İstənilən hərbi əməliyyatlar şəraitində universal və zəruri atəş vasitəsi - DŞK (HƏRBİ EKSPERT)

2020/06/1-3183242094.jpg
Oxunub: 11686     14:12     05 Avqust 2020    
Böyük çaplı pulemyot piyada bölmələrə və zirehli texnikalara yüngül ərazi istehkam qurğuları və aşağıdan uçan təyyarələrlə mübarizə aparmağa, şəhər döyüşlərində aşkarlanan düşmən pusqularını "uzun qol" ilə zərərsizləşdirməyə kömək edən vasitələrdən biridir. Daha uzaq atəş məsafəsi və böyük ölümcül qüvvəsi, istənilən hərbi əməliyyatlar şəraitində iriçaplı pulemyotları universal və zəruri atəş vasitəsinə çevirir.

SSRİ-də ilk iriçaplı DŞK silahı, hələ də Qərbdə istifadə olunan "qoca" "Browning M-2" pulemyotundan sonra yarandı. DŞK da analoqu kimi məşhur, sadə və kaprizsizdir, lakin yüksək ölümcül qüvvəyə malikdir. Bu gün Sizə Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündən istifadə etdiyi bu ağır DŞK pulemyotunun təyinatı, yaranma tarixi, itehsalçısı, konstruksiyası, sursatları, taktiki texniki xüsusiyyətləri, istifadəçiləri və döyüş tətbiqi barədə məlumat veriləcək.

Əslində bu silah I Dünya müharibəsinin döyüş təcrübəsinin məhsuludur. Həmin təcrübə bölmələrin atəş gücünün artırılmasını tələb edirdi. Eyni zamanda, donanma və quru qoşunları daha yüksək atəş tempinə malik güclü zenit silahlarına ehtiyac duyurdu. ABŞ-da haqlı olaraq əmin idilər ki, çox sayda klassik pulemyotlar əvəzinə bir neçə daha dərin nüfuzetməyə malik iriçaplı silaha malik olmaq daha effektivdir. 1918-ci ildən 1932-ci ilə qədər həyata keçirilən fəaliyyətlər nəticəsində indiyə qədər ABŞ və müttəfiqlərinin silahlanmasında mövcud olan əfsanəvi "Browning M-2HB" pulemyotu yarandı.

SSRİ-də əsasən hava hədəflərini yerdən atəşlə məhv etmək üçün hazırlanan ağır pulemyotun yaradılmasına 1920-ci illərin ikinci yarısında başlandı. Digər tərəfdən hərbi texnikanın sürətli inkişafı ilə onlarla mübarizə vasitələri də modernləşdirilməli idi. İri çaplı pulemyotlar aviasiya, zirehli texnikalar, atəş nöqtələri və düşmən artilleriyası ilə mübarizə aparmaq üçün kifayət qədər güclü və hərəkətli bir vasitə hesab edilməyə başlandı. İlk iriçaplı Sovet pulemyotunun silahlanmaya qəbulu 18 il sonra, kütləvi istehsalı isə 1940/41-ci illərdə baş tutdu.

Sovet İttifaqında bu müddət ərzində çox sayda silah hazırlandı. Lakin 80 il əvvəl istehsal olunmasına baxmayaraq, yalnız istehsalçı ölkədə deyil, həm də çox sayda digər ölkələrdə və bu ölkələrin iştirak etdiyi münaqişələrdə istifadə olunmağa davam edən DŞK pulemyotları həqiqətən də unikal bir silahdır.

