Çin niyə OYMR və SNV müqaviləsinə qoşulmur?

2020/04/23592-1587034706.jpg
Oxunub: 1497     15:57     16 Aprel 2020    
Məlum anlaşılmazlıqlar və çətinliklərə baxmayaraq, dünyanın aparıcı ölkələri strateji silahlara nəzarət sahəsində əməkdaşlığı davam etdirir. Bu sahədə əsas mövzulardan biri Çinin mövcud sazişlərə qoşulması mümkünlüyündən ibarətdir. Pekin bu cür dəvətləri qəbul etməyə çalışmır, çünki belə müqavilələrin onun təhlükəsizliyini təhdid edə biləcəyini düşünür.

İkitərəfli və ya üçtərəfli?

Rusiya və ABŞ hazırda 2010-cu il Hücum Silahlarının azaldılmasına dair Sazişə (SNV III) əsasən əməkdaşlığı davam etdirir. Keçən ilədək ölkələr Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi haqqında Müqaviləyə (OYMRM) riayət edirdilər. Sonuncu öz mövcudluğunu dayandırsa da, strateji hücum silahlarının perspektivləri müzakirə mövzusu olaraq qalmaqdadır.

DF-21C kompleksi Çinin əsas orta mənzilli sistemlərindən biridir

İllər keçdikcə ÇXR-nin də müqaviləyə dəvət olunma ehtimalı müzakirə edilir. Pekin danışıqlarda iştirak edərək onun nəticələrinə təsir edə bilər, sonra isə bu müqavilələrə qoşula bilərdi. Bir sıra qiymətləndirmələrə görə, ikitərəfli müqavilələr üçtərəfli olmaqla dünya hərbi-siyasi vəziyyətinə müsbət təsir göstərə bilərdi. Bu tip son təkliflər bir neçə həftə əvvəl səslənib. Əvvəlki kimi, Çin ABŞ-dan dəvət almışdı.

Lakin Çin heç bir məhdudlaşdırıcı öhdəliyi qəbul etmək istəmir. Strateji nüvə qüvvələrinin az olması bunun rəsmi səbəbinə çevrilməkdədir - bu baxımdan Çin, ABŞ və Rusiyadan geri qalır. Bundan əlavə, beynəlxalq razılaşmaların Çin üçün əlverişsiz və ya hətta təhlükəli ola biləcəyi digər amillər də mövcuddur.

Kəmiyyət məsələsi

ÇXAO-nun strateji nüvə qüvvələrinin dəqiq kəmiyyət parametrləri məlum deyil. Çin öz ənənələrinə sadiq qalaraq strateji əhəmiyyətli məlumatları açıqlamağa tələsmir. Bunun əksinə olaraq Rusiya və ABŞ mövcud razılaşmalara uyğun olaraq mütəmadi olaraq əsas məlumatları yayımlayır. Buna baxmayaraq, Çindəki nüvə silahlarının sayı barədə müxtəlif məlumatlar mövcuddur və Çin strateji nüvə qüvvələrinin SNV III şərtlərinə necə əməl edə biləcəyini təsəvvür etmək mümkündür.

Müasir DF-26

Müxtəlif hesablamalara görə, Çində müxtəlif məqsədlər üçün ümumi sayı 250-300 ilə 800-900 ədəd arasında dəyişən bir neçə növdə nüvə başlığı mövcuddur. Bütün siniflərin çatdırılma vasitələrinin sayı isə 1200-1500 ədəd arasında qiymətləndirilir. Eyni zamanda quru, hava və dəniz bazalı nüvə silahı daşıya biləcək 200-250-yə qədər ballistik və qanadlı raketlər yerləşdirilə bilər. Çinin raket qüvvələrinin digər kompleksləri yalnız konvensional yüklərdən istifadə edir.

