Silahlı Qüvvələrimizdə Fransanın "Sherpa 2" yüngül zirehli maşınları - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2020/06/10-15922906090.jpg
Oxunub: 5995     15:10     18 İyun 2020    
"Sherpa 2" maşınları Fransanın "Renault Trucks Defence" şirkəti tərəfindən 2006-cı ildə hazırlanan 4x4 taktiki və yüngül zirehli maşın ailəsinin altı versiyasından biridir. Onun özü də bir neçə variantda istehsal edilir. "Sherpa 2" maşınlarının Silahlı Qüvvələrimiz tərəfindən istifadə edilməsinə dair məlumatlar bizim də bu vasitələrə diqqət yönəltməyimizə səbəb oldu. Əvvəlcədən qeyd edirik ki, bu maşınların hansı güc strukturları tərəfindən istifadə edilməsinə aid rəsmi məlumatlar açıq mənbələrdə mövcud deyil, lakin onların Daxili Qoşunlar və ya Təhlükəsizlik Xidmətinin (köhnə XDMX) silahlanmasına qəbul edildiyi daha inandırıcı görsənir.

"Sherpa 2" və "Sherpa 3" versiyaları ilk dəfə rəsmi olaraq 2006-cı idə Parisdə keçirilən "Eurosatory"də ictimaiyyətə açıqlandı. 2007-ci ildə ilk maşınlar istehsal edildi. 2010-cu ildə "Sherpa 2" və "Sherpa 3" maşınlarının adları "Light" olaraq dəyişdirildi. "Sherpa Light Scout" adlandırılan bu maşınlar ilk dəfə rəsmən 2010-cu ildə "Eurosatory" sərgisində təqdim edilib. Zirehsız və ya zirehli versiyalarda mövcud olan müxtəlif maşınlar kəşfiyyat, patrul, müşayiət, komanda məntəqəsi, rabitə, xüsusi təyinatlı vasitə kimi taktiki missiyalar üçün idealdır. Onların təcili yardım və ya silah daşıyıcısı kimi istifadəsi də mümkündür.

"Sherpa Light" versiyası VAB Mk II ilə birlikdə 2011-ci il iyulun 28-də Bruneydə keçirilən BRIDEX 2011 sərgisində nümayiş etdirilib. Ümumilikdə maşınlar 4 tona qədər yükün və 10 nəfərə qədər şəxsi heyətin daşınması üçün uyğunlaşdırılıb. Bu nəqliyyat vasitələri lisenziyaya əsasən "Mack Defence" şirkəti vasitəsilə Şimali Amerika müştərilərinə də təqdim olunur.

Təyinatı

"Sherpa 2" zirehli avtomobili ilk növbədə "Renault Trucks Defence" tərəfindən ordu ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. ABŞ-ın məşhur HMMWV zirehli vasitələrinin analoqu hesab edilən "Sherpa" yolsuzluq avtomobilləri və tam çəkimli ordu yük maşınları arasında yer tutan taktiki vasitədir. Zirehli "Renault Sherpa 2" maşınları əsasən çətin və keçilməz ərazidə vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulur. Sonradan müxtəlif təyinatlı versiyaları istehsal edilib. Hazırda kəşfiyyat, patrul, silah daşıma vasitəsi, ZPD, zirehli təcili yardım və daxili təhlükəsizlik maşını kimi versiyaları mövcuddur.

Bu maşınların bəzi versiyaları isə ordudan başqa polis, daxili qoşun, milli qvardiya, sərhəd qoşunları, çevik hissələr və terrorla mübarizə bölmələri tərəfindən istifadə olunur.

İstehsalçıları

Artan geostrateji çətinliklərlə qarşılaşan və müştərilərin ehtiyaclarını daha yaxşı qarşılamaq üçün "Renault Trucks Defence", "Acmat" və "Panhard" təcrübələrini birləşdirərək vahid "Arquus" markası altında səylərini birləşdirməyə qərar verdilər.

