Silahlı Qüvvələrimizin arsenalında olan BTR-3 Zirehli Personal Daşıyıcıları - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2020/06/btr-3-6366785204.jpg
Oxunub: 12562     16:30     29 İyul 2020    
Azərbaycan Respublikasının silahlanmasında mövcud olan BTR-3 zirehli personal daşıyıcıları Ukraynanın Xarkov şəhərində yerləşən A.A.Morozov adına Maşınqayırma üzrə Layihə Bürosu (XBKM) tərəfindən hazırlanan zirehli vasitələrdir.

Yaradılması və istehsalı

BTR-3 layihəsinin inkişafına 2000-ci ildə başlanıb. İlk BTR-3U "Guardian" BƏƏ-nin dəniz piyada korpusu üçün zirehli personal daşıyıcılarının tədarükü üzrə müsabiqədə iştirak etmək üçün sifarişçi ölkənin ADCOM şirkətinin texniki xüsusiyyətlərinə uyğun olaraq hazırlandı. İlk maşın V. A. Malışev adına Xarkov Nəqliyyat Maşınqayırma Zavodunun (XZTM) "65" şöbəsinin dizayn bürosunda BTR-80 bazasında hazırlanan BTR-94 maşınları oldu.

BTR-3-ün dizayn inkişafı 2002-ci ildə başa çatdı. XKBM-dən əlavə, "Ukroboronprom" konserninin 10 müəssisəsi, o cümlədən Artilleriya və Kiçik Silahlar üzrə Dövlət Elmi-Texniki Mərkəzi (Ukrayna), həmçinin "ADCOM Manufacturing Company Ltd. WLL" (Birləşmiş Ərəb Əmirlikləri), "Deutz AG" (Almaniya) və "Allison Transmission" (ABŞ) BTR-3 maşınlarının hazırlanmasında və yaradılmasında iştirak etdi. Bəzi məlumatlara görə, BTR-3 üçün korpusun istehsalı Donetsk vilayətinin Mariupol şəhərindəki "Azovmaş" zavodunda, bəzi iddialara görə isə Lozovski Mexanika Zavodunda həyata keçirilib. Ukrayna sənayesinin nümayəndələri tərəfindən təsdiqlənən digər məlumatlara görə, SSRİ-nin dağılmasından sonra BTR-3-ün istehsalında Arzamas Mühəndislik Zavodunun istehsal etdiyi köhnə Sovet BTR-70 və BTR-80-lərin korpuslarından istifadə olunur. Lakin onların öçülərində bəzi fərqlər mövcuddur, daha doğrusu Ukrayna modeli SSRİ maşınından daha böyükdür. BTR-3-ün son montajı isə Kiyev Zirehli Tank zavodunda aparılır. BTR-3E maşınları BTR-4-dən daha az istismar xərclərinə malikdir.

2015-ci ilin əvvəlinə olan məlumata görə, Ukraynanın hərbi-sənaye kompleksinin müəssisələri BTR-3 üçün komponentlərin 90%-nin istehsalını mənimsəyib. Kiyev Zirehli Tank Zavodunun rəsmilərinin sözlərinə görə, hərbi əməliyyatlar şəraitində on iki ay davam edən intensiv qoşun sınaqlarının nəticələrinə görə, 2015-ci ilin noyabr ayının əvvəlinə qədər BTR-3 dizaynında təxminən 740 dəyişiklik edilib, nəticədə əvvəllər mövcud olan çatışmazlıqlar aradan qaldırılıb, istehsal texnologiyası və maşının döyüş səmərəliliyi artırılıb. Korpusun qaynaq yerləri tam dəyişdirilib. Bundan əlavə, Almaniyanın MAN mühərriklərinə malik BTR-3 versiyasının prototipinin yaradılması üzərində çalışmalar uğurla başa çatıb.
2015-ci ilin noyabr ayının əvvəlində "Defense & Security-2015" silah sərgisində BTR-3E1 və onun ehtiyat hissələrinin Tailandda istehsalına başlamaq niyyəti ilə çərçivə sazişi imzalanıb.

