Azərbaycan SQ-nin silahlanmasında Türkiyə istehsalı yerli snayper tüfəngi - JNG-90 (HƏRBİ EKSPERT)

2020/06/22222-1591103019.jpg
Oxunub: 3607     14:24     03 İyun 2020    
Azərbaycan Silahlı Qüvvələrinin, xüsusən də Dövlət Sərhəd Xidmətinin (DSX) silahlanmasında geniş yer alan snayper tüfənglərindən biri də Türkiyədə istehsal edilən JNG-90 tüfəngləridir.

Təyinatı

JNG-90 snayper tüfəngləri döyüş şəraitində, gecə və gündüz, hər cür ərazi və hava şəraitində düşmənin canlı qüvvəsinə və zirehsiz vasitələrinə qarşı mübarizə aparmaq üçün hazırlanıb. Əl ilə doldurulan silah intensiv istifadə üçün tam yararlıdır.

Yaranma tarixi

JNG-90 layihəsi Türkiyə Silahlı Qüvvətlərində istifadə olunan mövcud snayper tüfənglərinə alternativ olaraq daxili və xarici əməliyyatlarda istifadə olunmaq məqsədilə yeni milli snayper tüfənginin hazırlanmasını və kütləvi istehsalını nəzərdə tuturdu. Silahın konstruksiya işləri 2004-cü ildə başlayıb, 2008-ci ilə qədər davam edib. Bu tüfənglər bir neçə xarici ölkələrdə müsabiqələrdə müxtəlif şəraitlərdə sınaqlardan keçirilib. Müsabiqələrdə JNG-90 silahları analoqları üzərində özünün üstünlüyünü davamlı olaraq təsdiqləyib.

Pakistanda üç dəfə, Səudiyyə Ərəbistanında isə bir dəfə təşkil edilən tüfənglərin sınaqlarının hamısı uğurla keçib. Pakistandakı müsabiqə sınaqlarında İngiltərədən, ABŞ-dan və Cənubi Afrikadan, Səudiyyə Ərəbistanınındakı sınaqlarda isə Almaniyadan olan firmalar iştirak edib.

İstehsalçı

MKEK (Maşın və Kimya Sənayesi Korporasiyası) 08.06.1984-cü il tarixli 233 nömrəli Dövlət İqtisadi Müəssisələri haqqında Qanuna uyğun olaraq Dövlət Müəssisəsi kimi yaradılıb. Korporasiya silah, döyüş sursatı, partlayıcı maddələr, maşın, avadanlıq və material istehsal imkanlarını milli müdafiə ehtiyaclarına uyğunlaşdırıb.

Səmərəlilik prinsiplərini nəzərə alan MKEK aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:

- hərbi ehtiyaclar üçün hər növ silah, döyüş sursatı və partlayıcı maddələri və ya onların oxşar elementlərini, alətləri, avadanlıqları, maşın və sistemləri layihələndirmək;
- maşın, material, qurğu, mühərrikli və ya mühəriksiz avadanlıqlar, alətlər və onların ehtiyat hissələrini və s. istehsal və təmir etmək;
- yuxarıda göstərilən fəaliyyət subyektləri ilə əlaqədar zəruri hallarda yerli və xarici təşkilatlarla əməkdaşlıq etmək, layihə və məsləhətçi fəaliyyətləri yerinə yetirmək, bu sahələrlə əlaqəli obyektlər yaratmaq və müəssisələrinin ehtiyac duyduğu enerjini istehsal etmək;
- texnoloji yeniliklər üçün lisenziyaları və digər sazişləri əldə etmək;
- fəaliyyət sahələrində tədqiqat və araşdırma aparmaq;
- təşkilatın fəaliyyət sahəsi ilə əlaqəli hər cür yeni qurum və şirkətlərlə tərəfdaşlığın yaradılmasını dəstəkləmək;
- rəsmi dövlət qurumları, idarələr, iqtisadi dövlət təşkilatları tərəfindən tullantı kimi nəzərdə tutulan hər cür mədən, maşın və avadanlıqları toplamaq, dəyərləndirmək və istifadə etmək;
- istehsal və satış üçün lazım olan hər cür mal və materialları idxal edərək filiallara çatdırmaq;
- zərurət olduqda, ölkədə və xaricdə əlavə ofislər açmaq, agentlik, baş idarə, diler şəbəkəsi, daxili sığorta fondu və sığorta agentliyi yaratmaq;
- fəaliyyət sahələri ilə əlaqəli digər sahələrlə məşğul olmaq.