Yaranma tarixi

Vasili Deqtyarev adlı Sovet mühəndisi dövlət sifarişi ilə 1930-cu ildə disk ilə qidalanan 12.7 mm-lik iriçaplı DK pulemyotunu yaratdı. 1930-cu illərin əvvəllərində, pulemyotun kiçik seriyalı istehsalı təşkil edildi, lakin onun bəzi çatışmazlıqları aşkar edildi. Birincisi 30 ədəd patron tutumlu xəzinələr kifayət qədər ağır idi, ikincisi aşağı atəş tempi (dəqiqədə 360 atəş) silahdan zenit vasitəsi kimi istifadəyə imkan vermirdi. Pulemyotun modernləşdirilməsi üzrə işləri isə mühəndis Qeorgi Şpaqin həyata keçirirdi. Sistemdə əhəmiyyətli dəyişikliklər etmədən, əfsanəvi PPŞ-nın gələcək yaradıcısı Şpaqin 50 patron tutumuna malik baraban tipli metal lenta üçün qəbuledici hazırladı.

Atəş tempi dəqiqədə 600 atəşə qədər yüksəldi. 1939-cu ildə pulemyot 1938-ci il nümunəli 12.7 mm-lik DŞK (İri çaplı Deqtyarev-Şpaqin) modeli olaraq silahlanmaya qəbul edildi. Silah aşağıdakı xüsusiyyətlərə malik idi: dəzgahla ümumi kütləsi 181 kq, yerüstü hədəflərə qarşı atəş məsafəsi 3500 metr, hava hədəflərinə qarşı isə 2400 metr oldu. Silahın istehsalına Vladimir vilayətinin Kovrov şəhərindəki silah zavodunda başlandı.

1940-cı ildən ilk pulemyotlar Sovet ordusu və donanmanın silahlanmasına daxil olmağa başladı. II Dünya müharibəsi başlamazdan əvvəl sərbəst buraxılması çətin olduğu üçün nisbətən kiçik seriya ilə istehsal edildi, onların ümumi sayı iki min ədəddən çox deyildi.

1942-ci ilin əvvəlində orduda cəmi 720 DŞK mövcud idi, həmin ilin iyul ayında bu say 1947 ədədə, 1943-cü ilin yanvarında 5218 ədədə, 1944-cü ilin yanvarında isə 8442 ədədə çatdırıldı. Cəbhə xətti 1941-ci ilin payızında yaxınlaşdıqca, ağır pulemyot istehsalı Kovrovdan Kuybışev şəhərinə köçürüldü. Pulemyot düşmən atəş nöqtələrini, top və pulemyot heyətlərini məhv etmək üçün səmərəli hesab olunurdu.

Müharibədən əvvəlki dövrdə düşmənin zirehli maşınlarının zirehdələn güllələrdən istifadə edilərək pulemyot atəşi ilə məhv edilə biləcəyinə inanılırdı. Lakin döyüş praktikası bu fikirləri dərhal təkzib etdi, digər tərəfdən isə atıcı silah atəşini tanklara cəmləşdirmək də problem idi. Bundan əlavə düşmənin canlı qüvvəsi, atıcıların əsas hədəfi olaraq qalırdı. Bəzi hallarda isə düşmənin yüngül tanklarını və zirehli daşıyıcılarını zədələmək və məhv etmək üçün ağır pulemyotlardan istifadə uğurlu olurdu. Buna misal kimi 1941-ci ilin iyulunda Luqa ətrafında gedən döyüşləri göstərmək mümkündür.

II Dünya müharibəsi zamanı DŞK pulemyotlarının Almaniyanın zirehli maşınlarını və yüngül tanklarını asanlıqla məhv etdiyi, müəyyən şərtlərdə isə erkən seriyalı orta tankların arxa və yan zirehlərindən nufuz etməsi məlumdur.

DŞK-nın düşmən snayperlərinə, top və pulemyot heyətlərinə qarşı mübarizə aparmaq, həmçinin zenit pulemyotu kimi hava hədəflərinə qarşı istifadəsi də effektiv idi. Qısa müddət istifadədən sonra məlum oldu ki, bu iriçaplı silah nümunəsi ordunun hər bir döyüş bölməsi üçün yararlıdır və çox effektivdir.

DŞK-nın zenit əleyhinə variantları tək, çütləşdirilən və hətta quraşdırılan variantlarda hazırlandı. İstehsal zamanı DŞKT adlı tank versiyası da ortaya çıxdı. Əvvəlcə onu bir çox maşınlarda quraşdırmaq planlaşdırıldı, lakin sonralar ilk olaraq yüngül və üzən T-40 tanklarına yerləşdirildi.