Digər tərəfdən isə "Renault Trucks", "Volvo" və "Mack" kimi nüfuzlu markalar dünyanın aparıcı yük maşın istehsalçılarından biri olan"Volvo Group" un tərkibinə daxildir. 190-dan çox filialı olan "Volvo Group"un 10 biznes sektoru mövcuddur. Müdafiə sistemləri sektorunun aparıcı oreratoru isə "Arquus" şirkətlər qrupudur.

Bu maşınların istehsalı Fransada yerləşən "Renault Truck Defense" və "Arquus" ilə bərabər həm də Braziliyanın "Avibras", Şimali Amerikanın "Mack Defense" və İndoneziyanın "Pindad" şirkətlərində həyata keçirilib.

"Renault Sherpa 2" versiyaları

"Renault Sherpa 2" maşınları üç versiyada təklif olunur:

İlk baza versiyası "Sherpa Scout"un faydalı yük həcmi 5.5 kubmetrdir və 4 nəfərlik salona malikdir.

"Sherpa Carrier" müxtəlif yüklərin daşınması üçün nəzərdə tutulan şassi ilə ikinci versiyaya aiddir. Onun özünün də müxtəlif platformalarda hazırlanması (şəxsi heyətin və yüklərin daşınması, özüboşaldan yük maşını və s.) mümkündür.

Avtomobilin üçüncü versiyası "Sherpa Station Wagon" tam zirehli kuzovla təchiz olunur. Sərnişin bölməsinin istifadəyə yararlı həcmi 7 kubmetr, avtomobilin daşıma qabiliyyəti isə 1.5 tondur. Maşın qiymətli yüklərin təhlükəsiz daşınmasında, məsələn inkassator xidməti üçün də idealdır.

"Renault Sherpa 2" avtomobilinin üç versiyasının hər biri müxtəlif əlavə avadanlıqlarla - kondisioner, müstəqil qızdırıcı, naviqasiya sistemi, müstəqil hava doldurma sistemi və s. ilə təchiz edilə bilər.

Konstruksiyası

İlk növbədə qeyd edilməlidir ki, klassik MRAP konstruksiyasına bənzər formada hazırlanan maşın barədə heç bir mənbədə, o cümlədən istehsalçının rəsmi səhifəsində MRAP ifadəsinə yer verilmir. Buna görə də biz bu ifadədən istifadə etməyəcəyik.

Hər tərəfin qapı və qanadlarında quraşdırılan iki ədəd, həmçinin salondakı 1 ədəd (cəmi 4 ədəd) arxa görüntü güzgülərinin hesabına maşının qabaritlərini asanlıqla hiss etmək mümkündür. Hərəkəti axımlıdır, dizel mühərrikin səsi isə daxildə aydın eşidilir. İri həcmli təkərlər ərazinin çox da böyük olmayan çuxurlarını rahatlıqla "həzm" edə bilir. Kobud ərazilərdə isə maşın təbii ki, bir qədər titrəmələrə məruz qalır. Maşının qızdırılması zəifdir. Maşının dar pəncərələri nə qədər təəccüblü olsa da, yaxşı müşahidə imkanları təmin edə bilir.

Maşının daşıyıcı versiyaları həm ağır pulemyotlarla, həm də qumbaraatanlardan TƏİRK-ə qədər fərqli siniflərin müxtəlif döyüş modulları ilə təchiz oluna bilər.

Hərəkətliliyi

4x4 şassisi üzərində qurulan "Sherpa 2" yüngül taktiki vasitələri ekstremal hərəkətlilik imkanlarını yüksək yük daşıma qabiliyyəti ilə birləşdirir. İstehsalçının iddiasına görə, manevr qabiliyyəti sayəsində maşın ekipajın qorunmasını və taktiki hərəkətliliyi təmin edərək səhrada, dağlarda və şəhər şəraitində öz vəzifələrinin öhdəsindən gələ bilir.
"Sherpa 2" zirehli avtomobili əla keçicilik qabiliyyətinə malikdir, klirens 600 mm, maneəyə giriş bucağı isə 60 dərəcədir. Bunun sayəsində maşın 45 dərəcəyə qədər olan dik yamacları və 750 mm dərinliyə qədər su maneələrini asanlıqla aşa bilir.