Təyinatı

BTR-80-lərin daha da inkişaf etdirilən versiyası olan BTR-3 zirehli maşınları motoatıcı bölmələrin şəxsi heyətinin daşınması və döyüşdə atəş dəstəyinin təmin edilməsi üçün nəzərdə tutulur. Bu zirehli personal daşıyıcılarından müxtəlif şəraitlərdə, o cümlədən düşmənin kütləvi qırğın silahlarından istifadə etdiyi zaman hərbi əməliyyatlar apara biləcək bölmələri təchiz etmək üçün istifadə olunur. Bu təyinat əsasən baza versiyasına aiddir. Çoxsaylı modifikasiyaların təyinatına isə sonra toxunulacaq.

Konstruksiyası

BTR-3 maşınları Sovetlərin BTR-70/80-ə bənzər bir quruluşa malikdir, korpusun ön hissəsində idarəetmə, orta hissədə desant və döyüş bölməsi, arxa hissədə isə mühərrik-transmissiya bölməsi yerləşir.

BTR su maneələrini üzərək aşmağa qadirdir. Üzən maşın korpusun arxa hissəsində quraşdırılan bir ədəd su mühərriki ilə hərəkətə gətirilir. Su maneəsini aşmaq üçün sürücünün, zirehli personal daşıyıcısından kənara çıxmadan dalğa əks etdirən qalxanını aktivləşdirməsi və su nasoslarını işə salması kifayətdir.

BTR-3 maşınlarının heyəti 3 nəfərdən ibarətdir: komandir, sürücü-mexanik və döyüş modulunun operatoru. Zirehli personal daşıyıcısının desant bölməsində isə, korpusun hər iki tərəfindəki iki hissəli yan qapılar vasitəsilə nəqliyyat vasitəsinə daxil olan və ya oranı tərk edə bilən motoatıcı əsgər yerləşir. Onların sayı maşının versiyasına görə 6-11 nəfər arasında dəyişir. Qapının alt hissəsi açıldıqda pilləkən rolunu oynayır. Üst hissə isə maşının hərəkəti istiqamətində yan tərəfə açılır. Maşının korpusunun damında giriş qapaqları (lyuklar) da mövcuddur.
BTR-3 maşınlarının mühərrik transmissiya bölməsində avtomatik yanğınsöndürmə avadanlığı, havadəyişmə və kondisioner sistemi quraşdırılıb. Maşınların 10-a yaxın silah modulu ilə müxtəlif təyinatlı 14 modifikasiyası mövcuddur. Bundan əlavə sifarişçinin istəyinə görə silah və avadanlıqların tərkibi dəyişdirilə bilər.

BTR-3 silah modulu

BTR-3, silah modulunu iki müstəvidə sabitləşdirən Ukrayna istehsalı BM-3M "Şturm" və ya KBA-105 "Şkval" döyüş modulu ilə təchiz olunur. BM-3M "Şturm" modulu 350 ədəd döyüş sursatına malik 30 mm ZTM-1 avtomatik topu, 2000 ədəd döyüş sursatına malik 7.62 mm KT-7.62 pulemyotu və 4 ədəd raketə malik "Bariyer" tank əleyhinə raket kompleksi ilə təchiz olunur. Modulun sol tərəfində 30 mm KBA-117 avtomatik qumbaraatanı quraşdırılır. KBA-105 "Şkval" silah modulunda isə "Bariyer" tank əleyhinə raket kompleksi M114M "Konkurs-M" TƏİRK ilə əvəz edilir.

Hər iki maşının atəşi idarəetmə kompleksi TƏİRK-in atəşi idarəetmə sistemi ilə inteqrasiya edilən OTP-20 optik elektron nişangah sistemindən və şaquli/üfüqi müstəvilərdə silahları sabitləşdirən SVU-500 qurğusundan ibarətdir. Sadalanan sistemlər zirehli vasitədən hərəkətdə olarkən atəş açmağa imkan verir. Ümumiyyətlə Ukrayna istehsalı silah modullarının 10-a yaxın versiyası mövcuddur, onların əksəriyyəti isə müxtəlif silahların yerləşdirilməsinə və ya qısa müddətdə dəyişdirilməsinə imkan verir. Bu modulların sifarişə görə fərqli silahlarla təchizatı mümkündür.

