqsədyönlü təşkilinə uyğun gəlməlidir. Bunun üçün idman əraziləri və sahələri, qurğuları və avadanlıqlarının hazırlanması komandir heyətinə həvalə edilməli deyil, mərkəzləşdirilmiş şəkildə hazırlanıb qoşunlar təmin edilməlidir. Təchizatda xüsusi fiziki hazırlığın bazasının yaradılmasına xüsusi diqqət yetirilməlidir. Fiziki hazırlığın daim günün tələblərinə uyğun gəlməsi məqsədilə, komandir və mütəxəssislərin hazırlığına, ehtiyac olduqda Gənclər və İdman nazirliyindən mütəxəssislərin dəvət olunması, eyni zamanda mövcud idman komplekslərindən istifadə üçün qarşılıqlı fəaliyyətlər təşkil edilməlidir.

5. Günün nizam qaydalarında fiziki hazırlığın təşkili vaxtlarına yenidən baxılmalı, fiziki hazırlıq vaxtı ‒ insan orqanizminin xüsusiyyətləri nəzərə alınaraq təyin olunmalıdır. Sutkanın hansı vaxtlarında idmanın, sağlamlığa hansı müsbət və mənfi təsir göstərməsi, daha yüksək nəticələr verməsi fiziki hazırlığın rəhbər sənədlərində və planlaşdırılmasında mütləq nəzərə alınmalıdır. Əks təqdirdə fiziki hazırlığın zərəri faydasından çox olacaq və ya gözlənilən nəticələri verməyəcək.

6. Fiziki hazırlıq mərhələlərlə keçirilməlidir. Birinci mərhələdə qaçış növləri, gimnastik çalışmalar, əlbəyaxa döyüş, idman oyunları, üzgüçülük və s. keçirilə bilər. Bu məşqlərin müddəti 50-100 dəqiqə olması məqsədəuyğun hesab edilir.
İkinci mərhələdə isə ümumi dözümlülüyün məşqi tövsiyə olunur. Bu mərhələdə ürək-damar, tənəffüs və əzələ sistemlərinin məşqi planlaşdırılmalıdır. Ümumi dözümlülük ona görə lazımdır ki, sonrakı mərhələlər bunun üzərində qurulacaq. Bu mərhələ üçün ən çox uyğun gələn orta və uzaq məsafələrə qaçış, sıçrayışlardır.
Bu məşqlərin həftədə 3 dəfə keçirilməsi yetərlidir.

Səhər fiziki hazırlığını 15 dəqiqədən çox keçirmək məqsədəuyğun deyil. Ümumi dözümlülük üçün səhər fiziki hazırlığı da istifadə oluna bilər.

Üçüncü mərhələdə şəxsi heyətin vəzifələri və döyüş tapşırıqlarına müvafiq xüsusi fiziki hazırlığı keçirilməlidir. Bu mərhələdə uzunmüddətli məşqlər keçirilir. Sürət, güc, sürət-güc, qəfillik və qeyri-müəyyənlik məşq etdirilir.

Hərbi qulluqçuların sərbəst vaxtı məşğul olduqları fiziki hazırlıq məqsədyönlü şəkildə proqramlaşdırılmalıdır.

7. Bir çox ölkələrin ordularında fiziki hazırlığın məqsədyönlü təşkili və yüksək nəticələrin əldə edilməsinə dair nümunələr var. Bu nümunələr araşdırılmalı, öyrənilməli, ordumuzun şəraitinə və xüsusiyyətlərinə adaptasiya edilməli, məqsədəuyğun hesab edilənləri isə tətbiq edilməlidir. Uğuru ‒ uğur qazanandan öyrənərlər. Bir ölkənin ordusunda fiziki hazırlıq aşağı səviyyədədirsə onun təcrübəsi böyük uğur gətirməz. ABŞ, Türkiyə, Pakistan və bunlar kimi nailiyyətlər əldə etmiş ölkələrin ordularında tətbiq olunan bəzi fiziki hazırlıq sistemləri araşdırılmalı və öyrənilməlidir. Velosipedi ikinci dəfə ixtira etmək yox, onu təkmilləşdirmək daha məqsədəuyğundur.

Mənbələr:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüş hazırlığının metodikasi təlimnaməsi”
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Fiziki hazırlıq və idman təlimnaməsi”
Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsi
https://works.doklad.ru/view/_OowpYCI1Jo.html
https://www.science-education.ru/ru/article/view?id=28543
https://bgaa.by/sites/default/files/inline-files/kopiya_instrukciya_kontrol_prikaz_no1000.pdf
https://rep.bntu.by/bitstream/handle/data/32893/Fizicheskaya_podgotovka_v_podrazdelenii.pdf?sequence=8
http://www.sbb.gov.tr/wp-content/uploads/2018/11/04_Beden-E%C4%9Fitimi-ve-Spor.pdf

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Fiziki-hazırlıq  

Qoşunlarımızın döyüş qabiliyyətinin artırılmasında önəmli amil - Fiziki hazırlıq (EKSPERT)

2020/05/33333-1589529810.jpg
Oxunub: 3659     12:03     15 May 2020    