"Renault Sherpa 2" avtomobili əvvəllər "Avro 4" və ya "Avro 5" standartlı, 215 at gücünə malik 4.76 litrlik "Renault DXi5" turbodizel mühərrik ilə təchiz edilirdi. Dəqiqədə 1200-1700 dövr sürətində maksimum fırlanma anı 800 Nm idi. Mühərik "Allison" tipli 6 pilləli avtomatik ötürücü transmissiya ilə birgə çalışırdı. 2010-cu ildən isə böyük klirensə malik "Sherpa 2" maşınlarının adı ilə bərabər mühərrik və transmissiyası da dəyişdirildi. Hazırda maşınlar 815 N.m fırlanma anına malik 265 at güclü mühərrik və CTİS avtomatik transmissiya ilə təchiz edilir. Bu mühərrik maşının boş 3800 kq, maksimum yüklənmədə isə 7500 kq kütləsini enişli yoxuşlu ərazidə inamla daşıyır.

"Renault Sherpa 2" maşını "Dakar 2009" və Şimal qütbündən cənuba doğru 30000 km-lik ekstremal avtoyürüşün də iştirakçısıdır. Maşınların C-130 və A400M tipli hava nəqliyyat vasitələri ilə daşınması da mümkündür.

Modifikasiyaları

Maşınların Fransa Silahlı Qüvvələri üçün ilk istehsalı "Renault Trucks Defense", sonra isə "Arquus" tərəfindən həyata keçirilib.

"Sherpa 2": Dörd oturacaqlıdır, 2.5 kubmetr həcmə və 2 ton yük tutumuna malik əsas versiyadır;
"Sherpa 3": zirehli olmadan və 3.5 ton daşıma qabiliyyətinə malik iki oturacaqlı versiyadır;
"Sherpa 3A": Sherpa 3 ilə eynidir, lakin zirehli kabinə malikdir;
"Sherpa 3 Special Forces": xüsusi təyinatlı qüvvələr üçün yüngül versiyadır;
"Sherpa 3 Grand Volume": 10 nəfəri daşıya bilən uzun korpusa malikdir;
"Sherpa 3 High Intensity" kəşfiyyat funksiyalarını yerinə yetirən xüsusi təyinatlı dəstələr üçün versiyadır;
2010-cu ildən sonra istehsal edilən versiyalar:
APC: Üst tərəfində silah quraşdırılan, 10 nəfəri daşıya bilən 3 qapılı versiyadır;
"Assault Ladder": 8.5 m-ə qədər hidravlik pilləkənə malik və antiterror bölmələri üçün nəzərdə tutulan versiyadır;
"Station Wagon": kəşfiyyat, patrul, idarəetmə və daxili təhlükəsizlik üçün nəzərdə tutulur, "Scout"un 5 qapılı və 5 nəfərlik versiyasıdır;
"Weapon System Carrier": Korpus üzərinə quraşdırılan silahları daşımaq üçün hazırlanan versiyadır. Silah sistemlərinin daşınması üçün hazırlanan versiyalar 3 nəfərdən ibarət heyətə malikdir;
"Armored Ambulance": Zirehli təcili yardım versiyasıdır;
Internal Security Vehicle: Daxili təhlükəsizlik avtomobili versiyasıdır.

Son versiyaları

"Poids Lourd Forces Spéciales" (PLFS): 2016-cı ildə Fransa Xüsusi Əməliyyatlar Komandanlığının xüsusi təyinatlı qüvvələrinin fərdi tələblərinə uyğun hazırlanan xüsusi nəqliyyat vasitəsidir. Maşın iki rabitə vasitəsi və özünü dartma qurğusu ilə təchiz olunur, ən azı 5 nəfərlik heyəti yerləşdirə bilir. Döyüş və logistik versiyası da daxil olmaqla bütün maşınlar yalnız 265 at gücündə mühərrikə malikdir. PLFS ilk dəfə 2016-cı ildə "Eurosatory" sərgisində nümayiş olundu. 31 yanvar 2017-ci il tarixində maşın "Direction générale de l'armement" tərəfindən rəsmi olaraq sertifikat əldə etdi.

