Ermənistanda rüsvayçılıq mövqeyi necə baş verdi?

2020/04/31131-1586158082.jpg
Oxunub: 1374     17:26     07 Aprel 2020    
Fotoda, 23 dekabr 2013-cü il tarixində Ermənistan parlamentinin yaxınlığında baş verən aksiya əks olunub. Həmin gün erməni parlamenti qaz sazişini təsdiqlədi.

“Qazprom Armenia”nın qazın qiymətini artırmaq istəyi barədə danışan “Çiçəklənən Ermənistan Partiyası”nın keçmiş deputatı və iqtisadçı Vardan Bostancyan Ermənistanın Rusiyaya qarşı qeyri-müəyyən münasibət bəslədiyini və buna görə Rusiyanın belə bir məntiqdə olduğunu qeyd edib.

Erməni iqtisadçı maraqlı bir nəzəri ifadə edərək, Moskvaya münasibətdə Ermənistan üçün yumşaq qaz almağa səbəb ola biləcək, hansı davranış tərzinin olmasını sual edir. Məsələ burasındadır ki, Moskva son 20 ildə mütəmadi olaraq Ermənistana satılan qaz qiymətlərini qaldırıb.

Məsələn, bu təhdidli qərar 2006-cı ildə Moskva ilə münasibətlərdə yeganə və “əvəzolunmaz mütəxəssis” sayılan Robert Koçaryanın prezidentliyi dövründə qəbul edildi. Qiymət artımını yüngülləşdirmək üçün erməni tərəfi Hrazdanın 5-ci blokunu “Qazprom”a satdı, sonra artan qazın qiymətini həmin pulun yarısından çoxunu ödəməklə subsidiya kimi əvəz etdi, əslində vəsaiti həmin “Qazprom”a geri qaytarmış oldu.

Eyni zamanda, həmin illərdə demək olar ki, bərabər payla yaradılmış “Qazprom”un “ArmRosQazprom”dakı payı getdikcə artır və hətta Ermənistan-İran qaz kəməri Rusiya şirkətinin balansına keçir.

Bunun müqabilində Moskva qaz qiymətlərini üç il artırmamaq barədə razılığa gəldi. Üç il sonra qiymətlərin mərhələli şəkildə artması baş verdi və 2011-ci ildə Ermənistan “Qazprom”dan 2012-13 seçki dövrünə qədər iki il səssiz qalmasını xahiş etdi. Sonra məlum oldu ki, Ermənistan Rusiyanın susması müqabilində 300 milyon dollar borc yığıb və bunun əvəzində “ArmRosQazprom”un son 20 faizi də Rusiyaya verildi.

Bəs indi İrəvanın göstərmədiyi və qiymət artımı riskini gətirdiyi “müəyyən” davranış tərzi nə ilə bağlıdır?

Məsələ burasındadır ki, 2013-cü ildə Ermənistanın əvvəlki 20 il ərzindəki qaz odisseyasının rüsvayçı sonluğu 2013-cü ilin dekabrında “Qazprom” ilə imzalanan saziş şəklində baş vermişdi. Bununla da bütün Ermənistan faktiki olaraq “Qazprom”a təhvil verilmiş hesab olunur.

Bu təhvilvermə prosesi Ermənistan parlamentində qəribə bir vəziyyətdə baş verdi. Deputat Zaruhi Postancyan səsvermə vəsiqələrini götürdü. Böyük əksəriyyətə sahib olan “Ermənistan Respublikaçılar Partiyası” sazişi ratifikasiya edərkən əl ilə səs verməyə qərar verdi. Ancaq müxalifətdən heç kim qoşulmadığı təqdirdə ratifikasiya üçün səs verəcək salonda kifayət qədər “Ermənistan Respublikaçılar Partiyası”nın (ERP) üzvləri yox idi. Müxalifət səsverməyə birbaşa qoşulmasa da, dolayı yolla səsvermədə iştirak etdi. “Çiçəklənən Ermənistan Partiyası” (ÇEP) və “Erməni Milli Konqresi” (EMK) guya etiraz əlaməti olaraq salonu tərk etdilər, razılaşmanı və ERP-ni təmsil edən deputatların davranışlarını tənqid etdilər.

Əslində, əl səsverməsi zamanı başqalarının yerinə səs vermək imkanı olmayacağına görə, ERP-nin səs verən əlləri sayma məsələsində sərbəst olmasına şərait yaratmış oldular. Beləliklə hamısı bu aktın qəbul edilməsində iştirakçı oldular.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qaz   Rusiya  

Ermənistanda rüsvayçılıq mövqeyi necə baş verdi?

2020/04/31131-1586158082.jpg
Oxunub: 1375     17:26     07 Aprel 2020    