1944-cü ildən sonra isə İS-2 ağır tank qüllələrində xarakterik qabırğalı və lülə əyləcinə (bəzi mənbələrdə alov söndürücüsü adlanır) malik DŞKT lüləsi görünməyə başladı. 12.7x108 mm-lik ağır patron, İS tanklarına yüngül və orta alman tankları ilə mübarizə aparmağa imkan verirdi. Müharibənin sonunda pulemyotun istismar təcrübəsinə əsaslanaraq modernləşdirilən DŞKM versiyası hazırlandı, onu 1945-ci ildə müharibə bitəndən sonra silahlanmaya qəbul etdilər.

DŞKM pulemyotları onu əvəz edən "Utes" pulemyotunun yaranmasına qədər ilk iriçaplı pulemyot kimi Sovet tanklarının qülləsində dayanmaqda davam etdi. Pulemyot İkinci Dünya müharibəsindən sonra bütün hərbi münaqişələrdə istifadə olundu. Əsas rəqibi "Browning" ilə müqayisədə, DŞK daha etibarlı və sadədir, texniki xidməti də asandır. Afrikada və Yaxın Şərqdə pikap maşınının arxasında quraşdırılan DŞK görüntüləri hamımıza yaxşı məlumdur. 2.5 min metr atəş məsafəsinə malik bir silah istənilən düşmən üçün problem yarada bilir.

Sursatları

Pulemyotdan atəş açmaq üçün, Sovet silah istehsalçıları tərəfindən hazırlanan, atəş gücü 18.8-19.2 kC (AK-nın 5.45 x 39 mm patronunda atəş gücü 1.4 C-dir) olan 12.7 x 108 mm (0.50 ) çaplı patrondan istifadə olunur. Bu mərmi ABŞ-da hələ də geniş istifadə olunan 12.7x99 mm-lik patronun meydana gəlməsindən sonra yaradılıb. Bu enerji sayəsində DŞK-nın B-32 patronu, 750 metr məsafədən 20 mm qalınlığında polad zirehli lövhəyə nüfuz edə bilir. DŞK patronunun bu cür xüsusiyyətləri ilə zirehli kabinə malik hava hədəflərinə, yüngül və orta zirehli maşınlara, həmçinin möhkəmləndirilən atəş nöqtələrinə effetiv atəş açmaq mümkündür.

100 metr məsafədən atəş açarkən güllələrin səpələnməsi 200 mm-dir. DŞK/DŞKM pulemyotu 12.7x108 mm-lik zirehdələn, yandırıcı, yandırıcı-zirehdələn, tandem, partlayıcı və s. kimi 10-a yaxın patron növündan istifadə edə bilir.

Fəaliyyət prinsipi

DP-27, RPD, DT/DA, DS-39 kimi ilkin versiyalar da daxil olmaqla, Deqtyarev pulemyotlarının hamısının konstruksiyası, lülə kanalındakı barıt qazlarının hesabına avtomatikanın təmin edilməsinə əsaslanır. Lülənin kilidlənməsi isə döyüş dayaqlarının hesabına həyata keçirilir.

Pulemyotun resursunu artırmaq üçün onun arxa hissəsində atəş açarkən çaxmağın geritəpmə qüvvəsini "udan" yaylı bufer yerləşdirilib. Pulemyot dəqiqədə 600 dəfə atəş aça bilər, atəş rejimi yalnız avtomatikdir, lakin təcrübəli atıcılar tək-tək atəş aça bilir.

Pulemyot soyutmanı yaxşılaşdırmaq üçün eninə yerləşdirilən "qabırğa"lara malik lülə ilə təchiz olunur. Lülə qısa zamanda dəyişdirilə bilir.

