Erməni politoloq: “Mülki aviasiya sahəsində Ermənistan Afrika ölkələri və KXDR-in daxil olduğu bir siyahıya daxil edilib”

2020/04/31313-1586234514.jpg
Oxunub: 922     09:38     08 Aprel 2020    
“Tatevik Revazyan iki ildə Ermənistanın Afrika ölkələri, Əfqanıstan, İran və Şimali Koreyanın daxil olduğu bir siyahıya daxil olmasını bacardı. Aprelin 3-də məlum oldu ki, EASA bir hesabat hazırlayıb. Hesabatla Ermənistanın aviasiyasına qırmızı vərəqə göstərilib”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Armen Minasyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, futbol terminologiyasında Ermənistan hər hansı bir pozuntu etməyib və birdən-birə qırmızı almamalı idi.

“Məlum oldu ki, bu, iki sarı vərəqə nəticəsində alınmış qırmızı idi. Birinci sarını ötən il dekabrın 9-da almışıq. Həmin vaxt Avropa Komissiyası bir qərar qəbul edib və bu qərarla faktiki olaraq deyib ki, Ermənistanın aviasiyası Avropa ərazisində qadağan olunmalıdır, lakin hələ qadağan etmirik və yaxın gələcəkdə yerində araşdırmalara gedəcəyik. Daha sonra artıq məlum oldu ki, fevralda onlar Ermənistana qadağa qoyublar, araşdırma aparıblar, ilkin qiymətləndirmələrindən imtina etməyiblər və Tatevik Revazyanın bildirdiyi kimi, martın 6-da qırmızı vərəqə göstəriblər”, - deyə erməni politoloq qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Afrika   KXDR   Aviasiya  

Erməni politoloq: “Mülki aviasiya sahəsində Ermənistan Afrika ölkələri və KXDR-in daxil olduğu bir siyahıya daxil edilib”

2020/04/31313-1586234514.jpg
Oxunub: 923     09:38     08 Aprel 2020    