2018-ci ildə "Arquus" şirkətinin tədqiqatlarını davam etdirməsi nəticəsində Xüsusi Qüvvələrdə istifadə üçün nəzərdə tutulan "Sabre" maşını meydana gəldi. Onu ilk dəfə 2019-cu ildə keçirilən SOFINS Müdafiə Sərgisində ictimaiyyətə təqdim etdilər. Bu maşınlar zəruri hallarda daha çox C4ISR avadanlıqlarının quraşdırılması istisna olmaqla, qalan xüsusiyyətlərinə görə PLFS-ə bənzəyir.

"Sherpa Light" maşınının digər bir versiyası 2018-ci ildə Le Burje şəhərində keçirilən 51-ci aviaşousunda üzərində MBDA-nın raket kompleksi ilə nümayiş etdirilib.

Xarici ölkələrdə istehsal olunan versiyalar

2011-ci ilin oktyabrında isə də "Pindad" şirkəti sərgi zamanı "Sherpa"nın İndoneziyada hazırlanan "Elang" adı ilə tanınan versiyasını nümayiş etdirdi. 5 nəfər ekipaja malik maşınlar əsasən kəşfiyyat və patrul məqsədləri üçün hazırlanan 4 qapılı nəqliyyat vasitələridir. Vasitə məhdud sayda hazırlandı və yalnız İndoneziya Ordusunun 201, 202 və 203-cü mexaniki piyada taborları tərəfindən silahlanmaya qəbul edildi.

"Mack Defense" ilk dəfə 2014-cü ildə ABŞ ordusunun Vaşinqtonda keçirilən AUSA sərgisində "Mack Sherpa Light Scout" maşınını təqdim etdi. 2017-ci ildə isə "Mack" Florida ştatının Tampa şəhərində keçirilən Xüsusi Əməliyyatlar Qüvvələrinin Sənaye Konfransında "Sherpa Special Forces" variantının təqdimatını keçirdi.

"Avibras" TUPI maşını 2014-cü ildə Braziliya Ordusunun "Viatura Blindada Multitarefa - Leve de Rodas" (VBMT – LR - Yüngül təkərli çoxməqsədli zirehli vasitə) proqramı üçün təqdim olunan Braziliya versiyasıdır. "Sherpa Light Scout" şassisi bazasında, "Avibras" və "Renault" arasındakı əməkdaşlıq nəticəsində hazırlanan VBMT-LR maşınları uzaqdan idarə olunan "ARES Aeroespacial & Defesa REMAX" sistemi, 7.62x51 mm və ya 12.7x99 mm pulemyot, həmçinin 40 mm avtomatik qumbaraatan ilə silahlanır.

"Sherpa Poppy Hawkeye" maşınları isə ABŞ bazarı üçün nəzərdə tutulan və "Mandus Group"un 105 mm haubitsasına malik versiyasıdır.

2015-ci ildə "Mack" istehsalı olan "Sherpa" maşınları potensial qiymətləndirmə və tədarük üçün Ukrayna Milli Qvardiyasına təqdim edilib.

Versiyaların istehsal illəri

Model və versiyaların geniş assortimentini nəzərə alaraq "Sherpa"nın istehsalı davam edən variantlarını illərə görə qısaca olaraq belə sıralamaq mümkündür:

2008- cu ildən bu maşınlar "Renault Sherpa 2" və "Renault Sherpa 2 Scout" zirehli versiyalarında;
2008- 2010-cu illədə "Renault Sherpa 2 Scout" (zirehsiz) versiyasında;
2010-cu ildən "Renault Sherpa Light Carrier", "Renault Sherpa Light Scout" və "Renault Sherpa Light Station Wagon" versiyalarında;
2011-ci ildən "Renault Sherpa Light APC Polis '2011" - indiyə qədər "Renault Sherpa Light APC Polise" versiyasında;
2015-ci ildən "Avibras TUPI VBMT-LR" versiyasında bu günə qədər istehsalı davam edir.