Patron təminatı üçün pulemyot lentasını fırladan və 6 sursatlıq yarım kameralara malik kütləvi bir barabandan istifadə olunur. Lentadakı patron kameranın əks tərəfində yerləşdikdə, çaxmaq lentadan patronu tutur və onu təzyiq altında kameraya doğru itələyir.

Patron kameraya daxil olanda döyüş dayaqları aralanaraq patronu bloklayır, sonra isə zərbə elementi kapsulu deşir və atəş açılır. Atəş zamanı güllə lülədən çıxmadan əvvəl qazların bir hissəsi qaz çıxışına daxil olaraq çaxmağı geri itələyən porşenə təzyiq göstərir.

Çaxmaq geri çəkilməsi ilə eyni vaxtda döyüş dayaqları ilkin vəziyyətinə qayıdır, giliz kənarlaşdırılır, yeni patronun kameraya ötürülməsi üçün döyüş yayı sıxılır. Barabanla əlaqəli olan yenidən yükləmə qolunun sürüşməsi zamanı baraban növbəti atəş üçün hərəkətə keçir. Silahın təhlükəsizliyi pulemyotun sağ tərəfindəki bayraq tipli qoruyucu ilə təmin edilir. Lülənin sonunda patron onu tərk etdikdən sonra yaranan barıt qazlarının müxtəlif istiqamətlərə yayılması üçün lülə əyləci yerləşdirilir.

Pulemyotu yenidən yükləmək üçün arxa hissədə doldurma qolu mövcuddur. Hava hədəflərinə qarşı istifadə üçün silah zenit nişangahı və çiyin dayağı ilə təmin edilir. Pulemyotu yürüşdə və döyüş bölgəsində hərəkət etdirmək üçün ikitəkərli I.N. Kolesnikov dəzgahından istifadə edilir. Dəzgah qəlpələrdən və tüfəng patronlarından qorunmaq üçün qalxanla təmin edilir. Dəzgahın həm piyadalar tərəfindən, həm də zenit silahı kimi istifadəsi zamanı tətbiq edilməsi mümkündür. Bunun üçün güllə keçirməyən qalxan çıxarılır, üçayağın dayaqları nizamlanır və pulemyot zenit silahına çevrilir. Dəzgahın və pulemyotun birgə kütləsi 180 kq-dır. Bəziləri bu kütləni silahın çatışmazlığı kimi dəyərləndirir, lakin bu çatışmazlığa sanki pulemyotun atəş zamanı geritəpməsini neytrallaşdırmaq və pulemyotu yerində qismən sabit saxlamaq üçün bilərəkdən yol verilib, çünki pulemyotun zenit üçayağı ilə istifadəsi zamanı dayaqları qum kisələri ilə əhatə etmək tövsiyə olunur.

Bəlkə də konstruktorlar piyada bölmələr üçün yüngül dəzgaha və dəstəyə malik versiyanı yarada bilərdilər, lakin qoşunların artıq 14.5 mm patrondan istifadə edən PTRD və PTRS silahlarına malik olduğundan bu həyata keçirilmədi. Buna bənzər bir şey 2010-cu illərin ortalarında Ukraynada DŞKM-in bazasında yaradıldı. Çox güman ki, bu silah çatışmazlığı ilə əlaqədar olub, çünki bu tip modernləşdirmə üçün NSV "Utes" daha uyğundur, çünki onun kütləsi 9 kq daha azdır. Müasir tanklarda modernləşdirilən DŞKM pulemyotları kollimator nişangahı ilə təchiz edilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Patronu: 12.7×108 mm;
Pulemyotun dəzgahda, lenta ilə ümumi kütləsi: 181.3 kq;
DŞK-nın korpusunun kütləsi: 33.4 kq;
Lülənin kütləsi: 11.2 kq;
DŞK-nin tam uzunluğu: 1626 mm;
Lülənin uzunluğu: 1070 mm;
Lülənin yivlərinin sayı: 8 ədəd, sağ tərəfli;
Lülənin yivli hissəsinin uzunluğu: 890 mm;
Güllənin ilkin sürəti: 850-870 m/s;
Güllənin enerjisi: ortalama 19000 coul;
Atəş tempi: dəqiqədə 600 ədəd;
Döyüş sürəti: dəqiqədə 125 ədəd;
Nişangah xəttinin uzunluğu: 1110 mm;
Yerüstü hədəflərə qarşı nişangah məsafəsi: 3500 m;
Hava hədəflərinə qarşı nişangah məsafəsi: 2400 m;
Dəzgah növü: təkərli-üçayaq;
Yerüstü mövqedə atəş xəttinin hündürlüyü: 503 mm;
Zenit mövqeyində atəş xəttinin hündürlüyü: 1400 mm;
Zenit atəşi üçün səfər vəziyyətindən döyüş vəziyyətinə keçid müddəti: 30 saniyə;
Heyəti: 3-4 nəfər.

