Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə naziri Taro Kono məlumat verib.
Bildirilir ki, Afrikanın şərqində yerləşən bu ölkədə koronavirusu daha geniş yayılması vəziyyətində qoşunlar dərhal çıxarılacaq.
Qeyd edək ki, Yaponiyanın ölkə xaricində yeganə hərbi bazası Cibutidə yerləşir. 2009-cu ildən etibarən Somali sahillərində anti-piratçılıq missiyası çərçivəsində dəniz patrul reydləri aparmaq üçün Yaponiya ordusunun 170-ə yaxın əsgəri bazada yerləşdirilib. Bazada, həmçinin iki ədəd P-3C “Orion” dəniz patrul təyyarəsi də var.
Sevinc Əliyeva
Ordu.az