Zirehli mühafizəsi

"Sherpa Light" maşınlarının zirehli mühafizəsi, "Arquus" şirkətinin bu sahədə təcrübəsinin zirvəsi hesab edilir. Kəşfiyyat, patrul, idarəetmə və s. üçün nəzərdə tutulan 4 qapılı "Scout" versiyasında ön tərəfdə və qapılarda güllə keçirməyən ballistik şüşələrin tətbiqi nəzərdə tutulur.

"Sherpa Light" zirehlənməsi STANAG 4569 və CEN 1063 standartlarına uyğun olaraq ballistik və minalara qarşı qorunmanı təmin edir. Bu modul tipli və genişlənə bilən zirehli mühafizə dəsti, bütün versiyalar üçün əlçatandır. Zirehli maşının korpusu 7 kq TNT ekviavalentində minanın partlayışına və 16 mm-lik sursatın zərbəsinə tab gətirə bilir.

"Renault Sherpa 2" zirehli maşınının Taktiki-Texniki Xüsusiyyətləri

265 at gücünə malik yeni mühərrikə, avtomatik sürət qutusuna, şin təzyiqinə nəzarət sisteminə və kiçik dönmə radiusuna malik "Sherpa Light" şəhər və ya kobud ərazilərdə güc və çeviklik arasındakı mükəmməl balansı təmin etməkdədir.

Layihə müəllifi: "Renault";
Əsas istehsalçı şirkət: "Renault" və 2017-ci ilə qədər "Mack Defence";
İstehsal tarixi: 2006-cı ildən;
Təkər formulası: 4x4;
Döyüş kütləsi: 7.5 t;
Heyəti: 1 nəfər;
Desant: 3 nəfər;
Zirehlənməsi: GEN 1063 və STANAG 4569;
Əsas silahı: 12.7 mm pulemyot və ya 40 mm qumbaraatan;
Korpusun uzunluğu: 5317 mm;
Eni: 2222 mm;
Hündürlüyü: 2000 mm;
Mühərrikin növü: turbodizel Euro 4.7 L4;
Mühərrikin gücü: 215 at gücü, 2010-cu ildən 265 at gücü;
Şossedə sürəti: 120 km/s;
Ehtiyat məsafəsi: 900 km (75 km/saat sürətdə);
Maneələri dəf etməsi:
yoxuş - 60%;
maili yamac - 40%;
divar - 0.5 m;
çuxur – 0.6 m;
su maneəsi - 1.5 m.

İstifadəçiləri

2015-ci ildə Ukraynanın tank təlim poliqonunda tam ötürücülü "Renault Sherpa Scout" yüngül taktiki vasitələri sınaqlardan keçirilib. Lakin satınalma barədə dəqiq məlumatlar mövcud deyil. Bəzi mənbələr Ukraynanın bu vasitələrin yerli istehsalını təşkil etmək niyyətində olduğunu bildirir.

Livan Silahlı Qüvvələri isə 2016-cı ildə Səudiyyə Ərəbistanının ayırdığı 3 milyard ABŞ dolları məbləğində qrant ilə Fransa istehsalı olan 200-dən çox zirehli vasitə əldə etdi. Onların 100 ədədini "Sherpa", 100 ədədini isə VAB Mk3 maşınları təşkil etdi.

"Sherpa" avtomobilləri istehsalçı Fransadan başqa, Azərbycan, Avstraliya, Braziliya, Çili, Misir, Hindistan, İndoneziya, Küveyt, Livan, Meksika, Qətər və Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri tərəfindən istismar edilir. Maşınların birbaşa döyüş əməliyyatlarında tətbiqinə dair məlumatlar mövcud deyil.