Modifikasiyaları

DŞKT tank pulemyotudur, ilk dəfə İS-2 tanklarına zenit silahı olaraq quraşdırılıb;
DŞKM-2B zirehli katerin qapalı qülləsində cütləşdirilərək quraşdırılan iki pulemyotlu versiyadır;
MTU-2 gəmilərə quraşdırmaq üçün hazırlanan və 160 kq kütləyə malik iki pulemyotlu turelə quraşdırılan versiyadır;
DŞKM-4 dörd pulemyota malik eksperimental versiyadır;
P-2K sualtı qayıqlar üçün hazırlanan şaxta tipli silahdır, səfər zamanı qayığın daxilinə çəkilir.

İstehsalçıları

DŞK-nın lisenziyalı istehsalı keçmiş Varşava Müqaviləsi ölkələrində, həmçinin bəzi Asiya ölkələrində təşkil edilib. SSRİ/Rusiyadan başqa aşağıdakı ölkələr tərəfindən, bəzən isə fərqli indekslə istehsal edilib:

İranda MGD indeksi ilə "Defense Industries Organization" (Müdafiə Sənayesi Təşkilatı) tərəfindən;
Çində "Tip 54" indeksi ilə;
Pakistanda "Pakistan Ordnance Factories" tərəfindən "Tip 54" indeksi ilə;
Rumıniyada 2015-ci ilin əvvəlindən etibarən Kujir şəhərindəki "Romarm" korporasiyasının Kujir Mexanika Zavodunda DŞKM versiyasında;
Çexoslovakiyada TK vz. 53 (Těžký kulomet vzor 53) indeksi ilə;
Yuqoslaviyada standart versiyada.

İstifadəçiləri

DŞK həm standart, həm də modernləşdirilən DŞKM versiyasında dünyanın 40-dan çox ordusunun isilahlanmasında mövcuddur. Bir sıra ölkələrdə isə fərqli indekslərlə istehsal olunub, bəzilərində isə bəlkə hələ də istehsal olunur. DŞKM pulemyotu, müharibədən sonra istehsal olunan T-55, T-62 sovet tanklarında və BTR-155 zirehli texnikalarında zenit silahı kimi istifadə olunub. Hazırda istehsalçı DŞK və DŞKM pulemyotlarını, demək olar ki, tamamilə daha inkişaf etmiş və müasir olan "Utes" və "Kord" ağır pulemyotları ilə əvəz edib.

Silah Əfqanıstan, Albaniya, Əlcəzair, Anqola, Azərbaycan, Ermənistan, Banqladeş, Belarus, Bolqarıstan, Kamboca, Kabo-Verde, MAR, Çad, Çili, Kuba, Kipr, Çexiya, Konqo, Misir, Qvineya, Finlandiya, Macarıstan, İndoneziya, İran, İraq, İsrail, Qazaxıstan, Qırğızıstan, Laos, Liviya, Makedoniya, Madaqaskar, Mali, Malta, Mozambik, Nikaraqua, Nigeriya, Cənubi Vyetnam, Serbiya, Peru, Pakistan, Slovakiya, Somali, Suriya, Tanzaniya, Toqo, Türkmənistan, Uqanda, Ukrayna, Vyetnam, Yəmən, Zambiya və Zimbabve kimi ölkələrin silahlanmasında istifadə edilir. Yalnız Rusiya, Çin, Çexiya, keçmiş Yuqoslaviya və Finlandiya onları silahlanmadan çıxarıb.

