İnamsızlıq, xaos və çaxnaşma: Yanlış məlumat insanlara necə təsir edir və bununla necə davranmaq lazımdır?

2020/04/33333-1587814435.jpg
Oxunub: 3732     14:29     25 Aprel 2020    
Yanlış məlumat = etibarsızlıq, xaos, çaxnaşma

Ölkələrə qarşı aparılan yanlış məlumatların bir çox nümunəsi çaxnaşmanı alovlandırmaq, daxili siyasi vəziyyəti pozmaq, qorxutmaq və ya hərbi gərginliyin artmasına yönəlib. Məqalələr tez-tez absurd görünür və tez-tez açıq-aşkar yalanlar və ya geri dönüş edən məlumatlar kimi görünür. Lakin bu, onların effektivliyini azaltmır.

Yanlış məlumat bazarı çox böyükdür və orada çalışan yaxşı mütəxəssislər var ki, onlar daima insanları manipulyasiya etmək üçün yeni vasitə və metodlar axtarırlar.

Bu gün sosial mediadan istifadə edərək bir neçə saat ərzində çaxnaşma yaymaq mümkündür. Məlumat o qədər sürətlə yayılır ki, insanların səhv məlumatları müəyyənləşdirməsi demək olar ki, mümkün deyil.

Beynəlxalq auditoriya haqqında yanlış məlumat, məsələn virusu məqsədlərinə çatmaq üçün bir silah kimi istifadə edən “dünya elitası” haqqında sui-qəsd nəzəriyyələrinə yönəldilirdi.

Şok və ya konspiratorial yalan-manipulyativ şayiələrin çoxluğu, getdikcə məlumat qəbulunu dəyişdirir. Əvvəlcə insanlar səhv məlumatı başa düşmürlər, sonra sadəcə inanmırlar, amma sonra bu cür materialın tez-tez yayılması səbəbindən insanlar buna şübhə ilə yanaşırlar. Məhz məlumat əldə etməyə çalışan təşkilatlar və ölkələr bu məqsədə çatmaq üçün səy göstərirlər.

Yanlış məlumat yalnız təhsili zəif olanlara və ya siyasəti anlamayanlara deyil, hamıya dəhşətli bir təhdiddir. Əslində, hamı zərbə altındadır.

Tənqidi düşüncə elçiləri “Feyk”lərə qarşı

Rəqəmsal dünyada yeniliklər gündəliyinin dəyişmə tezliyi o qədər sürətlidir ki, insanlar sadəcə hadisələri dərindən təhlil etməyə vaxt tapmırlar. Buna görə saxta və manipulyasiyalar əsl xəbər kimi qəbul edilir. Dezinformasiya tipli məlumatların aşkar edilməsi işi KİV-lər, “Feyk”lərin aşkarlanması ilə məşğul olan təşkilatlar və informasiya könüllüləri tərəfindən aparılır.

Ancaq bu iş yalnız kiçik bir dairə ilə məhdudlaşmamalıdır. Nəticə bütün cəmiyyətə yayılmalıdır. Biz xalqı maarifləndirməliyik. Gənclər yanlış məlumatlarla mübarizədə təsirli mübarizə apara bilərlər. Gənclər dezinformasiya məlumatlarını daha çox dərk edirlər və daha çox şübhə ilə yanaşırlar. Buna görə, valideynlərini və qohumlarını məlumatın düzgün incələnməsi prinsipləri ilə tanış edə bilərlər.

Ancaq gəncləri cəlb etmək üçün bunun həqiqətən vacib olduğunu və bunun “onların problemi” deyil, hər kəsin problemi olduğu barədə dəqiq bir təlimat verilməlidir. Gənclər doğrudan da həqiqətin yaxşı elçiləri ola bilərlər. Ancaq insanların dezinformasiya məlumatlarını qəbul etməsini dayandırmaq üçün uşaq bağçasından tənqidi düşüncə formalaşdırmaq lazımdır.

Artıq dünya haqqında öz fikirlərini formalaşdıran insanlarla işləmək çətindir.

Bir çox insan “başıma nə nağıl oxuyursan, Hər şeyi özüm başa düşürəm”, deyə reaksiya verəcək. Ancaq izahatları başa düşəcək bir auditoriya həmişə olacaq. Bu auditoriya ilə iş aparmaq lazımdır.

