Paşinyan kimi nəzərdə tutur: Afrika ölkələrində silah satışında kim iştirak edib?

2020/04/31741-1586337637.jpg
Oxunub: 1254     18:16     08 Aprel 2020    
Bir neçə gün bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan qalmaqallı bir açıqlama verib. O qeyd edib ki, uzun illər Ermənistan qeydiyyatlı təyyarələr Afrika ölkələrində qanunsuz fəaliyyətdə, eləcə də silah satışında iştirak edib.

Paşinyan bildirib ki, bəzi keçmiş vəzifəli şəxslərin fəaliyyəti ilə əlaqədar nəinki vəzifədən azadolunmalar olub, eləcə də cinayət işi açılıb, çünki onların cinayətkar səhlənkarlığı nəticəsində bütün bunlar baş verib.

Məlum olur ki, Ermənistanın mülki aviasiyasının artıq keçmiş vəzifəli şəxsləri bu faktları böyük ehtimalla korrupsion səbəblərə görə komitənin rəhbəri Tatevik Revazyandan və hökumətdən gizlədiblər.

Erməni jurnalistlər Paşinyanın açıqlamasının izləri ilə gedərək Ermənistanın mülki aviasiyasının keçmiş rəhbəri Artyom Movsesyanla əlaqə yaradıb, lakin o, sualı dinləyərək şərh etməkdən imtina edib.

Ermənistan mülki aviasiyasının keçmiş rəisi, “Ermənistan Beynəlxalq Hava Limanları” şirkətinin direktoru Sergey Avetisyanın mətbuat katibi Satenik Hovhannisyan məsələyə toxunaraq bildirib ki, onun bu hadisələrlə heç bir əlaqəsi yoxdur.

Lakin, digər tərəfdən qeyd edək ki, “Taron Avia” şirkətinin Birləşmiş Ərəb Əmirliklərində ofisi olub və həmçinin şirkət Afrikada AN-12, İL-76 təyyarələri ilə yük daşımaları həyata keçirib.

Məgər Paşinyan silah satışı barədə danışarkən “Taron Avia” şirkətini nəzərdə tutub? Kommersiya direktoru Levon Karamyan bildirib ki, qətiyyən onları nəzərdə tutmayıb, Afrikada fəaliyyət göstərən başqa aviaşirkətlər də var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Afrika   Qanunsuz-silah  

Paşinyan kimi nəzərdə tutur: Afrika ölkələrində silah satışında kim iştirak edib?

2020/04/31741-1586337637.jpg
Oxunub: 1255     18:16     08 Aprel 2020    