Qüllənin hər bir tərəfində üç ədəd, elektriklə çalışan 81 mm-lik "Tuça" tüstü və ya aerozol qumbaraları quraşdırılır.

Atəşi idarəetmə sistemi və nişangahlar

Azərbaycanın da əldə etdiyi BTR-3U "Guardian" versiyası Çerniqiv Radio Cihaz Zavodu tərəfindən istehsal olunan "Trek-M" müşahidə, nişanalma və atəşi idarəetmə optik-elektron sistemi ilə təchiz olunur. Bu sistem həm yerüstü hədəflərin və helikopterlərin müşahidə və aşkarlanmasını, həm də zirehli personal daşıyıcısına aid silahların uzaqdan idarə edilməsini təmin edir.

Maşın komandiri müşahidə, hədəf axtarışı və hədəf təyinatı üçün "Panorama-2P" panorama tipli termal cihaza malikdir. Bu cihaz operatorun döyüş modulunun komandir tərəfindən idarəedilməsinə imkan verən panelə də malikdir.

"Panorama-2P" cihazının kamerası qüllənin üstündən 0.5 m hündürlüyə qaldırılaraq dairəvi müşahidəni təmin edə bilir və komandir tərəfindən operatora hədəf təyin etmək məqsədilə istifadə olunur.

Digər nişangah avadanlıqlarının tərkibi BTR-82A ilə təxminən eynidir və gecə/gündüz rejimlərində ekipajın döyüş tapşırıqlarını yerinə yetirməyinə imkan verir.

Təhlükəsizlik

BTR-3U fərqli güllə keçirməyən zirehə və kevlar materialdan qəlpə əleyhinə ballistik müdafiəyə malikdir. Zirehli korpus yayılan homogen zireh poladın təbəqələrindən qaynaqla yığılır. Aşağı və arxa tərəf istisna olmaqla, şaquli zireh təbəqələrinin əksəriyyəti əhəmiyyətli əyilmə bucaqları altında quraşdırılır.

BTR-3U maşınının zirehli korpusu, BTR-80 maşınlarının suda hərəkətini təmin etmək məqsədilə axımlı formada hazırlanan korpusunu təkrarlayan formaya malikdir, lakin xüsusi sifarişlə desant bölməsinin hündürlüyünü 150 mm artıraraq daha irihəcmli digər versiyaları istehsal etmək mümkündür.

Hərəkətlilik

Maşınların sükan idarəetməsi hidravlik gücləndirici ilə təchiz edilir. Manevr qabiliyyətini artırmaq üçün dörd ön təkər sükanla idarə edilir. Zirehli personal daşıyıcısı sürücünün çətin əraziləri keçməsi üçün şinlərin təzyiqini tez dəyişdirməyə imkan verən mərkəzi təzyiq tənzimləmə sistemi ilə təchiz edilir. BTR-3U maşınlarının hərəkətli hissəsi hidaravlik amortizatora malik torsion tiplidir. Maşınlar Fransanın "Michelin" şirkətinin güllə keçirməyən şinləri ilə təchiz edilir. Şinlər diaqonal tiplidir, kamerasızdır və dəyişkən təzyiqə davamlıdır. Onların ölçüləri 365/90 R18 və ya 335/80 R20-yə malik ola bilər.

Mühərrik və ötürücü

BTR-3U "Guardian" zirehli vasitələri 326 at gücünə malik "Deutz BF6M1015" mühərriki ilə birgə çalışan "Allison MD3066" avtomatik transmissiyası və yaxud 300 at gücünə malik UTD-20 mühərriki ilə bigə çalışan 5 pilləli mexaniki sürət ötürücüsü ilə təchiz edilir. Azərbaycana da UTD mühərrikli versiyanın idxal edildiyi ehtimal olunur.

