Rus laboratoriyası Ermənistan ordusunda koronavirusa yoluxma halları aşkar edib

2020/04/00-42-1586941213.jpg
Oxunub: 1951     15:25     20 Aprel 2020    
Həm Ermənistan Silahlı Qüvvələrinin, həm də 102-ci rus hərbi bazasının hərbi qulluqçuları laboratoriyada koronavirus testi verirlər. Rus səyyar laboratoriyası sayəsində Ermənistan Silahlı Qüvvələrində koronavirusa yoluxma halları aşkar edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan bildirib.

O qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi testlərin sayı ilə bağlı konkret məlumatlar açıqlamır.

Ermənistan Müdafiə Nazirliyi koronavirusa yoluxmuş hərbi qulluqçuların sayını açıqlamasa da, Ermənistan Silahlı Qüvvələrinin Hərbi Tibb Xidmətinin rəisi Sahak Ohanyan aprelin 13-də hərbi qulluqçulardan 6-sının müalicə olunaraq ordu sıralarına qayıtdığını və onlardan 3-nün müddətli hərbi qulluqçu olduğunu bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Koronavirus  

Rus laboratoriyası Ermənistan ordusunda koronavirusa yoluxma halları aşkar edib

2020/04/00-42-1586941213.jpg
Oxunub: 1952     15:25     20 Aprel 2020    