Döyüş tətbiqi

DŞK pulemyotlarının ilk döyüş tətbiqi II Dünya müharibəsi zamanı baş verib. Ondan müharibənin sonuna qədər bütün istiqamətlər üzrə aktiv istifadə edilib. Müharibənin sonunda isə DŞK qismən Sovet tanklarının qüllələrinə zenit silahı kimi yerləşdirildi.

II Dünya müharibəsindən sonra DŞK pulemyotu demək olar ki, bütün lokal münaqişələrdə istisnasız olaraq istifadə edilib. Onlardan bəzi yadda qalanları aşağıdakılardır:

Qərbi Saxaradakı müharibədə DŞK pulemyotlarının köməyi ilə ən azı iki təyyarə - Mavritaniya Hərbi Hava Qüvvələrinin BN-2 "Defender" və Mərakeş Hava Qüvvələrinin reaktiv F-5A təyyarələri məhv edilib.

Vyetnamda DŞK Fransa və ABŞ-ın dəstəklədiyi silahlılara qarşı geniş istifadə edilib.

Əfqanıstan müharibəsində SSRİ anladı ki, onun bu müharibədə istifadə etdiyi silahlar, çox keçmədən onun özünə qarşı istifadə edilir. DŞK həm SSRİ Silahlı Qüvvələri, həm də yerli mücahidlərdən ibarət silahlı birləşmələr tərəfindən bütün istiqamətlərdə istifadə edildi. DŞK-nın köməyi ilə mücahidlər bir sıra sovet təyyarələrini və helikopterlərini də məhv edə bildilər. 3 aprel 1986-cı ildə, 22 oktyabr 1986-cı ildə və 19 iyun 1987-ci ildə "Su-17" reaktiv qırıcı-bombardmançı təyyarələrinin məhv edilməsi SSRİ tərəfindən təsdiqlənib.

1983-cü ildə ABŞ Qrenadanı ələ keçirərkən DŞK yerli ordu tərəfindən istifadə edilib.

İrlandiya Respublikasının Respublika Ordusu Liviyadan aldığı 18 ədəd DŞK pulemyotundan istifadə etməklə 1988-ci ildə İngiltərənin "Links" helikopterini məhv edib.

Azərbaycan-Ermənistan, Çeçenistan-Rusiya, Gürcüstan-Rusiya, Liviya, İraq və Suriya müharibəsində DŞK həm hökumət qoşunları, həm də seperatçı və terrorçular tərəfindən istifadə edilib.

DŞK sayəsində Şimali Afrika və Yaxın Şərqdə "texniki vasitə" adlanan yeni bir hərbi fenomen meydana gəldi. Bu anlayış ağır pulemyota malik olan pikap tipli maşınları əhatə edir. Bundan sonra maşınlarda pulemyotlardan əlavə, təpməsiz toplar, zetit vasitələri və TƏİRK-lər quraşdırılmağa başladı.

Hazırda bu "texniki vasitələr" Somalidə mövcud olan silahlı qruplaşmaların silahlanmasının əsasını təşkil edir. Onlar 1993-cü ildə Moqadişo döyüşündə əhəmiyyətli rol oynayıb.

Yaxın Şərqdə isə DŞK-ya malik "texniki vasitələrdən" daha çox İŞİD-in 2014-cü ildə İraqın Mosul şəhərinə hücumunda istifadə edilib.

Ukraynanın şərqindəki silahlı münaqişədə isə DŞK-nın modernləşdirilən DŞKM versiyasından istifadə edilir. 2015-ci ilin sentyabrında isə Ukraynanın DŞK pulemyotu bazasında hazırladığı tək atəş açan snayper tüfəngi, 81-ci desant hücum briqadasına sınaq üçün verilib.