Zirehli personal daşıyıcısının son BTR-3E1 versiyasında isə 7.2 litr həcmə və 325 at gücünə malik altı silindrli MTU 6R106TD21 turbodizel mühərrikindən istifadə edilir.

Silahlanması

BTR-3U "Guardian" 30 mm ZTM-1 avtomatik topuna, onunla cütləşdirilən 7.62 mm KT-7.62 pulemyotuna, iki ədəd M114M "Konkurs-M" TƏİRK atıcı qurğusuna və 30 mm avtomatik qumbaraatan ilə təchiz edilən KBA-105 "Şkval" döyüş moduluna malikdir. Modifikasiyalara və ya sifarişə görə silah modulu və onun tərkibi dəyişə bilər.

BTR-3U maşınlarının atəşi idarəetmə kompleksi, idarə olunan raketlərin atəşi idarəetmə sistemi və SVU-500 silah sabitləşdiricisi ilə inteqrasiya edilən OTP-20 nişangah sistemi ilə təchiz edilir.

Modifikasiyaları

BTR-3U "Guardian" maşınları "Deutz BF6M1015" mühərrikinə və "Allison MD3066" avtomatik sürətlər qutusuna və yaxud UTD-20 mühərrikinə malik BTR-94K zirehli maşınının dərin modernləşdirilən versiyasıdır. KBA-105 "Şkval" döyüş modulu ilə təchiz edilir.

BTR-3U1: ZTM-1 avtomat topu və 7.62 mm PKT pulemyotu ilə təchiz edilən BM-3S döyüş moduluna malik BTR-3U modifikasiyasıdır.

BTR-3E: UTD-20 və ya "Deutz BF6M1015" mühərrikinə malikdir. BM-3M "Şturm-M" döyüş modulu ilə təchiz edilir. Belçikanın "CMI Defence" şirkəti tərəfindən istehsal olunan CSE 90LP qülləsinə malik BTR-3E maşınlarının ilk nümunəsi 2013-cü ilin fevralında IDEX-2013-də nümayiş olunub.

BTR-3E1: "Tandem" atəşi idarəetrmə sistemi "Trek" sistemi ilə əvəz olunan BTR-3E modikasiyasıdır.

BTR-3E CPWS-30: 2014-cü ildə Belçikanın "Cockerill" şirkətinin CPWS-30 döyüş moduluna malik modifikasiyasıdır.

BTR-3EU1: 2015-ci ildə hazırlanan və 2015-ci ildə Ukrayna Silahlı Qüvvələrində istismar edilməsi təsdiqlənən BTR-3E modifikasiyasıdır.

BTR-3K: komandir maşınıdır.

BTR-3S: tibbi sanitar maşınıdır.

BTR-3BR: dartıcı qurğu, qarmaq və buldozer bıçağı ilə təchiz olunan təmir bərpa maşınıdır.

BTR-3RK: 4 ədəd "Bariyer" TƏİRK (16 ədəd raketlə) atıcı qurğusuna və 12.7 mm-lik NSVT pulemyotu ilə silahlanan özüyeriyən tank əleyhinə kompleksdir.

BTR-3M1: 81/82 mm-lik minaatan və 12.7 mm NSVT pulemyotu ilə silahlanan özüyeriyən minaatandır.

BTR-3M2: 120 mm-lik minaatan və 12.7 mm NSVT pulemyotu ilə silahlanan özüyeriyən minaatandır.

BTR-3DA: 2015-ci il modifikasiyasıdır, maksimal sürəti saatda 104 km-ə qədər artırılıb, 16.5 ton kütləyə və təkmilləşdirilən mühafizəyə malikdir. Ukrayna Silahlı Qüvvələri tərəfindən 2015-ci ilin noyabr ayında silahlanmaya qəbul edilib.