SNV III şərtlərinə əsasən, iştirakçı bir ölkənin 800-dək nüvə silahı daşıyıcısı ola bilər. Yerləşdirilən vəziyyətdə, 700-ə qədər daşıyıcı və 1550 döyüş başlığının saxlanmasına icazə verilir. 1 sentyabr 2019-cu ildə Rusiyada 757 ədəd daşıyıcı mövcud idi, onlardan 513-də 1426 döyüş başlığı yerləşdirilib. ABŞ-da isə 800 daşıyıcı mövcuddur, 1376 döyüş başlığı 668 daşıyıcıda yerləşdirilib. Həmçinin, hər iki ölkənin arsenallarında müqaviləyə əsasən hesaba alınmayan və yerləşdirilməyən nüvə silahları mövcuddur.

Beləliklə, ÇXAO hazırda nüvə silahlarının və çatdırılma vasitələrinin sayına görə digər inkişaf etmiş ölkələrin strateji nüvə qüvvələrindən geri qalır. Bundan əlavə, mövcud məhsulların sayını nəzərə alsaq, Çinin SNV III-ə qoşulması sadəcə məna daşımır. Silahlanmada və döyüş növbətçiliyində müqavilə şərtlərində icazə veriləndən daha az daşıyıcı və döyüş başlığı mövcuddur. Bununla birlikdə SNV III, Çin strateji nüvə qüvvələrinin gələcək inkişafını kəmiyyət baxımından əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

Orta və yaxın məzilli

Yaxın keçmişdə, OYMR Müqaviləsi hələ mövcud olduğu və fəaliyyət göstərdiyi zamanda Rusiya və ABŞ-da sazişə üçüncü ölkələrin cəlb edilməsi zərurəti ilə bağlı fikir bildirilib. Müqavilənin yeni tərəflərindən biri, orta və yaxın mənzilli raketlərin əhəmiyyətli ehtiyatlarına sahib Çin ola bilərdi. Lakin Pekin OYMR müqaviləsinin milli maraqlar üçün xüsusi əhəmiyyətini əsas gətirərək bütün bu təklifləri rədd etdi.

Çinin raket qüvvələri bütün əsas siniflərin komplekslərinə malikdir və onların əsasını orta və yaxın mənzilli sistemlər təşkil edir. Beləliklə, nüvə başlığı ilə ən az 30 ədəd DF-26 kompleksi və təqribən 80 ədəd DF-21 sisteminin müvafiq modifikasiyaları istifadə edilə bilər.

Konvensional yüklər üçün bir neçə növ ballistik raketlərin və oxşar avadanlıqların 200-ə qədər qısa mənzilli sistemlər də mövcuddur.

092 layihəli strateji sualtı raket daşıyıcısı

Müqayisə üçün: Çinin döyüş növbətçiliyində 70-80-dən çox olmayan nüvə blokuna malik yerüstü qitələrarası raketlər mövcuddur. ÇXAO-nun Hərbi Dəniz Qüvvələri isə JL-2 tipli sualtı qayıqlarda 48 ədəd QABR yerləşdirə bilər.
Beləliklə, keçmiş OYMR Müqaviləsinin şərtləri altına düşən raket kompleksləri hələ də Çinin ən kütləvi sistemləridir və əslində nüvə qüvvələrinin də əsasını təşkil edir. Bu istehsalın mürəkkəbliyi, ÇXR-in strateji mövqeyi və digər amillərlə bağlıdır. Aydındır ki, orta və yaxın mənzilli raketlərin ləğv edilməsi ölkənin müdafiə imkanlarına ciddi zərbə ola bilər. Pekinin Rusiya-ABŞ müqaviləsinə qoşulma təkliflərini niyə rədd etməsi əslində başa düşüləndir.

İnkişaf meylləri

ÇXR strateji nüvə qüvvələri ilə bağlı planlarını açıqlamır, buna görə yenidən qiymətləndirmələrə və fərziyyələrə etibar etmək zərurəti yaranır. Çinin strateji nüvə qüvvələrinin inkişafı ilə bağlı bəzi proqnozlar narahatlığa səbəb ola bilər. Digərləri isə daha pessimist görünürlər.

Bu yaxınlarda Çin strateji nüvə qüvvələrinin quru, hava və dəniz komponentləri üçün nəzərdə tutulan bütün əsas siniflərin müxtəlif raket komplekslərini hazırlayaraq silahlanmaya qəbul etdi. Nüvə bloklarını yaratmaq üçün də işlər görülür. Çox güman ki, oxşar proseslər gələcəkdə davam edərək kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olacaq.