Lakin qanunvericilik səviyyəsində dezinformasiya məlumatları ilə mübarizənin daha radikal, həm də qanuni üsulları mövcuddur. Buna görə, saxta xəbər problemini həll etmək üçün beynəlxalq qanunvericilik, sənəd və ya qaydalar qəbul etmək lazımdır.

“Fake News” bu gün milli təhlükəsizlik mövzusuna çevrilib. Dünyanı qeyri-stabilləşdirə biləcək bir vasitədir və təhlükəsizlik baxımından bunu nəzərdən keçirməyin vaxtı yetişib.

Əsl blogerlər və dezinformasiya məlumatlarına qarşı

Sosial medianın artan populyarlığı media üçün rəqiblərin, əsl blogerlərin də geniş auditoriya qazanmasına səbəb oldu. Yanlış məlumatla mübarizədə sözügedən blogerler ən yaxşı kömək ola bilər.

İnsanlar çox vaxt blogerlərə ənənəvi məlumat mənbələrindən daha çox inanırlar. Bu etibar səviyyəsini nəzərə alaraq, düşüncə liderləri yanlış məlumat və şayiə dalğalarını birlikdə dayandıra bilərlər.

Hazırda sosial şəbəkələr saxta xəbərlərin “dayağına” çevrilib və bunun gizliliyini ifşa etmək lazımdır. Blogerlərin rolu mümkün qədər çox insan üçün əlçatan olmaq və onlara saxta xəbərlər hekayəsini, ölkənin və onun vətəndaşlarının gələcəyinə təsir edə biləcəyini izah etməkdir.

Onlar saxta, dezinformasiya və yanlış məlumatları tərəfsiz təhlil etməli, bunu inkar edilməsi haqqında məlumat dərc etməlidirlər.

Blogerlər eyni fikrli şəxslər tərəfindən oxunulan mənbələrdən dostların və tanışların nümunələrini və saxta nəşrləri açıq şəkildə göstərməlidirlər. Aydın nümunələr həmişə nəzəri nümunələrdən daha yaxşı təsir göstərir.

Birinci və ən başlıcası, yalan məlumat mənbəyinə çevrilməməyinizdir. Qızıl bir qayda var, əgər məlumatın saxta, dezinformasiya olduğunu düşünürsənsə, o halda bunu yayma.

Xəbər başlıqlarını diqqətlə izləməyi məsləhət görün, bu ona yalan olduğu barədə rəy formalaşdırmağa kömək edəcək.

Yalan xəbərlər tez-tez “sarı” başlıqlara malikdir və ya həddindən artıq şişirdilir. Şübhəli məlumatları gördüyünüz saytı, əsasən hansı məzmunlu məlumatları yayımladığını analiz edin.

Aşkar görünən yalanı ayırd etmək asandır, ancaq yüngül yalanları və ya faktları manipulyasiya etmək daha çətindir. Müxtəlif mövzularda mütəxəssislərlə məsləhətləşin. Faktları subyektiv fikirlərdən ayırmağı öyrənin. Hər şeyə inanmayın. Həmişə şübhə edin, düşünün və suallar verin.

Bütün cavabları birləşdirərək, manipulyativ məlumatların qurbanı olmamağa kömək edəcək qaydaların siyahısını tərtib etmək mümkün olur.

Hər zaman məlumatın bir neçə mənbələrini axtarın. Bunlar media, sosial şəbəkələrdə fəaliyyət göstərən jurnalistlər və ekspertlər ola bilər. Ancaq mütləq bir neçə mənbə olmalıdır. Daha az tanınan saytların məlumatlarına etibar etməyin. Eyni məlumatları etibarlı, ciddi və peşəkar xəbər saytlarında axtarın.

Sosial şəbəkələrdə “Feyk”lərə daha çox rast gəlinir. Məlumat axınlar çox vaxt ya yeni yaradılan sosial şəbəkə hesablarından, ya da populyar medianı təqlid edən, lakin saxta olan hesablardan təşkil edilir. Məlumata əmin deyilsinizsə, təsadüfən yanlış məlumatın bir hissəsi olmamağınız üçün onu yaymayın.

Özünüzə güvənin və özünüzə gəlin. Düşünən bir insanı manipulyasiya etmək çətindir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İnformasiya   Feyk  


Bizi "telegram"da izləyin