Ermənistanda Rusiyadan 102-ci hərbi bazaya verilən dəstək narahatlıq doğurub

2020/04/00-42-1586941213.jpg
Oxunub: 1624     17:41     15 Aprel 2020    
Rusiyadan Ermənistana ilk hərbi mütəxəssislər qrupu gəlib, bu heyətin üzvləri də erməni həmkarlarına koronavirusla mübarizə üçün epidemiya əleyhinə tədbirlərin təşkilində dəstək verəcəklər. Tezliklə ikinci qrupun da gələcəyi qeyd edilir.

İkitərəfli əməkdaşlıq çərçivəsində yardım göstərmək barədə razılaşma Ermənistanla Rusiya Müdafiə naziri David Tonoyan və Sergey Şoyqu arasında əldə edilib. Mütəxəssislər özləri ilə birlikdə COVID-19 infeksiyası testlərini aparmaq imkanı olan mobil laboratoriya və dezinfeksiya sistemi gətiriblər. Nazirliyin sərəncamında olan bu sistemlərin guya Ermənistan Silahlı Qüvvələri və Ermənistanda yerləşən Rusiya 102-ci hərbi bazasının şəxsi heyətinin müayinəsini aparmağa imkanı yaradacağı bildirilir.

Erməni jurnalistlər Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyandan bu dəstəyin yalnız Rusiyanın 102-ci hərbi bazasına veriləcəyi barədə məlumatın nə dərəcədə doğruluğunu dəqiqləşdirib.

“Bu həqiqəti əks etdirmir. Həm erməni hərbi qulluqçuların, həm də zərurət olduqda 102-ci hərbi bazanın hərbçilərindən test nümunələr götürüləcək”, - deyə o bildirib.

Əməliyyatın erməni mütəxəssislərin nəzarəti altında aparılıb-aparılmadığı barədə suala Stepanyan bildirib ki, bu laboratoriya Ermənistan Müdafiə Nazirliyinin məsuliyyəti altında fəaliyyət göstərir.

“Nümunə erməni mütəxəssisləri tərəfindən götürülür və nümunələr rusiyalı mütəxəssislər tərəfindən araşdırılır, çünki rusların bu laboratoriyanın istismarına dair iş təcrübəsi var”, - deyə o qeyd edib.

Bir neçə gün əvvəl, verdiyi müsahibəsində Rusiyanın 102-ci hərbi bazasının hərbçilərinin testdən keçirməsinin zəruriliyi məsələsini qaldıran erməni hüquq müdafiəçisi Artur Sakunts isə bildirib ki, testlərin Rusiya hərbi bazasında keçirilməsi nə qədər yaxşı olsa da, Ermənistan Silahlı Qüvvələri ilə əlaqəli olaraq narahatlıqlar var.

“Bir qayda olaraq, belə bir şəraitdə texniki və ya təşkilati, maddi dəstəyin verilməsi yalnız bəzi materialların ayrılmasını deyil, həm də həmin imkanların inkişafını nəzərdə tutur. Yəni, göstəriləcək dəstəyi göstərə bilmək, həyata keçirmək üçün mütəxəssislərin hazırlığı olmalıdır, Başqa sözlə, dəstəyin verilməsi təkcə maddi təminat, avadanlıqla təmin olunmaq deyil, həm də həmin avadanlıqdan istifadənin öyrədilməsidir. Tutaq ki, bir təyyarə ilə təmin etsinlər, həmin təyyarədən faydalanmaq üçün pilotları da öyrətməlidirlər. Hətta o təyyarənin və ya hərbi texnikanın verilməsi ilə yanaşı, həm də ehtiyat hissələrin verilməsi və təmir qabiliyyətlərinin inkişaf etdirilməsi barədə danışmıram.