Geniş fəaliyyət məkanına malik MKEK-in mərkəz ofisi Ankaradadır. Hazırda korporasiya Türkiyə Müdafiə Sənayesində öz payını davamlı olaraq artıraraq Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları üçün yeni məhsullar istehsal etməklə məşğuldur. JNG-90 tüfənglərinin illik istehsal həcmi 20-25 min ədəd arasında dəyişir.

Türkiyənin müdafiə sənaye sektorunda lokomotiv rol oynayan şirkət 1940-cı illərdə dünyada ən yüksək keyfiyyətli lülə poladını istehsal edib. 1950-ci illərdə isə ilk təyyarəni istehsal edərək onun ixracını həyata keçirib. Türkiyədə ilk dəmiryolu relslərinin istehsalı da MKEK-də baş tutub. Korporasiyanın ilk istehsal siyahısına bir çox dəzgahlar, kənd təsərrüfatı texnikaları, toxuculuq maşınları, polad və borular, batareyalar, monoblok qurğular, elektrik sayğacları və s. də daxildir.

Konstruksiyası və fəaliyyət prinsipi

Yüz faiz Türkiyə istehsalı olan snayper silahı JNG-90, Jandarma Baş Komandanlığının sifarişi ilə MKEK korporasiyası tərəfindən hazırlanıb. Bəzi mənbələrdə “Bora-12” adlanan snayper tüfəngi korporasiyanın Kırıkkale şəhərində qurulan fabrikində layihələndirilib və istehsal edilir.

Bu tüfəng Türkiyənin hazırladığı ilk uzaqmənzilli snayper tüfəngidir. 5 illik araşdırmanın məhsulu olan JNG-90 bir çox sınaqlardan sonra kütləvi istehsal mərhələsinə keçib.

JNG-90 tüfəngi 7.62 mm çapa və 1200 metr effektiv atəş məsafəsinə malikdir. Tüfəngin üstün xüsusiyyətləri arasında atıcının bədən ölçülərinə görə qundaq uzunluğunun və yanaqlığın tənzimlənməsini, tətik və tapança dəstəyi arasındakı optimal məsafəni, lülənin hazırlanma üsulunu, geniş əlavə nişangah avadanlıqlar dəstini və s. göstərmək olar.

Model xarici görünüşü baxımından digər snayper modellərinə bənzəsə də, bütün mexanizmlər tamamilə şirkətin layihə mühəndisləri tərəfindən hazırlanıb. Silahın konstruksiyası paslanmayan poladdan hazırlanan orijinal çaxmaq qrupuna əsaslanır. Silah əllə sürüşən və dönə bilən çaxmaq vasitəsilə doldurulur. Bu isə silahın dəqiqliyinə müsbət təsir göstərir. Silahın təmizlənməsi lülənin və tüfəngin çaxmaq mexanizmini sökmədən də həyata keçirilə bilər. Qundağın və yanaqlığın nizamlanması, həmçinin qundağın altındakı monopod və ön tərəfdəki ikiayaq vasitəsilə təchiz edilməsi, silahın uzun müddət eyni nöqtəyə dəqiq tuşlanmasını təmin edir. Silahda optik nişangahların, termal kameraların və kollimator işarələyicinin tətbiqi üçün “Pikatinni” lövhəsindən istifadə edilir.

Bu tüfənglərin yüngül kütləyə və yüksək möhkəmliyə malik olması üçün əsasən yüksək texnoloji xammallardan- aviasiya alüminiumundan, titandan və paslanmayan poladdan istifadə olunur. Tüfəngin lüləsi və zərbə-tətik mexanizmi xüsusi sərtləşdirilən və paslanmayan poladdan hazırlanır. Soyuma müddətini və silahın çəkisini bütövlükdə azaltmaq üçün lülədə bəzi konstruksiya yenilikləri tətbiq edilib. Lülənin ağzında əyləc kompensatorunu yerləşdirmək üçün yivlər də nəzərdə tutulub.

Tənzimlənən qundağın alüminium ərintisindən, erqonomik tapança dəstəyinin isə poladdan hazırlandığı ehtimal edilir. Zərbə-tətik mexanizmində tətiyə tətbiq edilən güc səviyyəsin nizamlanması barədə məlumatlar açıq mənbələrdə mövcud deyil.