Taktiki-Texniki Xüsusiyyətləri

İstehsalçı: Xarkov Maşınqayırma Zavodu
Tipi: Zirehli personal daşıyıcısı
İstehsal tarixi: 2001-ci ildən bu günə qədər
Sialhlanmaya qəbul edilib: 2001-ci ildə
İstehsal sayı: 415 ədəddən çox
Kütləsi: 15.4-16.5 ton
Ekipaj: 3 nəfər
Desant: 6-11 nəfər
Ölçüləri
Uzunluğu: 7.65 m
Lülənin uzunluğu: 3 m
Eni: 2.9 m
Hündürlüyü: 2.86 m
Yerdən hündürlüyü: 0.475 m
Təkər formulası: 8 x 8
Şinlərin ölçüsü: 12.00 R20
Sürəti:
şossedə - maksimum 80-104 km/saat
suda - 9-10 km/saat
Aşılan xəndək eni: 2 m
Aşılan divar hündürlüyü: 0.5 m
Yoxuşa dırmanma dərəcəsi: 30º
Mühərriki: MTU 6R106TD21, MTU 6R106TD21 və ya UTD-20
Gücü: 326, 325 və ya 300 a.g
Sürətlər qutusu: avtomat-tiptronik və ya mexaniki
Mənzili: 600-700 km
Yanacaq çəninin tutumu: 300 litr
Asqı tipi: hidravlik amartizatora malik torsion tipli
Silahlanması:
30 mm-lik ZTM-1 avtomatik topu
Çapı: 30 mm
Atəş tempi: dəqiqədə 330 mərmi
Mərminin başlanğıc sürəti: 1120 metr/saniyə
Lülənin qalxma bucağı: -5º... +30º
Üfüqi tuşlama bucağı: 360º
Effektiv atəş məsafəsi: 2 km
Maksimum atəş məsafəsi: 4 km
7.62 mm-lik KT-7.62 pulemyotu
Çapı: 7.62 mm
Atəş tempi: dəqiqədə 750 ədəd
Güllənin başlanğıc sürəti: 855 metr/saniyə
Effektiv atəş məsafəsi: 1.5 km
Maksimum atəş məsafəsi: 4 km
30 mm-lik KBA-117 avtomatik qumbaraatanı
Çapı: 30 mm
Mərmisi: VOG-17 (VOG-17M)
Atəş tempi: dəqiqədə 400 mərmi
Mərminin başlanğıc sürəti: 185 metr/saniyə
Atəş məsafəsi: 1.7 km
130 mm-lik "Baryer" tank əleyhinə idarəolunan raket
Çapı: 130 mm
İdarəetmə sistemi: yarımaktiv lazer tuşlamalı
Döyüş başlığı: kumulyativ
Hədəfə çatma müddəti: 23 saniyə
Atəş məsafəsi: 5.5 km
Mühafizəsi
Zireh qalınlığı: 150 mm-lik tökmə homogen polad
Daxildən kevlar zireh
81 mm tüstü bombaları
Zirehli şinlər

İstifadəçiləri

2016-cı ilə kimi BTR-3 maşınlarının müxtəlif modifikasiyaları aşağıdakı ölkələrin Silahlı Qüvvələrində silahlanmaya qəbul edilib:
Tailand - 176 ədəd BTR-3E1, 6 BTR-3RK və 5 BTR-3BR;
BƏƏ - 90 ədəd BTR-3U "Guardian";
Nigeriya - 51 ədəd BTR-3U1 (SSRİ-nin BTR/BRDM qülləsi ilə);
Myanma - 10-dan çox BTR-3U, 2003-2006-cı illərdə isə BTR-3E-nin 92 ədəd yığım dəsti;
Sudan - 10 ədəd BTR-3 (tədarüklər 2010-2011-ci illərdə baş tutub, sifarişçi sonradan təchizatın ləngiməsinə görə müqavilədən imtina edib);
Azərbaycan- 2006-cı ildə 3 ədəd BTR-3E "Guardian";
Qazaxıstan - 2 ədəd BTR-3E;
ABŞ - 1 ədəd BTR-3 (sınaq üçün alınıb).