Real dəstəyin məzmunu bundan ibarətdir. Gəlib öz texnikası ilə araşdırma aparılırsa, testlərin müayinəsi prosesində iştirak etmədiyimiz halda, nəticə əldə etməyin elmi metodlarını mənimsəyə bilməmək qadağası ilə qarşılaşırıq, belə olan halda sual yaranır, tədqiqatın nəticələri nə dərəcədə etibarlıdır? Niyə hər hansı şəkildə iştirak etmədiyim bir işə etibar etməliyəm? Başqa sözlə, məlumatların nəticələrini məqsədəuyğunluğuna görə təqdim edə bilərlər. İnfeksiya olmadığını söyləsələr, bunun reallığa uyğun olub-olmaması barədə sual yarancaq və bu nəticəyə görə fəaliyyətimi davam etdirməliyəm. Birdən, bu reallığa uyğun gəlməzsə və infeksiya varsa, risklər artır. Bir infeksiya varsa, onu təcrid etməli, səy göstərməli və müalicə etməliyəm. İnfeksiya yoxdursa, təsirsiz olan həqiqi bir virus daşıyıcısının müalicəsi üçün vəsait xərclədiyim ortaya çıxır. Bu baxımdan, risklidir və məzmununa görə bu addım tərəfdaşlıq deyil”, - deyə Sakunts qeyd edib.

O yenidən bildirib ki, 102-ci Rusiya hərbi bazasının hər bir hərbçisi yoxlanılmalıdır, xüsusən yeni növbə, yeni heyət gəldiyindən, hamısı sınaqdan keçirilməlidir və riskləri ehtiva edən, Gümrü sakinlərinin və ümumilikdə Ermənistan vətəndaşlarının sağlamlığına təhlükə yarada biləcək Rusiya hərbi bazasına heç bir virusa yoluxmuş hərbçinin Ermənistana daxil olmayacağına əmin olunmalıdır.

“Amma öz hərbçilərimizlə bağlı vəziyyətə gəlincə belə bir üsula əl atmazdım, çünki həmişə bu araşdırmanın məlumatlarının etibarlı olduğundan əmin olmaq üçün əlavə bir yoxlama keçirilməsinə dair məndə bir sual yaranacaq. Qarşınızdakını cəlb etdikdə tərəfdaşlıq olardı, nəticədə hərəkətlərinizə inam yaradardınız. Bu birtərəfli yanaşma qəbuledilməzdir, xalqımızın təəccübləndiyinə, mən təəccüb edirəm”, - deyə o qeyd edib.

Hüquq müdafiəçisi əlavə edib ki, Fransa, Almaniya və ya ABŞ-dan belə bir dəstək olsaydı, mütləq texniki dəstək, potensialın artırılması və iştirak daxil olardı.

“Bundan sonra o, avadanlıqları ilə birgə ölkəsinə qayıdacaq. Belə olan halda dəstək nədir?”, - deyə Sakunts vurğulyıb.

Rusiya tərəfindən İtaliyaya da bu cür yardım edilib. İtaliya hökumətinin rəylərindən belə başa düşürük ki, tamamilə səmərəsiz müdaxilədir, sadəcə xüsusi xidmət orqanlarının nümayəndələrini koronavirusdan çox əziyyət çəkən bəzi Aİ ölkələrinə göndərmək imkanıdır.

Sakuntsun sözlərinə görə, bu həm də MTX-nin problemidir.

“Müxtəlif ölkələrdə FTX, DTK, BKİ qurumları barədə olan məlumatlardan və onların davranış tərzindən, onların həayat keçirdiyi terrorçuluq fəaliyyətindən, dezinformasiya fəaliyyətindən,toplama funksiyasından, təhlükəsizliyə yönəlmiş fəaliyyətindən, bu məlumatların ümumiləşdirilməsi kontekstində bu günə qədər Ermənistanda ən azı bir əməliyyatın açıqlanmaması belə narahatlıq doğurur. Lakin bu qədər fəal iştirak, növbəti mövcud olma baxımından narahatlığı aradan qaldırmır, əksinə daha da artırır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   102-baza  

Ermənistanda Rusiyadan 102-ci hərbi bazaya verilən dəstək narahatlıq doğurub

2020/04/00-42-1586941213.jpg
Oxunub: 1625     17:41     15 Aprel 2020    