Bu snayper tüfənginin əsas xüsusiyyətlərindən biri də onların lülələrinin soyuq döymə üsulu ilə istehsal olunmasındadır. Tökmə poladdan daha çox davamlılığa malik döymə polad silahın lüləsinin davamlılığına müsbət təsir göstərir. Tüfənglərdə 7.62x51mm NATO (.308Win) çaplı mərmilərdən istifadə edilir. Güllənin lülədən çıxarkən başlangıc sürəti təqribən saniyədə 840 metrdir. Bu sürət güllənin lüləni tərk etdikdən sonra təxminən 1.5 saniyə ərzində 1200 metr məsafədə yerləşən hədəfə çatdığını göstərir. MKEK istehsal etdiyi bu silahları aşağıdakı əlavə avadanlıqlarla təchiz edir:

- səsboğucu;
- hava göstəriciləri ölçən cihaz;
- lazer məsafəölçəni;
- holoqrafik silah nişangah sistemi;
- fiber Optik Kamera;
- müşahidə binoklu.

Qeyri-avtomatik (bolt action) iş prinsipinə malik JNG-90 snayper tüfəngi müxtəlif mürəkkəb istismar şərtlərində, yəni havanın yüksək rütubətliliyində, -50 dərəcədən +50 dərəcəyə qədər temperatur diapazonunda, yağış, toz və qarlı hava şəraitində aktiv istismar olunmaq üçün nəzərdə tutulur. Xüsusi olaraq bu silahlar üçün istehsal edilən səsboğucular sayəsində 170 desibel olan səs gücü, 50 desibelə qədər azaldılır.

Sursatları və optik vasitələri

Silahdan atəş açmaq üçün 7.62x51mm NATO (.308Win) patronlarından istifadə olunur, digər sursat növləri barədə açıq mənbələrdə məlumatlara rast gəlinmir. Silahın “Milmont” tipli optik nişangah və ya onun kronşteyni ilə təchiz edilməsi yalnız yayımlanan videoçarxı izlədikdən sonra məlum olur. Silahın optik cihazı gündüz, məhdud görmə şəraitində və gecələr hədəflərə atəş açmaq üçün nəzərdə tutulub. 7.62 mm-lik JNG-90 tüfəngindən 1000 metrədək məsafədə yerləşən hədəflərə nöqtə atəşi açmaq mümkündür.

Taktiki-Texniki Xüsusiyyətləri

Tipi: snayper tüfəngi;
İstehsalçı: MKEK, Türkiyə;
Hazırlanması: 2004-2008;
Silahlanmaya qəbulu: 2008;
İstehsalı: davam edir;
Çapı: 7.62x51mm NATO;
Xəzinə tutumu: 10 ədəd;
Başlanğıc sürəti: 860m/s;
Boş xəzinə ilə kütləsi: 6400 qr;
Silahın uzunluğu: 1165 mm;
Lülə uzunluğu: 660 mm;
Atəş məsafəsi: 1200 m;
Dağılma 0.3-0.4 MOA (100 metr məsafədə 1- 1.2 sm).

İstifadəçiləri və döyüş tətbiqi

Snayper tüfəngi, istehsalının tamamlanmasından sonra Jandarma Komandanlığının əməliyyat bölüklərinə paylanılıb. JNG-90 2014-cü ilindən bəri TSQ tərəfindən də aktiv olaraq istifadə edilir.

Türkiyənin milli snayper tüfəngi sonradan Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və bəzi Avropa ölkələrinə ixrac olunub. Ən çox sayda silah TSQ-dən sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən, əsasən isə DSX tərəfindən əldə edilib.

TSQ bu snayper tüfənglərindən Türkiyənin şərqində, Suriyada və Şimali İraqda PKK/YPG terorçularına qarşı keçirdiyi əməliyyatlarda intensiv olaraq istifadə etməkdədir.