Nəticə

Prinsip etibarilə xarici görünüşünə və hərəkətli hissəsinə görə BTR-3 SSRİ-nin BTR-80 maşınından ciddi fərqlənmir. Lakin daxili təchizatı, silah modulu, atəşi idarəetmə kompleksi, mühərik transmissiya hissəsi, qorunması və s. əlbəttə ki, kifayət qədər təkmilləşdirilib. Korpusun ölçüləri, xüsusilə maşının hündürlüyü
Ukrayna modelində bir az daha böyükdür. ABŞ, Almaniya, Belçika, Tailand və BƏƏ-dən olan nüfuzlu xarici şirkətlərin yerli şirkətlərlə zirehli vasitənin yaradılmasında birgə əməkdaşlığı yüksək nəticələrə səbəb olub. BTR-3 maşınları 30 mm-lik top və TƏİRK ilə atəş gücünü artırmağa, xüsusilə də yüngül zirehli vasitələrə qarşı mübarizə imkanlarını xeyli gücləndirə bilib. 5.5 km atəş məsafəsi ilə BTR-3-ün düşmənin yüngül zirehli maşınlarına qarşı, Belçikanın "Cockerill" şirkətinin CPWS-30 döyüş moduluna malik BTR-3E CPWS-30 modifikasiyası isə tanklara qarşı ciddi mübarizə vasitəsi hesab edilir.

Təmirarası resursunun 500 min km olduğu iddia edilən alman mühərriklərinin artan imkanları isə maşının hərəkətliliyinə müsbət təsir edir. Birbaşa döyüş üçün nəzərdə tutulmayan zirehli vasitə modifikasiyaları əlavə mühafizə elementlərinə malik olmadığı üçün daha zəif gücə malik mühəriklərlə təchiz edilə bilər.

Daxili avadanlıqların əksəriyyəti yenilənib, daxili bölmələrin yerləşməsində müəyyən dəyişiklik edilib. Sürücünün önündəki panel və idarəetmə orqanlarının bəziləri isə olduğu kimi qalıb. Bu maşınların NATO-nun STANAG 4569 standartlarının 2-ci səviyyəsinə uyğun zireh mühafizəsi ilə 14 fərqli modfikasiyaya malik olması, 10-a yaxın döyüş modulunun və bir neçə mühərrikin istənilən versiyasının quraşdırılması imkanı, korpusun daxildən kevlar ilə mühafizə edilməsi, ön tərəfdəki dörd ədəd oturacaqların maşının döşəməsinə bərkidilməməsi və s. maşınların ixrac potensialına müsbət təsir göstərən faktorlardandır. BTR-3 maşınlarının çoxsaylı modifikasiyaları müasir Silahlı Qüvvələrin müxtəlif təyinatlı zirehli vasitələrə olan tələbatını böyük həcmdə qarşılmağa qadirdir.

Azərbaycanın əldə etdiyi 3 ədəd vasitənin BTR-3U versiyasına aid olduğu ehtimal edilir. Bu qədər az sayda vasitənin Silahlı Qüvvələrinin döyüş imkanlarına ciddi təsir edəcəyi real deyil, çünki bu maşınlarla yalnız bir motoatıcı taqımın təmin edilməsi mümkündür. Böyük ehtimalla bu maşınlar qoşun sınaqları və ya istifadə etdiyimiz BTR-60/70/80 zirehli vasitələrinin modernləşdirilməsində nümunə kimi istifadə məqsədilə alınıb.

Mənbələr:

http://oruzhie.info/bronetekhnika/627-btr-3
http://btvt.info/1inservice/btr3.htm
https://bmpd.livejournal.com/2066396.html
https://militaryreview.su/200-btr-3-dlya-nacgvardii-i-armii-ukrainy.html
http://www.military-today.com/apc/btr_3u.htm
https://warriors.fandom.com/ru/wiki/%D0%91%D0%A2%D0%A0-3

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BTR-3   Azərbaycan-Ordusu  

Silahlı Qüvvələrimizin arsenalında olan BTR-3 Zirehli Personal Daşıyıcıları - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2020/06/btr-3-6366785204.jpg
Oxunub: 12563     16:30     29 İyul 2020    