Nəticə

Hərbi məqsədlər üçün nəzərdə tutulan vasitlər nə zamansa mülki vətəndaşlar üçün də əlçatan olur. Biz bunun HMMWV M998 bazasında hazırlanan HAMMER nümunəsində şahidi olduq. "Renault" firmasının idman maşınlarının məhşur istehsalçılarından biri olduğunu nəzərə alsaq, "Sherpa"nın ərazi-idman versiyasında yeni nümunələrinin istehsal ediləcəyi heç də təəccüblü görünməyəcək.

"Sherpa 2"nin yüngül versiyasının mülki variantının eyni 265 at gücündə dörd silindrli turbodizel mühərriki ilə təchiz ediləcəyi halda 3800 kq boş kütləyə malik maşının idman versiyası kiməsə bir az şübhəli görünə bilər. Lakin böyük ehtimalla maşının kütləsinin azaldılması ilə bərabər daha güclü mühərrikdən istifadə qaçılmaz olacaq. Əks halda bu maşınların ciddi manevr imkanlarını təmin edəcəyi gözlənilmir.

Fransanın məşhur avtomobil nəhənginin zəif xüsusiyyətlərə malik vasitə istehsal etdiyini iddia etmək doğru olmazdı. Lakin rəqəmlər müasir maşınların mühərriklərinin daha üstün göstəricilərə malik olduğunu göstərir.

Dünyada baş verən münaqişələrdə Fransanın ABŞ-dan sonra ən geniş tərkibdə iştirak etməsinə baxmayaraq, bu maşınlarının döyüş əməliyyatlarında uğurlu tətbiqinə dair faktlara rast gəlinmir. Digər markadan olan zirehli avtomobillərin tətbiqi isə əsasən Afrika ilə məhdudlaşır. İstənilən halda bu sinifdən olan vasitələr zirehli versiyada belə aşağı intensivlikli münaqişələrdə ön xəttdən bir qədər arxada, təxminən 2-ci eşalona qədər olan ərazilərdə istifadə üçün yararlı ola bilər. Azərbycanın əldə etdiyi bu vasitələri nə zaman əldə etdiyi dəqiq məlum deyil, böyük ehtimalla bunlar yerli MRAP-ların hazırlanmasından əvvəl baş verib. Onların mətbuatda nəzərə çarpmaması kifayət qədər məhdud saya malik olması ilə əlaqədar ola bilər. Bu tip maşınların silahlanmaya qəbulu ilə onun güc strukturlarının döyüş imkanlarına ciddi, müsabət təsirini gözləmək doğru olmazdı. Çünki bu maşınların istismarı və texniki xidmət prosedurları kifayət qədər problemlər yarada bilər. Odur ki, bu vasitələrin yerli istehsal vasitələri ilə, məsələn SARP moduluna malik "Gürzə-2" bazasında yaradılan maşınları ilə əvəzlənməsi daha məqsədəuyğundur.

Mənbələr

https://www.arquus-defense.com/sherpa-light
http://zonwar.ru/news4/news_742_Renault_Sherpa.html?utm_source=warfiles.ru
https://warfiles.ru/119419-hammer-po-francuzski-broneavtomobil-renault-sherpa-2.html
http://military-informant.com/army/34053.html
http://autoconsulting.ua/article.php?sid=34380
https://tsn.ua/ru/auto/news/startovala-sborka-grazhdanskogo-renault-sherpa.html
http://rst.ua/ukr/autonews/renault/renault_sherpa_2_1825.html
https://st-kt.ru/articles/renault-sherpa-geroi-konfliktnogo-vremeni

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Renault   Sherpa-2   Fransa  

Silahlı Qüvvələrimizdə Fransanın "Sherpa 2" yüngül zirehli maşınları - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2020/06/10-15922906090.jpg
Oxunub: 5996     15:10     18 İyun 2020    