Nəticə

JNG-90 snayper tüfəngi sinfinin kifayət qədər ciddi imkanlarına sahib silahlardan biri hesab edilir. Açıq mətbuatda silahın taktiki texniki xüsusiyyətləri və konstruksiyası haqqında geniş məlumatlara rast gəlinmir. İstehsalçı da məhsulu barədə məhdud məlumatlarla kifayətlənir. Əslində yeni və kifayət qədər ciddi bir silah üçün bu xüsusiyyətlərin bir müddət qorunması anlaşılandır. Silahın real imkanlarının geniş olduğunu onun təchiz edildiyi əlavə avadanlıq dəstinin tərkibinə və Pakistanda keçirilən snayper müsabiqəsinin nəticələrinə görə iddia etmək mümkündür. Pakistan Silahlı Qüvvələrinin snayper tüfənglərinə olan tələbatını ödəmək üçün elan etdiyi tenderdə bir neçə məşhur silah istehsalçısı iştirak edib. Onların arasında JNG-90 tüfəngləri “Bora 12” adı ilə, İngiltərənin RPA “Rangemaster”, “Accuracy International AW”, “Accuracy International AX”, “Accuracy International AE” , CAR-ın “Truvelo”, İsveçrə-ABŞ-Almaniyanın “Siq Sauer” silahları və s. iştirak edib. Bütün silahlar yalnız Pakistanın yerli sursatları ilə müxtəlif şəraitlərdə sınaqdan keçirilib.

1. İlk mərhələdə 5 mərmi ilə 100 metr məsafəyə dəqiqlik və yayınmanı təyin etmək üçün atəş açılıb. Türkiyə silahı 0.4 MOA ilə, yəni 1.2 sm dairədə 5 mərmi yerləşdirməklə ən yüksək göstərici nüşayiş etdirdi.
2. Termal nişangahla 300, 500, 800 və 1000 metr məsafədə yerləşən hədəflərə atəş zamanı da “Bora 12” yüksək göstəricilərlə rəqiblərini geridə qoydu.
3. Sonrakı mərhələdə silahların göstəricilərinin pozulub-pozulmadığını yoxlamaq məqsədilə onların optik nişangahları çıxarıldı, yenidən quraşdırıldıqdan sonra 1000 metr məsafədə atəş tapşırıqları yerinə yetirildi. Pakistan heyəti tərəfindən nişahgahın sıfırlanmasının pozulmadığı qeydə alındı.
4. Növbəti mərhələdə isə lüləsi açıq vəziyyətdə silahları və onların xəzinələrini bir-birindən ayıraraq, palçığa basdırdıqdan sonra atəş sınaqları keçirildi. Türkiyə tüfəngləri bu sınaqlardan da müvəffəqiyyətlə keçdi.

Nəticədə JNG90 və ya “Bora 12” snayper tüfəngləri dünyanın ən məşhur silah istehsalçılarının məhsullarını aşkar bir fərqlə geridə qoyaraq müsabiqənin qalibi elan edildi. Müsabiqədə iştirak edən “Accuracy International” şirkətinin nümayəndələri isə türk nümayəndə heyətini təbrik edərək “Bora 12” silahının onlara ciddi bir rəqib olacağını və dünyaya səs salacağını etiraf ediblər.

Belə bir silahın bizim üçün bu qədər əlçatan məsafədə olmasını və yerli müdafiə sənayesinin bu sahədə potensialını nəzərə alsaq, daxili tələbatlarımızı ödəməklə bərabər hər iki ölkənin ixrac potensiallarının birləşdirilməsi artıq günün tələbatına çevrilir.

Mənbələr:

https://www.mkek.gov.tr/tr/page.aspx?id=8
https://www.trthaber.com/haber/turkiye/jmk-bora-12-teroristlerin-kabusu-olmaya-devam-ediyor-398760.html
https://youtu.be/6O9y-ZV08Kg
https://www.youtube.com/watch?v=hERdhsdOFJ8
https://www.youtube.com/watch?v=8-3sg-Kk16w
http://www.millisavunma.com/milli-keskin-nisanci-tufegi-mkek-JNG-90-jng-90/ ŞƏKİLLƏR
https://www.aa.com.tr/tr/turkiye/teroristlerin-korkulu-ruyasi-bora-12-hedefi-12den-vuruyor/1347023
https://www.milliyet.com.tr/gundem/milli-keskin-nisanci-tufegi-bora-12nin-test-goruntuleri-2228682
https://modernfirearms.net/en/sniper-rifles/standart-caliber-rifles/turkey-standart-caliber-rifles/mkek-jng-90-eng/

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: JNG-90   Bora-12   DSX   Türkiyə  

Azərbaycan SQ-nin silahlanmasında Türkiyə istehsalı yerli snayper tüfəngi - JNG-90 (HƏRBİ EKSPERT)

2020/06/22222-1591103019.jpg
Oxunub: 3608     14:24     03 İyun 2020    