Pikaplara quraşdırılan DŞK və KPV pulemyotları hərdən Ukraynanın şərqində də görünür.

Nəticə

Dünyanın onlarla ölkəsinin silahlanmasında istismar edilən DŞK pulemyotları iri çaplı silah kimi yüksək atəş gücünə və ölümcül qüvvəyə malik olmaqla kifayət qədər kapizsiz və sadə konstruksiyaya malikdir. Məsələn, doldurma qolu sıradan çıxdığında pulemyotu özünün boş gilizi ilə doldurulmasını həyata keçirdiyimi xatırlayıram.

On illərdir ki, DŞK və onun sonrakı versiyaları aviasiya, zirehli texnikalar, atəş nöqtələri və düşmən artilleriyası ilə mübarizə aparmaq üçün istifadə edilir. Onun standart versiyadakı əsas çatışmazlıqları 30 ədəd patron tutumlu xəzinələrinin kifayət qədər ağır olmasından, aşağı atəş tempindən və zenit vasitəsi kimi istifadəyə yararsız olmasından ibarət olub. Lakin zamanla bu çatışmazlıqların bəzisi tamamilə, bəzisi isə qismən aradan qaldırılıb. Lakin yenə də DŞK ağır pulemyot kimi döyüş meydanında motoatıcı bölmələrin uzaqmənzilli əsas atıcı silahı kimi qalmaqda davam edir.

Onların bir neçə ölkə tərəfindən istehsal edilməsi və zirehli vasitələr üzərində quraşdırılaraq zenit silahı kimi istifadə olunması, silahın imkanlarının aşkar göstəricisidir.

Müasir təyyarələr əsasən iri çaplı pulemyotların atəş zonasından kənarda qalmaqla daha yüksək hündürlükdən dəqiq idarə olunan silahlardan istifadə edə bilir, lakin reaktiv qırıcı-bombardmançı təyyarələrinin erkən modelləri və helikopterlərin bir çox modelləri hələ də DŞK üçün "rahat yem" hesab edilir.

DŞK və DŞKM pulemyotlarının müasir "Utes" və "Kord" ağır pulemyotları ilə əvəz edilməsi, bu silahların resurslarını tam başa vurması anlamına gəlməməlidir. Təbii ki, hər bir silah sisteminin təyinatına uyğun hesab edilən texniki vasitələrin və digər hədəflərin inkişafı, məhvetmə vasitələrinin də inkişafını tələb edir. Bu baxımdan özünü texniki sıçrayış əsrində onillərlə silah bazarında aktiv saxlaya bilən DŞK pulemyotları təqdirəlayiq silah sistemi hesab edilməlidir.

I Dünya müharibəsinin döyüş təcrübəsinə əsaslanaraq yaradılan, II Dünya müharibəsinin bütün istiqamətlərində tətbiq edilən, son 75 ildə isə baş verən bütün münaqişələrin aktiv iştirakçısı olan DŞK və onun sonrakı versiyaları, silah hazırlamaqla məşğul olan müdafiə sənaye müəssisələri üçün nümunəvi bir etalon olmalıdır.

Mənbələr

https://topwar.ru/14523-krupnokalibernyy-pulemet-dshk.html
https://novate.ru/blogs/281019/52221/
http://redstar.ru/legendarnyj-dshk-ostavil-sled-v-mirovoj-istorii/
https://histrf.ru/biblioteka/b/dshk-piervyi-krupnokalibiernyi
https://rg.ru/2019/10/08/izmenivshij-vojnu-kak-legendarnyj-dshk-ostavil-sled-v-istorii.html
http://army.lv/ru/dshk/harakteristiki/626/83
https://war-time.ru/item/pulemet-dshk-dshkm-dushka

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DŞK   Azərbaycan  

İstənilən hərbi əməliyyatlar şəraitində universal və zəruri atəş vasitəsi - DŞK (HƏRBİ EKSPERT)

2020/06/1-3183242094.jpg
Oxunub: 11687     14:12     05 Avqust 2020    