ABŞ-ın "Müdafiə Kəşfiyyat Agentliyi" (Defense Intelligence Agency), gələcək illərdə əsas fəaliyyətlərin döyüş başlıqlarının və onların daşıyıcılarının sayının artmasına yönələcəyini düşünür. 2030-cu ilə qədər arsenalın ikiqat artması gözlənilir. Bu cür qiymətləndirmələr və mövcud vəziyyət bizə aparıcı ölkələrlə gələcək paritetin əldə olunması barədə danışmağa imkan verir.

JL-2 raketinin buraxılışı

Keyfiyyətli dəyişikliklər daha az proqnozlaşdırılır. ÇXR çatdırılma vasitələrini daha da yaxşılaşdırmaq üçün texnoloji imkanlara malikdir və raket qoşunlarında bu cür silahların payının tədricən artması ilə QABR sayının artırılması mümkündür. Buna görə orta və yaxın mənzilli raketlərin əhəmiyyəti azala bilər. Lakin Çinin geosiyasi mövqeyi qitələrarası raketlərə tam keçməyə də imkan vermir, deməli orta və yaxın mənzilli sistemlər bəzi hərbi və siyasi missiyalar üçün vacib bir vasitə olaraq qalacaq.

Qoşulmaq istəməməsi

Çin hələ də strateji nüvə qüvvələrinin inkişafı və yerləşdirilməsini nəzərdə tutan Rusiya-ABŞ razılaşmalarına qoşulmaq istəmir. Bunun səbəbləri yaxşı məlumdur və başadüşüləndir. Lakin dünyada vəziyyət dəyişir, aparıcı ölkələrin strateji nüvə qüvvələri də dəyişir. Belə dəyişikliklərdən sonra da Pekinin məhdudlaşdırıcı razılaşmalara maraq göstərməsini gözləməyə dəyməz: bu dəfə Çinin başqa səbəbləri olacaq.

Yaxın keçmişdə və indi Çin ən sadə səbəblərə görə Rusiya-ABŞ razılaşmalarına qoşulmadı. SNV III məhdudiyyətləri, Çinin strateji nüvə qüvvələrinin imkanlarından dəfələrlə çoxdur, nəticədə belə bir razılaşma sadəcə faydasızdır. Müqavilənin imzalanması yalnız xoş niyyət jesti və barışıq nümayişi kimi məna kəsb edə bilərdi. OYMR müqaviləsi isə milli təhlükəsizliyə ciddi təhlükə yaratdığı üçün ÇXR heç vaxt ona qoşulmayacaq.

Gələcəkdə Çinin strateji nüvə qüvvələrinin daha da böyüməsi gözlənilir, bunun nəticəsi digər nüvə gücləri ilə kəmiyyət və bəlkə də keyfiyyət paritetindən ibarət olacaq. Belə vəziyyətdə məhdudiyyətlərin könüllü qəbul edilməsi silahlı qüvvələrin inkişafını ləngidərək strateji təhlükəsizliyin təminatına mane ola bilər.

Beləliklə, keçmişdə Çin mövcud nüvə silahı sazişlərinə qoşulmadı, indi də onu imzalamaq niyyətində deyil və ehtimal ki, gələcəkdə də bunu etməyəcək. Müxtəlif dövrlərdə, fərqli mühitlərdə və geniş amillərin təsiri altında SNV III və ya OYMR Müqaviləsi razılaşmaları heç bir halda Pekinin maraqlarına uyğun gəlmir. Buna görə, yaxın gələcəkdə müntəzəm təkliflərlə və daimi imtinalarla bağlı məlum vəziyyətin davam edəcəyini gözləməliyik.

Məqalə Ryabov Kirilin yazısı əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   OYMR   SNV  

Çin niyə OYMR və SNV müqaviləsinə qoşulmur?

2020/04/23592-1587034706.jpg
Oxunub: 1498     15:57     16 Aprel 2020    